Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Al­lah bir çox in­sa­nları di­nin mə­na­fe­yi ba­xı­mın­dan xid­mət­lərlə və baş­qa iş­lər­lə və­zi­fə­lən­di­rə bi­lər. Hə­min adam­lar mö­min də ola bi­lər, di­ni in­kar edənlər də. Be­lə ki, şey­tan­la­rın Hz.Sü­ley­ma­na xid­mət­çi olaraq təyin edil­mə­si Quran­da bil­di­ri­lən açıq hə­qi­qət­dir. İs­tər mö­mi­nin, is­tər­sə də di­ni in­kar edən in­sa­nların hər bi­ri hər hansı bir işin yerinə yetirilməsində bir vasitə­dir. Ye­ga­nə güc və ira­də sa­hi­bi yal­nız Al­lah­dır. Al­lah da İs­la­m dinini dün­ya­da bir sıra sınaqlardan keçirməklə qüv­vət­lən­di­rə­cək və ha­kim edəcək­.
Al­lah Öz ayə­lə­rin­də bü­tün bu hə­qi­qət­lər­dən xə­bər­siz olub mü­səl­man ol­duq­la­rı­na gö­rə öz­lə­ri­ni qiy­mət­li var­lıq ki­mi gö­rən­lər­dən, mü­səl­man ol­ma­la­rı­nı İs­lam dini və el­çi üçün bö­yük qa­zanc, Al­la­hın lüt­fü ki­mi gös­tə­rən­lər­dən bəhs edir:

“On­lar is­la­mı qə­bul et­dik­lə­ri­nə gö­rə sə­nə min­nət qo­yur­lar. De: “Mü­səl­man ol­du­ğu­nuz­la mə­nə min­nət qoy­ma­yın! Xeyr, əgər doğ­ru de­yir­si­niz­sə, bi­lin ki, si­zi ima­na mü­vəf­fəq et­mək­lə əs­lin­də Al­lah si­zin boy­nu­nu­za min­nət qoy­muş olur!”” (Hu­cu­rat su­rə­si, 17).

Ayə­də də qeyd edil­di­yi ki­mi, əs­lin­də bu mə­sə­lə in­san­la­rın dü­şün­dük­lə­ri­nin tam ək­si­nə­dir: İs­la­mı qəbul edən in­san İs­la­mı şə­rəf­lən­dir­məz, ək­si­nə, İs­lam ona şə­rəf ve­rər.

Al­lah Quranın müx­tə­lif ayə­lə­rin­də İs­la­ma xid­mət edən in­san­la­rı Onun qə­bul et­di­yi əx­la­qı ya­şa­ma­ğa ça­lış­ma­ya­caq­la­rı təq­dir­də, on­ları da­ha xe­yir­li in­san­lar­la də­yiş­di­rə bi­lə­cə­yin­dən bəhs edir. Bü dü­şün­cə­yə ma­lik olan in­san­lar hə­min ayə­lə­rin hök­mü­nü pozmaqdan qorx­ma­lı, bu xə­bər­dar­lı­ğı da­ha çox öz­lə­ri­nə aid et­mə­li­dir­lər. Sə­mi­mi iman və niy­yət­lə, Al­lahın razılığından baş­qa heç bir şe­yi ummadan İs­la­ma xid­mət edən in­sa­nın sa­va­bı­nı isə Al­lah müt­ləq ve­rə­cək­dir.