Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Bir mö­mi­nin ima­nı­nın gü­cü, sə­mi­miy­yə­ti və qə­tiy­yə­ti onun Al­lah yo­lun­da mü­ba­ri­zə­sin­dən, İs­la­ma olan sev­gi­sin­dən ay­dın olur. Onun bu mü­ba­ri­zə­də gös­tər­di­yi hə­rə­kət və dav­ra­nış­la­rı di­ni əx­laq möv­zu­sun­da zə­if və ya şövq­lü ol­ma­sı­nı mü­əy­yən edir.
 
Din­də zə­if­lik gös­tər­mək mö­min­lər ara­sın­da ima­ni cə­hət­dən tam ola­raq ye­tiş­mə­miş in­san­la­ra xas olan xü­su­siy­yət­dir. Bu in­san­da zə­if­lik çə­tin an­lar­da ge­ri çə­kil­mək, risk et­mə­mək, nəf­si­nin ra­hat­lığını və mən­fə­ət­lə­ri­ni di­nin mən­fə­ət­lə­rin­dən üs­tün tut­maq şək­lin­də or­ta­ya çı­xır. Çə­tin­lik ol­ma­yan vaxt­lar­da isə özü­nü iman gə­tir­mə­yən­lə­rin və fit­nə­nin var­lı­ğın­dan na­ra­hat ol­ma­maq, on­la­ra tə­lə qur­maq və na­ra­hat et­mək yö­nün­də dü­şü­nüb təd­bir gör­mə­mək, mə­su­liy­yət da­şı­maq­dan və nəf­si­ni çə­tin­li­yə sal­maq­dan uzaq ol­maq, ha­di­sə­lər qar­şı­sın­da pas­siv ol­maq və on­la­ra tə­sir gös­tər­mə­mək, ağır hə­rə­kət et­mək ki­mi gös­tə­rir. Bu az­ğın an­la­yış­lar hə­min in­san­la­rın məntiqi mühakimələrinə və ha­di­sə­lə­ri qiy­mət­lən­dir­mə­lərinə əsaslı dərəcədə təsir göstərir. Be­lə ki, on­la­rın şüu­ru Al­lah yo­lun­da­ üzləşdikləri çə­tin­lik və ya təh­lü­kə­dən qaç­ma­ğı öz­lə­ri üçün qa­zanc, hət­ta Al­la­hın ne­mə­ti olaraq gö­rə­cək qə­dər qa­pa­nır:

“Ara­nız­da elə­lə­ri də var­dır ki, ağır tər­pə­nər və əgər si­zə bir mü­si­bət üz ver­sə: “Al­lah mə­nə lütf et­di ki, on­lar­la bir­lik­də ol­ma­dım”, - de­yər” (Ni­sa su­rə­si, 72).

Be­lə­lə­ri hə­yat­da la­zı­mi iş­lə­ri ye­ri­nə ye­ti­rən in­san­la­rın on­suz da möv­cud olduğunu əsas tutaraq, vic­dan­la­rı ra­hatlatmağa çalışırlar. La­kin çə­tin­lik və sı­xın­tı anları sovuşaraq, on­la­rın heç bir pa­yı­nın ol­ma­dı­ğı zə­fər anı gəl­di­yi za­man peş­man ol­duq­la­rı­nı bil­di­rir­lər, mö­min­lə­rin sa­hib ol­du­ğu şə­rəf­li mə­qam­lar­dan nə qə­dər uzaq ol­duq­la­rı­nı dərk edir­lər:

“Əgər Al­lah tə­rə­fin­dən si­zə bir ne­mət ye­ti­şər­sə, o za­man gu­ya ara­nız­da heç bir dost­luq yox­muş ki­mi: “Kaş ki, mən də on­lar­la bir­lik­də olub bö­yük bir qə­ni­mət əl­də edəy­dim!” -söy­lər­lər” (Ni­sa su­rə­si, 73).

Be­lə­lik­lə, axi­rət­lə­ri üçün qa­za­na­caq­la­rı çox bö­yük əcr für­sət­lə­ri­ni, yük­sək mə­qam­la­rı­ da əl­dən ver­miş olur­lar.

Al­lah sə­mi­mi mö­min­lə­rə onların arasında ya­şa­yan bu zə­if və ləng in­san­la­rın mən­fi təsirinə düşülməməsi, on­la­rın şövq­lə­ri­nin, hə­vəs və əz­mi­nin qırılmaması üçün xə­bər­dar­lıq edir və bu­na bən­zər hə­rə­kət­lər­dən çə­kin­di­rir:

“Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.” (Rum su­rə­si, 60).

Əl­bət­tə, dai­mi zə­if­lik hə­qi­qi iman sa­hi­bi olan in­sa­na aid edi­lə bil­məz. La­kin mö­min mü­vəq­qə­ti zə­if­lik­lər­dən, la­qeyd­lik­lər­dən, mə­su­liy­yət­siz­lik­dən, vax­ta­şı­rı nəf­si­nə ta­be ol­maq ki­mi mən­fi hə­rə­kət­lər­dən uzaq ol­ma­lı­dır. Mö­min­lə­ri müx­tə­lif möv­zu­lar­da gös­tə­ril­miş zə­if­lik­lər­dən çə­kin­di­rən ayə­lə­rin bə­zi­lə­ri bun­lar­dır:

“Düş­mə­ni­niz olan qöv­mü tə­qib et­mək­də zə­if­lik gös­tər­mə­yin! Əgər siz əziy­yət çə­kir­si­niz­sə, on­lar da si­zin ki­mi əziy­yət çə­kir­lər. Hal­bu­ki siz on­la­rın um­ma­dıq­la­rı­nı Al­lah­dan umur­su­nuz. Al­lah bi­lən­dir, hik­mət sa­hi­bi­dir!” (Ni­sa su­rə­si, 104).

“Ruh­dan düş­mə­yin və qəm­gin ol­ma­yın. Hal­bu­ki, əgər mö­min­si­niz­sə, siz çox yük­sək­də du­rur­su­nuz!” (Ali-İm­ran su­rə­si, 139).

Quran­da tə­rif edi­lən ide­al mö­min isə bü­tün hə­ya­tı bo­yu is­tər sı­xın­tı­lı və çə­tin an­la­rın­da, is­tər­sə də sıxıntısız və rifah dolu anlarında di­nin mə­na­fe­lə­rin­dən heç bir şə­kil­də ge­ri çə­kil­mə­yən, bütün vəziyyətlərdə  Al­la­hın razılığını nəf­si­nin ar­zu­la­rı­na də­yiş­mə­yən in­san­dır. O, öz şövq və hə­yə­ca­nı­nı, qə­tiy­yə­ti­ni heç bir hal­da itir­məz, zə­if­lik gös­tər­məz və bo­yun əy­məz. Bu mö­min in­san mo­de­li Quran­da qə­dim mil­lət­lər­dən nü­mu­nə gə­ti­ri­lə­rək be­lə tə­rif edi­lir:

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbr edənləri sevir.” (Ali-İm­ran su­rə­si, 146).

Baş­qa bir ayə­də isə axi­rət üçün cid­di-cəhd­lə ça­lış­ma­ğın də­yə­rin­dən bəhs edi­lir:


“Mö­min olub axi­rə­ti is­tə­yən və onun uğ­run­da ça­lı­şan­la­rın zəh­mə­ti qə­bul olu­nar” (İs­ra su­rə­si, 19).