Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Ca­hi­liy­yə top­lu­mu­nun əsas hə­yat fəl­sə­fə­si in­sa­nın yal­nız özü qar­şı­sın­da mə­su­liy­yət da­şı­ma­sı dü­şün­cə­si­nə əsas­la­nır. Hə­min dü­şün­cə­yə gö­rə, in­san­la­rın əsas və­zi­fə­si ən yax­şı şə­ra­it­­də ya­şa­maq­dan, ən yax­şı şə­rai­ti ya­rat­maq­dan iba­rət­ olub, di­gər in­san­la­rın mad­di və mə­nə­vi hə­yat­la­rı ilə bağ­lı heç bir mə­su­liy­yət da­şı­mamaqdır. Bu­na gö­rə də bir çox in­san­ din­lə­ri­nə yal­nız öz­ba­şı­na əməl et­mək­dən iba­rət ol­du­ğu­nu düşünür və baş­qa in­san­la­ra di­ni təb­liğ et­mək və­zi­fə­si da­şı­ma­dıq­la­rı­nı gü­man edir­lər. Hal­bu­ki, Qurana ba­xan­da, bu­nun tam ək­sini görürük.
 
Mü­səl­ma­nın ən bö­yük və­zi­fə­lə­rin­dən bi­ri, İs­lam əx­la­qı­nı ət­ra­f­da olan in­san­la­ra izah və təb­liğ et­mək və on­la­rı da Al­la­ha iman gə­tir­mə­yə təş­viq et­mək­dir. Quran­da, mü­səl­man­la­rın in­san­la­ra xə­bər­dar­lıq et­mə­si ilə bağ­lı bir çox hökm­ var. Bun­lar­dan bi­ri də “Müd­dəs­sir” su­rə­si­nin 1-ci və 2-ci ayə­lə­rin­də bil­di­ri­lir:

“Ey ör­tü­nüb bü­rün­müş! Qalx qor­xut!” (Müd­dəs­sir su­rə­si, 1-2).

Mü­səl­man­lar öz­lə­ri din­lə­ri­nə əməl et­dik­lə­ri ki­mi ət­raf­la­rın­da olan in­san­la­rı da bu­na təş­viq et­mə­yə mə­sul­dur­lar. Hət­ta Quran­da mü­səl­man­la­rın bü­tün hə­yat­la­rı­nı təb­liğ­lə, yə­ni din­lə­ri­ni yay­maq­la ke­çir­mə­lə­ri­nin la­zım ol­du­ğu bil­di­ri­lir. Mü­səl­man­lar iş­lə­ri­ni, məs­kun­laş­dıq­la­rı əra­zi­lə­ri, əy­lən­cə­lə­ri­ni, hə­yat tərz­lə­ri­ni buna gö­rə tən­zim­lə­yir­lər. Mü­səl­man üçün Al­la­hın var­lı­ğı­nın bü­tün in­san­lar tə­rə­fin­dən bi­lin­mə­si, dərk edil­mə­si, bü­tün in­san­la­rın cə­hən­nə­min ne­cə yer ol­ma­sın­dan və he­sa­ba çə­kil­mə­lə­rin­dən xə­bər­dar ol­ma­sı on­la­rın ti­ca­rə­tin­dən, əy­lən­cə­sin­dən və ya ra­hat­lıq­la­rın­dan da­ha əhə­miy­yət­li­dir. Cə­hən­nəm­də­ki əza­bın şid­də­ti­ni və Al­la­hın qüd­rə­ti­ni yax­şı bi­lən mü­səl­man­lar in­san­la­rın di­ni əx­la­qa əməl et­mə­dik­lə­ri təq­dir­də, on­la­rı göz­lə­yən aqi­bə­tin ne­cə ola­ca­ğı­nı öy­rən­mə­lə­ri üçün əl­lə­rin­dən gə­lə­ni edir­lər. La­zım olar­sa, iş­lə­rin­dən, ev­lə­rin­dən və ya mülk­lə­rin­dən im­ti­na edə­rək in­san­la­rı xə­bər­dar edir və Al­la­hın bu əmr­lə­ri­ni ye­ri­nə ye­tir­məyə da­vam edir­lər. Al­la­hın mö­min­lə­rə olan bu əm­ri baş­qa bir ayə­də be­lə bil­di­ri­lir:

“Qəf­lət­də olan­la­rı və iman gə­tir­mə­yən­lə­ri işin bit­miş ola­ca­ğı peş­man­çı­lıq gü­nü ilə qor­xut!” (Mər­yəm su­rə­si, 39).