Salam vermək möminlərin bir-birinə ən gözəl dilək və istəklərini təqdim etmə formalarından biridir. Cənnətə daxil olarkən möminlər salamla qarşılanar və Cənnətdə də bir-birləri ilə salamlaşırlar. Salam verən insanın həmin salama daha gözəl şəkildə və ya ən azı eyni dərəcədə cavab verməsi fərzdir:“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (Nisa surəsi, 86).
Cahillərin anlayışında isə verilən salamı almamaq, eşitməməzlik kimi davranışlar özünü qarşı tərəfdən üstün göstərmək anlamına gəlir. Sosial vəziyyəti baxımından özündən aşağı hesab etdiyi insanları əzmək, onlara həddini bildirmək kimi çirkin niyyəti özündə ehtiva edən bu cür davranışlara tez-tez rast gəlinir. İslamda və möminlər arasında isə belə üstünlük anlayışı və qiymətləndirmə forması yoxdur. Kim olursa-olsun, ona verilən salamı almaq hər mömin üçün Quranda bildirilən əmrdir.