Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's


Bə­zi in­san­lar di­nə inan­dıq­la­rı və Quranı de­mək olar ki, hər gün oxu­duq­la­rı hal­da Quranın bə­zi ayə­lə­ri­ni qu­la­qar­dı­na vu­rur, on­la­ra etinasız münasibət gös­tə­rir­lər. Bə­zi­lə­ri bu səh­və mə­lu­mat­sız­lıq və ya şü­ur­suz­luq uc­ba­tın­dan yol ver­di­yi hal­da, di­gər­lə­ri hə­min hökm­lə­rə qur­du­qları Quran­dan kə­nar mən­tiq­lə­ri­nin tə­si­ri al­tın­da bi­lə­rək­dən əhə­miy­yət ver­mir­lər. Bu zaman onlar Quran hökm­lə­ri­nə bi­lə­rək­dən eti­na­sız­lıq­la ya­naş­ma­ğın Al­lah dər­ga­hın­da on­la­ra nə qə­dər bö­yük mə­su­liy­yət yü­klənəcəyini və on­la­rı Al­lah ri­za­sın­dan ne­cə uzaq­laş­dı­ra­ca­ğını isə əs­la fi­kir­ləş­mir­lər. Hal­bu­ki Al­la­hın hökm­lə­ri­nə diq­qət­lə ya­naş­ma­yan in­san­la­rın axi­rət­də əzab­la qar­şı­la­şa­ca­ğı Quran ayə­lə­rin­də xü­su­si şə­kil­də vur­ğu­la­nır.
Bu dü­şün­cə­yə ma­lik olan in­san­lar öz­lə­ri­nin Quran­dan kə­nar mən­tiq­lə­ri­nə əsas­la­na­raq, Al­la­hın hökm­lə­ri ara­sın­da bir növ əhə­miy­yət­li­lik və bi­rin­ci­lik sı­ra­la­ma­sı qu­rur, hət­ta bə­zi hökm­lə­ri öz hə­yat­la­rın­dan ta­ma­mi­lə çı­xa­ra­raq on­la­rı bir kə­na­ra atır­lar. Be­lə bir yan­lış din an­la­yı­şı yü­zil­lər ər­zin­də üst-üs­tə yı­ğıl­mış adət­lər şək­lin­də nə­sil­dən-nə­s­lə ötü­rü­lə­rək döv­rü­mü­zə qə­dər gə­lib çat­mış­dır. Din haqqında ge­niş ya­yıl­mış yanlış təsəvvürlərə gö­rə, bi­rin­ci yer­ə layiq görülüb, xü­su­si əhə­miy­yət ve­ri­lən hökm­lər ara­dan qal­dı­rıl­dı­ğı za­man in­san da­xi­lən vic­da­n əzabı ke­çi­rə bi­lər. Buna baxmayaraq, Quran­da yer alıb, ey­ni də­rə­cə­də əhə­miy­yət ve­ril­mə­yən əmr və qa­da­ğa­lar ara­dan qal­dı­rıl­dı­ğı za­man in­san heç bir na­ra­hat­­lıq his­si keçirməz. Quran­da fərz (vacib) ol­du­ğu açıq şə­kil­də bil­di­ri­lən bir çox möv­zu «ye­ri­nə ye­tir­sən sa­vab­dır, ye­tir­mə­sən də heç bir şey ol­maz» mən­ti­qi ilə qiy­mət­lən­di­ri­lir. İn­san­la­rın qor­xub çə­kin­mə­li ol­du­ğu qa­da­ğa­lar isə «Al­lah ba­ğış­la­yar» mən­ti­qi ilə asan­lıq­la po­zu­lur.
Hal­bu­ki Quranın heç bir ayə­sin­də be­lə bir meyardan bəhs edil­mir. Na­maz və oruc iba­dət­ləri Al­la­hın qə­ti əm­ri ol­du­ğu ki­mi, Quran­da gös­tə­ri­lən baş­qa əmr və qa­da­ğa­lar da ey­ni­lə bü­tün mö­min­lə­rin ta­be olmaları vacib olan qə­ti hökm­lər­dir.
Bu mə­sə­lə­ni be­lə bir nü­mu­nə ilə izah edə bi­lə­rik. Ola bil­sin ki, hər han­sı bir in­san cə­miy­yə­tin əx­la­qi yön­də­ki təz­yi­qi­nin tə­si­ri ilə zi­na və ya oğur­luq ki­mi Quran­da qa­da­ğan edi­lən dav­ra­nış­lar­dan çə­ki­nir. La­kin hə­min in­san vic­da­nı ra­hat hal­da baş­qa­la­rı haq­qın­da de­di-qo­du edir­sə, mö­min­lə­rə if­ti­ra atır­sa, edə bil­mə­yə­cə­yi­ bir şeyi de­yir­sə, Al­la­hın ayə­lə­ri­ni in­kar edən in­san­lar­la dost­luq edir­sə və ya eh­ti­ya­cından ar­tı­ğı­nı eh­ti­yac için­də olan­la­ra ver­mir­sə, Quran­da gös­tə­ri­lən vaxt­lar­da Al­la­hı təs­bih (Al­la­hı mədh et­mək) edib şükür et­mir­sə, bu və bu­na bən­zər əmr­lə­rə ta­be olub Quran­da bil­di­ri­lən qa­da­ğa­lar­dan, dav­ra­nış­lar­dan uzaq ol­ma­ğa əhə­miy­yət ver­mir­sə, hə­min in­sa­nın Quran­da bəhs edi­lən İs­lam di­ni­nə və əsl mö­min xü­su­siy­yət­lə­ri­nə tam əməl et­di­yi­ni de­mək müm­kün de­yil. Hə­min in­san özü­nün mü­səl­man ol­du­ğu­nu nə qə­dər de­sə də, o, əs­lin­də cə­miy­yə­tin müx­tə­lif adət-ənə­nə­lə­rin­dən top­lan­an, bir az da is­la­mi mo­tiv­lərin əla­və edil­diyi «ənə­nə­lər di­ni»nə ta­be­dir. Bu cür in­san­la­rın ən bö­yük səhv­lə­ri isə Quran­da gös­tə­ri­lən hökm­lər­dən bir ne­çə­si­ni ye­ri­nə yetirərək özlərini qənaətbəxş he­sab et­mə­lə­ri­dir. Be­lə insanlar yan­lış dü­şü­nə bi­lə­cək­lə­ri­ni eh­ti­mal et­mə­dik­lə­ri üçün, hə­qi­qi mü­səl­man ol­duq­la­rı­na həd­dindən ar­tıq əmin­dir­lər. Əl­bət­tə ki, Rəb­bi­mi­zin razılığını qa­zan­maq məq­sədilə edilən hər bir iba­də­tin Al­lah dər­ga­hın­da əvə­zi vardır. La­kin qu­la­qar­dı­na vu­ru­lub, eti­na­sız ya­na­şı­la­raq bir kə­na­ra atı­lan­ Quran hökmlərinə əməl etməməyin də məsuliyyəti var. Əgər na­ma­zı­nı qı­lan, oru­cu­nu tu­tan bir in­san bü­tün bun­la­rı sə­mi­miy­yət­lə ye­ri­nə ye­ti­rir­sə, o, Al­la­hın iz­ni ilə axi­rət­də bun­la­rın mü­ka­fa­tı­nı ala­caq. La­kin bil­gi­siz­lik və ya cə­ha­lət sə­bə­bi­ndən de­yil, Quranın baş­qa hökm­lə­ri­nə bi­lə­rək­dən əhə­miy­yət ver­mir­sə və on­la­rı ye­ri­nə ye­tir­mir­sə, be­lə hal­da hə­min iba­dət­lə­rin də bo­şa get­mək eh­ti­ma­lı ola bi­lər. Elə məhz bu sə­bəbdən  də bü­tün mü­səl­man­la­ra Quran ayə­lə­ri vasitəsilə həmin təh­lü­kə­lər­lə bağ­lı xə­bər­dar­lıq edil­miş və on­la­rı ata­la­rın­dan qa­lan adət­lər­lə for­ma­la­şan, ca­hil şərh­lə­rə əsas­la­nan bu yan­lış dü­şün­cə­dən uzaq ol­maq töv­si­yə edil­miş­dir.
La­kin Quran­da «On­la­ra: «Al­la­hın gön­dər­di­yi­nə ta­be olun!» – de­yil­di­yi za­man on­lar: «Biz an­caq ata­la­rı­mı­zın get­di­yi yol­la ge­də­cə­yik», – de­yir­lər. Bəs ata­la­rı bir şey an­la­ma­yıb doğ­ru yol­da de­yil­di­lər­sə, ne­cə?» («Bə­qə­rə» su­rə­si, 170) ayə­sin­də də bil­di­ril­di­yi ki­mi, bə­zi in­san­la­ra bu möv­zu­da xə­bər­dar­lıq edil­mə­si­nə və on­la­ra doğ­ru olan­la­rın gös­tə­ril­mə­si­nə bax­ma­ya­raq, ye­nə də inadla bu ənə­nə­vi din an­la­yı­şına üz tuturlar.
Özü­nü gün­də­lik hə­yat axı­nı­nın ağu­şu­na ata­raq Quranın yüz­lər­lə ayə­si­ni tərk edən, İs­la­mın yal­nız na­maz qıl­maq­dan və oruc tut­maq­dan iba­rət ol­du­ğu­nu he­sab edən in­san axi­rət­də «mə­nim bu ayə­lər­dən xə­bə­rim yox­dur» de­yə bil­məz. Bu in­san bü­tün hə­ya­tı bo­yu Quran­da əmr edi­lən möv­zu­la­rı öy­rən­mə­mə­si­nə və ya bun­la­rı bil­di­yi hal­da, on­la­ra eti­na­sız ya­naş­ma­sı­na heç bir sə­bəb gə­ti­rə bil­məz. Be­lə bir in­sa­nın və­ziy­yə­ti ayə­də «Yox­sa, siz ki­ta­bın bir his­sə­si­nə ina­nıb di­gər qis­mi­ni in­kar edir­si­niz? Siz­lər­dən bu cür iş­lər gö­rən­lə­rin cə­za­sı dün­ya­da yal­nız rüs­vay ol­maq, qi­ya­mət­də isə ən şid­dət­li əza­ba dü­çar ol­maq­dır. Al­lah et­dik­lə­ri­ni­zin heç bi­rin­dən xə­bər­siz de­yil­dir» («Bə­qə­rə» su­rə­si, 85) ifa­də­sin­də xi­tab edi­lən in­san­la­rın ha­lın­dan bir o qə­dər də fərq­li ol­ma­ya bi­lər.