Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Ca­hi­liy­yə top­lu­mu­nun əsas hə­yat fəl­sə­fə­si in­sa­nın yal­nız özü qar­şı­sın­da mə­su­liy­yət da­şı­ma­sı dü­şün­cə­si­nə əsas­la­nır. Hə­min dü­şün­cə­yə gö­rə, in­san­la­rın əsas və­zi­fə­si ən yax­şı şə­ra­it­­də ya­şa­maq­dan, ən yax­şı şə­rai­ti ya­rat­maq­dan iba­rət­ olub, di­gər in­san­la­rın mad­di və mə­nə­vi hə­yat­la­rı ilə bağ­lı heç bir mə­su­liy­yət da­şı­mamaqdır. Bu­na gö­rə də bir çox in­san­ din­lə­ri­nə yal­nız öz­ba­şı­na əməl et­mək­dən iba­rət ol­du­ğu­nu düşünür və baş­qa in­san­la­ra di­ni təb­liğ et­mək və­zi­fə­si da­şı­ma­dıq­la­rı­nı gü­man edir­lər. Hal­bu­ki, Qurana ba­xan­da, bu­nun tam ək­sini görürük.
 
Mü­səl­ma­nın ən bö­yük və­zi­fə­lə­rin­dən bi­ri, İs­lam əx­la­qı­nı ət­ra­f­da olan in­san­la­ra izah və təb­liğ et­mək və on­la­rı da Al­la­ha iman gə­tir­mə­yə təş­viq et­mək­dir. Quran­da, mü­səl­man­la­rın in­san­la­ra xə­bər­dar­lıq et­mə­si ilə bağ­lı bir çox hökm­ var. Bun­lar­dan bi­ri də “Müd­dəs­sir” su­rə­si­nin 1-ci və 2-ci ayə­lə­rin­də bil­di­ri­lir:
“O, göy­lə­rin və ye­rin, on­la­rın ara­sın­da olan hər şe­yin Rəb­bi­dir! Yal­nız Ona iba­dət et və Onun iba­də­ti­nə qə­tiy­yət­li ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Mər­yəm su­rə­si, 65).
 
“Qə­tiy­yət­li­lik” bir mə­sə­lə­də mətinlik göstərmək, nə­ti­cə­yə çat­maq­da heç bir ma­neə ta­nı­ma­maq və əzm­lə ça­lı­şa­raq la­zım olan­la­rı nəyin bahasına olur­sa ye­ri­nə ye­tir­mək mə­na­sı­na gə­lir. Yu­xa­rı­da­kı ayə­də qeyd olu­nan qə­tiy­yət sö­zü də bu mə­na­da iş­lə­di­lib. Al­lah mü­səl­man­lar­dan yal­nız iba­dət et­mə­lə­ri­ni de­yil, ey­ni za­man­da iba­dət­də qə­tiy­yət­li ol­ma­la­rı­nı tə­ləb edir.
Hə­qi­qə­ti ta­pa bil­mək üçün in­sa­nın öz ağ­lı, bi­li­yi və ya təc­rü­bə­si ki­fa­yət et­mə­di­yi hal­lar­da, baş­qa  in­sa­nın öyü­dü ilə hə­rə­kət et­mə­si Quran­da töv­si­yə edi­lən əx­laq­ formasıdır. İn­san­lar çox vaxt səhv edə­cək­lə­ri­ni dü­şün­dük­lə­ri mə­sə­lə­lər­də doğ­ru­nu tapaq və yan­lış etməmək üçün qar­şı­la­rın­da­kı in­san­lar­la məs­lə­hət­lə­şir­lər. Yə­ni, öyüd al­maq­da məq­səd hə­qi­qə­ti ta­pa bil­mək­dir.
 
La­kin, hər bir in­san hər ha­di­sə­də doğ­ru ola­nı se­çə bi­lə­cək ağı­la və şüu­ra ma­lik de­yil. Yaxud da, doğ­ru­nu gör­sə də öz mən­fə­ət­lə­ri­nə eti­na­sız ya­na­şıb bu hə­qi­qə­ti qar­şı tə­rə­fə izah edəcək əx­la­qa sa­hib de­yil. Bu­na gö­rə də yol gös­tər­mə­si üçün məs­lə­hət­ ala­cağı in­san­lar­da da mü­əy­yən xü­su­siy­yət­lər ol­ma­lı­dır. Bu xü­su­siy­yət­lə­rin ən əsa­sı in­sa­nın Al­la­ha iman gə­tir­mə­si­dir. Çün­ki, bir in­sa­nın hə­qi­qə­ti dərhal müəyyənləşdirməsi və hətta öz mənfəətlərinə zidd olsa belə qar­şı tə­rə­fə izah et­mə­si vic­dan işi­dir. Bir in­sa­nın ma­neəsiz olaraq öz vic­da­nından istifadə et­mə­si­ni tə­min edən ye­ga­nə güc Al­lah qor­xu­su və Al­lah sev­gi­si­dir.
İn­san­lar qar­şı­la­rın­da­kı in­san­la­rı öz is­tə­dik­lə­ri şə­kil­də is­ti­qa­mət­lən­dir­mək üçün tez-tez ya­lan da­nı­şır­lar. Ya­la­nın ar­xa­sın­da bə­zən in­sa­nın öz qü­ru­ru­nu xi­las et­mək tə­la­şı, bə­zən qey­ri-sə­mi­mi dav­ra­nı­şa zə­min ha­zır­la­maq, bə­zən də üs­tün­lük əl­də et­mək ar­zu­su da­ya­nır. La­kin sə­bə­bindən asılı olmayaraq, ya­lan Quran­da qı­nanan əməl­lər­dən­dir.
 
Al­la­hın ya­la­nı in­san­la­ra ha­ram etməsi Quran­da be­lə bil­di­ri­lir:

“Al­lah si­zi bil­mə­dən iç­di­yi­niz and­la­rı­nı­za gö­rə cə­za­lan­dır­maz, la­kin iç­di­yi­niz and­la­ra gö­rə cə­za­lan­dı­rar... Bu­nun­la be­lə, and­la­rı­nı­zı qo­ru­yun. Al­lah ayə­lə­ri­ni si­zə be­lə izah edir ki, bəl­kə, şükür edə­si­niz!” (Mai­də su­rə­si, 89).
“Mən­dən on­la­ra de: “Ey Mə­nim öz­lə­ri­nə zülm et­mək­də həd­di aş­mış bən­də­lə­rim! Al­la­hın rəh­min­dən ümid­siz ol­ma­yın. Al­lah bü­tün gü­nah­la­rı ba­ğış­la­yar. Hə­qi­qə­tən, O ba­ğış­la­yan­dır, rəhm edən­dir!” (Zu­mər su­rə­si, 53).

Ayə­də bil­di­ril­di­yi ki­mi, in­san­lar bə­zən bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən səhv­lər edir­lər. Bu möv­zu ilə bağ­lı ayə­nin xi­ta­bın­dan da mə­lum ol­du­ğu ki­mi, bu­ra­da Al­la­hın rəh­mə­ti­ni uman in­san­la­ra üz tu­tu­lur. Yə­ni, ayə­də bil­di­ri­lən öz əleyh­lə­ri­nə ol­maq­la həd­di aşan in­san­lar Al­la­ha iman gə­ti­rən in­san­lar­dır. Bu­na gö­rə də be­lə hal de­mək olar ki, mü­səl­man­la­ra da aid­dir.
İn­san bir çox çatışmazlıqları və nöqsanları olan var­lıq­dır. Çün­ki o, ya­ra­dıl­mış­dır və onun ya­ra­dı­lan­la­ra xas olan aciz­li­yi vardır. Çatışmazlıq və qü­sur­dan uzaq olan isə yal­nız Al­lah­dır. İn­sa­nın Al­lah qar­şı­sın­da nə qə­dər aciz və ça­rə­siz və­ziy­yət­də ol­ma­sı­nı an­lay­a biləcəyi qü­sur­la­rın­dan bi­ri də unut­qan­lıq­dır.
 
Unut­qan­lıq hət­ta dün­ya­nın ən ağıl­lı in­sa­nı­nın da qar­şı­sı­nı ala bil­mə­yə­cə­yi aciz­lik­dir. İn­san­la­rın Al­la­ha nə qə­dər möh­tac olduqlarını dərk et­mə­lə­ri üçün on­la­rın yal­nız bu aciz­lik­lə­ri ba­rə­də dü­şün­mə­lə­ri ki­fa­yət­dir. Çün­ki insan mü­əy­yən mənada öz ha­fi­zə­si ilə bir­lik­də mə­na ifadə edir. Ha­ra­da do­ğul­du­ğu­, kim ol­du­ğu, ha­ra­da böyüdüyü­, inanc­la­rı­, et­dik­lə­ri­, ne­cə hə­yat tər­zi ke­çir­di­yi­, zövq­lə­ri­, vər­diş­lə­ri­ haqqında mə­lu­mat­lar ha­fi­zə­sin­də ol­du­ğu üçün bi­lir. La­kin in­sa­na ağ­zın­dan çı­xan cüm­lə­si­nin so­nu­nu bir an­da unut­du­ran Al­lah ona keç­mi­şi ilə bağ­lı hər şe­yi unut­du­ra bi­lər. İn­san özü­nə sa­hib ola bil­mə­si üçün Al­la­hın onun ha­fi­zə­si­nə ver­di­yi mə­lu­mat­la­ra hər an eh­ti­yac du­yur. Əgər Al­lah bun­lar­dan yal­nız bi­ri­ni unut­dur­sa, in­sa­nın onu ge­ri qay­tar­maq im­ka­nı yox­dur. Quran­da be­lə aciz­lik və­ziy­yə­tin­də in­san­la­rın Al­la­ha sı­ğın­ma­la­rı­nın və Al­lah­dan yar­dım di­lə­mə­lə­ri­nin va­cib­li­yi əmr edi­lir:
“İn­san­la­rı hik­mət­lə, gö­zəl öyüd-nə­si­hət ilə Rəb­bi­nin yo­lu­na də­vət et, on­lar­la ən gö­zəl su­rət­də mü­ba­hi­sə et. Hə­qi­qə­tən, Rəb­bin yo­lun­dan azan­la­rı da, haqq yol­da olan­la­rı da da­ha yax­şı ta­nı­yır!” (Nəhl su­rə­si, 125).
 
İs­lam di­ni­nin xü­su­siy­yə­ti bu di­nin in­sa­nın onu yal­nız öz da­xi­lin­dən gə­lə­rək və qəl­bən qə­bul edə­rək ya­şa­ma­sı ilə Al­lah dər­ga­hın­da qə­bul edi­lən bir inanc sis­te­mi ol­ma­sı­dır. Al­lah di­nin bu xü­su­siy­yə­ti­ni Quranın bir çox ayə­lə­rin­də izah et­miş­dir. Mə­sə­lən, na­maz qı­lan in­san na­ma­zı­nı Al­lah üçün is­tə­yə­rək və se­və­rək qıl­ma­lı­dır. Həm­çi­nin mal-döv­lə­tin­dən Al­lah yo­lun­da xərc­lə­yən in­sa­nın hə­min iba­də­ti­nin Al­lah dər­ga­hın­da qə­bu­le­di­lən ol­ma­sı onun ver­di­yi bu sə­də­qə­ni is­tə­yə­rək və se­və­rək ver­mə­si­nə bağ­lı­dır.
“Ka­fir­lə­rin bə­zi züm­rə­lə­ri­nə ver­di­yi­mi­zə fa­ni dün­ya ma­lı­na rəğ­bət gö­zü ilə bax­ma...” (Hicr su­rə­si, 88).
 
Al­lah var-döv­lə­ti həm mü­səl­man­la­ra, həm də ka­fir­lə­rə ve­rə bi­lər. Quran da bu­nu açıq şə­kil­də bil­di­rir. La­kin ayə­lə­rə ba­xan­da mə­lum olur ki, zən­gin­li­yin hər iki tə­rə­fə ve­ril­mə­sin­in məq­səd­ləri fərq­li­dir.

Mü­səl­man­la­ra ve­ri­lən zən­gin­li­yin sə­bə­bi gö­zəl əx­laq­la­rı­nın əvə­zi ola­raq Al­la­hın on­la­ra gö­zəl hə­yat tər­zi vəd et­mə­si­dir. Al­lah mü­səl­man­la­rı yer üzü­nün mülk­lə­ri­nə va­ris edə­cə­yi­ni bil­dir­miş­dir. Be­lə ki, pey­ğəm­bər­lə­rin hə­ya­tı­na ba­xan­da on­la­rın hə­ya­tın­da or­taq dəyişikliyin ol­du­ğu­nu gö­rü­rük. Bu dəyişiklik pey­ğəm­bər­lə­rin hə­yat­la­rı­nın baş­lan­ğı­cın­da mad­di çə­tin­lik için­də ya­şa­ma­la­rı­na bax­ma­ya­raq, on­la­rın bir müd­dət son­ra bö­yük zən­gin­lik­lə­rə qo­vuş­ma­sı­dır.
İn­san­la­rın mü­da­fiə, tət­biq və təb­liğ et­dik­lə­ri hər hansı fi­krin və ya inan­cın vic­dani olaraq yüz fa­iz doğ­ru və də­qiq ol­ma­sı qə­naə­ti­nə gəl­mə­lə­ri və bu­na əmin ol­ma­la­rı əsas şərt­dir. Bu­nun ək­si, yə­ni in­san­la­rın doğ­ru ol­ma­sı­na vic­da­nən əmin ol­ma­dı­ğı və haq­qın­da mə­lu­ma­tı ol­ma­dı­ğı hər han­sı fik­rin, in­sa­nın və ya ha­di­sə­nin ar­dın­ca get­mə­lə­ri Quran­da qa­da­ğan edil­miş­dir. Al­lah Quran­da in­san­la­rın doğ­ru­lu­ğu­nu təs­diq edib ar­dın­ca get­dik­lə­ri hər fi­kir üçün axi­rət­də göz­lə­ri, qu­laq­la­rı və qəlb­lə­ri ilə he­sab ve­rə­cək­lə­ri­ni bil­dir­miş­dir:
 
“Bil­mə­di­yin bir şe­yin ar­dın­ca get­mə. Çün­ki qu­laq, göz və ürək - bun­la­rın ha­mı­sı sor­ğu-su­al olu­na­caq­dır” (İs­ra su­rə­si, 36).
Al­lah in­san­la­rı za­man və mə­ka­na bağ­lı şə­kil­də ya­rat­mış­dır. La­kin za­ma­nı və mə­ka­nı yaradan Al­lah isə on­la­rın föv­qün­də­dir və on­lar­dan ası­lı de­yil, həm­çi­nin on­la­rın hər iki­si­ni hər tə­rəf­dən əha­tə edir. İn­san öz ya­ra­dı­lı­şı ba­xı­mın­dan za­ma­n və mə­ka­n daxilin­də ya­şa­maq məc­bu­riy­yə­tin­də­dir. O, heç bir za­man və heç bir for­ma­da bu və­ziy­yə­ti­ni də­yiş­di­rə bil­məz. La­kin Al­lah za­ma­nı və mə­ka­nı həm da­xil­dən, həm də xa­ric­dən gö­rür və Öz nə­za­rə­ti al­tın­da sax­la­yır.
 
Bu­nu be­lə izah et­mək olar: Al­lah in­sa­nın ya­şa­dı­ğı hə­ya­tın əv­və­li­ni, axı­rı­nı, or­ta­sı­nı və so­nu­nu ey­ni an­da gö­rür və bi­lir. Al­lah üçün kai­na­tın ilk baş­lan­ğıc anı ilə qi­ya­mət saa­tı ara­sın­da heç bir za­man fər­qi yox­dur. İn­san üçün isə bu ara­da çox uzun  za­man fər­qi var. La­kin bi­zim otuz san­ti­metr­lik cəd­və­lə bax­dı­ğı­mız za­man onun əv­və­li ilə so­nu­nu gör­dü­yü­müz ki­mi, Al­lah da kai­na­tın əv­və­li­ni və so­nu­nu ey­ni an­da bil­mək və gör­mək gü­cü­nə ma­lik­dir.