Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Mö­min in­san Al­la­hın və Onun el­çi­si­nin əmr­lə­ri­ni qəl­bən və bo­yun əyə­rək ye­ri­nə ye­ti­rir, onun söz­lə­ri­nə ita­ət edər­kən qəl­bin­də ən ki­çik  sı­xın­tı və şüb­hə his­si ke­çir­mir. Mö­min, Al­la­hın və Onun el­çi­si­nin hökm et­di­yi hər şe­yin ən doğ­ru, ən yax­şı və ən xe­yir­li ol­du­ğu­nu bi­lir. Bə­zən şey­tan el­çi­nin de­di­yin­dən fərq­li iş­lər ye­ri­nə ye­tir­mə­si­ni əmr et­sə də, mö­min ən xe­yir­li yo­lun öz el­çi­si­nin əmr et­di­yi yol ol­du­ğu­nu bi­lə­rək hə­rə­kət edir. Bu qəl­bdən gələn sə­mi­mi mü­na­si­bət isə mö­mi­nin ima­nın­dan qaynaqlanır.

Əks hal­da, yə­ni za­hi­rən ita­ət edib qəlb­ən tam sə­mi­miy­yə­tin ol­ma­ma­sı isə ayə­lər­də bil­di­ril­di­yi­nə gö­rə, hə­min in­sa­nın əs­lin­də iman gətirmədiyinin sü­bu­tu­dur:

Xeyr! Rəb­bi­nə and ol­sun ki, on­lar öz ara­la­rın­da baş ve­rən ix­ti­laf­lar­da sə­ni ha­kim (mün­sif) tə­yin et­mə­yin­cə və ver­di­yi hökm­lə­rə gö­rə öz­lə­rin­də bir sı­xın­tı duy­ma­dan sə­nə tam bir ita­ət­lə bo­yun əy­mə­yin­cə iman gə­tir­miş ol­maz­lar (Ni­sa su­rə­si, 65).

Bir in­san İs­la­mın və mö­min­lə­rin gü­cün­dən çə­kin­di­yi üçün za­hi­rən ita­ət­li dav­ra­na və de­yi­lən­lə­ri qü­sur­suz ola­raq ye­ri­nə ye­ti­rə bi­lər. La­kin hə­min in­sa­nın qəl­bi tam mə­na­sı ilə ita­ət etmədikcə, o, hə­qi­qə­tən iman gə­tir­miş sa­yıl­maz. Çün­ki be­lə bir dav­ra­nış o in­sa­nın qəl­bin­də hə­lə də Al­lah və el­çi­si haq­qın­da bə­zi şəkk-şüb­hə­nin ol­du­ğu­nu gös­tə­rir. Qəl­bən, ya­xud baş­qa söz­lə, «ba­ti­ni» bir itaə­tə ma­lik ol­ma­ma­sı, yal­nız fi­zi­ki ita­ət gös­tər­mə­si hə­min in­sa­nın gör­dü­yü iş­lə­rin də bo­şa get­mə­si­nə sə­bəb ola bi­lər. O, za­hi­rən ita­ət et­miş ki­mi görünsə də axi­rət­də bun­la­rın əvə­zi­ni almaya bilər. Bu­na gö­rə də mö­min, öz dünyəvi mənfəətlərinə zidd olsa belə, Al­la­hın el­çi­sin­dən gə­lən hök­mü qəlb­dən gə­lən nə­şə və se­vinc­lə qar­şı­la­ma­lı, ima­nı­nın və təs­limiyyətinin ləz­zə­ti­ni sidqi-ürəklə hiss et­mə­li­dir. Haqq olan bir şe­yin qar­şı­sın­da sı­xın­tı çək­mək, şüb­hə və tə­rəd­düd hiss­lə­ri ke­çir­mək ima­na zidd olan dav­ra­nış­dır.