Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Ca­hi­liy­yə top­lu­mu­nun əsas hə­yat fəl­sə­fə­si in­sa­nın yal­nız özü qar­şı­sın­da mə­su­liy­yət da­şı­ma­sı dü­şün­cə­si­nə əsas­la­nır. Hə­min dü­şün­cə­yə gö­rə, in­san­la­rın əsas və­zi­fə­si ən yax­şı şə­ra­it­­də ya­şa­maq­dan, ən yax­şı şə­rai­ti ya­rat­maq­dan iba­rət­ olub, di­gər in­san­la­rın mad­di və mə­nə­vi hə­yat­la­rı ilə bağ­lı heç bir mə­su­liy­yət da­şı­mamaqdır. Bu­na gö­rə də bir çox in­san­ din­lə­ri­nə yal­nız öz­ba­şı­na əməl et­mək­dən iba­rət ol­du­ğu­nu düşünür və baş­qa in­san­la­ra di­ni təb­liğ et­mək və­zi­fə­si da­şı­ma­dıq­la­rı­nı gü­man edir­lər. Hal­bu­ki, Qurana ba­xan­da, bu­nun tam ək­sini görürük.
 
Mü­səl­ma­nın ən bö­yük və­zi­fə­lə­rin­dən bi­ri, İs­lam əx­la­qı­nı ət­ra­f­da olan in­san­la­ra izah və təb­liğ et­mək və on­la­rı da Al­la­ha iman gə­tir­mə­yə təş­viq et­mək­dir. Quran­da, mü­səl­man­la­rın in­san­la­ra xə­bər­dar­lıq et­mə­si ilə bağ­lı bir çox hökm­ var. Bun­lar­dan bi­ri də “Müd­dəs­sir” su­rə­si­nin 1-ci və 2-ci ayə­lə­rin­də bil­di­ri­lir:
“O, göy­lə­rin və ye­rin, on­la­rın ara­sın­da olan hər şe­yin Rəb­bi­dir! Yal­nız Ona iba­dət et və Onun iba­də­ti­nə qə­tiy­yət­li ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Mər­yəm su­rə­si, 65).
 
“Qə­tiy­yət­li­lik” bir mə­sə­lə­də mətinlik göstərmək, nə­ti­cə­yə çat­maq­da heç bir ma­neə ta­nı­ma­maq və əzm­lə ça­lı­şa­raq la­zım olan­la­rı nəyin bahasına olur­sa ye­ri­nə ye­tir­mək mə­na­sı­na gə­lir. Yu­xa­rı­da­kı ayə­də qeyd olu­nan qə­tiy­yət sö­zü də bu mə­na­da iş­lə­di­lib. Al­lah mü­səl­man­lar­dan yal­nız iba­dət et­mə­lə­ri­ni de­yil, ey­ni za­man­da iba­dət­də qə­tiy­yət­li ol­ma­la­rı­nı tə­ləb edir.
Hə­qi­qə­ti ta­pa bil­mək üçün in­sa­nın öz ağ­lı, bi­li­yi və ya təc­rü­bə­si ki­fa­yət et­mə­di­yi hal­lar­da, baş­qa  in­sa­nın öyü­dü ilə hə­rə­kət et­mə­si Quran­da töv­si­yə edi­lən əx­laq­ formasıdır. İn­san­lar çox vaxt səhv edə­cək­lə­ri­ni dü­şün­dük­lə­ri mə­sə­lə­lər­də doğ­ru­nu tapaq və yan­lış etməmək üçün qar­şı­la­rın­da­kı in­san­lar­la məs­lə­hət­lə­şir­lər. Yə­ni, öyüd al­maq­da məq­səd hə­qi­qə­ti ta­pa bil­mək­dir.
 
La­kin, hər bir in­san hər ha­di­sə­də doğ­ru ola­nı se­çə bi­lə­cək ağı­la və şüu­ra ma­lik de­yil. Yaxud da, doğ­ru­nu gör­sə də öz mən­fə­ət­lə­ri­nə eti­na­sız ya­na­şıb bu hə­qi­qə­ti qar­şı tə­rə­fə izah edəcək əx­la­qa sa­hib de­yil. Bu­na gö­rə də yol gös­tər­mə­si üçün məs­lə­hət­ ala­cağı in­san­lar­da da mü­əy­yən xü­su­siy­yət­lər ol­ma­lı­dır. Bu xü­su­siy­yət­lə­rin ən əsa­sı in­sa­nın Al­la­ha iman gə­tir­mə­si­dir. Çün­ki, bir in­sa­nın hə­qi­qə­ti dərhal müəyyənləşdirməsi və hətta öz mənfəətlərinə zidd olsa belə qar­şı tə­rə­fə izah et­mə­si vic­dan işi­dir. Bir in­sa­nın ma­neəsiz olaraq öz vic­da­nından istifadə et­mə­si­ni tə­min edən ye­ga­nə güc Al­lah qor­xu­su və Al­lah sev­gi­si­dir.
İn­san­lar qar­şı­la­rın­da­kı in­san­la­rı öz is­tə­dik­lə­ri şə­kil­də is­ti­qa­mət­lən­dir­mək üçün tez-tez ya­lan da­nı­şır­lar. Ya­la­nın ar­xa­sın­da bə­zən in­sa­nın öz qü­ru­ru­nu xi­las et­mək tə­la­şı, bə­zən qey­ri-sə­mi­mi dav­ra­nı­şa zə­min ha­zır­la­maq, bə­zən də üs­tün­lük əl­də et­mək ar­zu­su da­ya­nır. La­kin sə­bə­bindən asılı olmayaraq, ya­lan Quran­da qı­nanan əməl­lər­dən­dir.
 
Al­la­hın ya­la­nı in­san­la­ra ha­ram etməsi Quran­da be­lə bil­di­ri­lir:

“Al­lah si­zi bil­mə­dən iç­di­yi­niz and­la­rı­nı­za gö­rə cə­za­lan­dır­maz, la­kin iç­di­yi­niz and­la­ra gö­rə cə­za­lan­dı­rar... Bu­nun­la be­lə, and­la­rı­nı­zı qo­ru­yun. Al­lah ayə­lə­ri­ni si­zə be­lə izah edir ki, bəl­kə, şükür edə­si­niz!” (Mai­də su­rə­si, 89).
“Mən­dən on­la­ra de: “Ey Mə­nim öz­lə­ri­nə zülm et­mək­də həd­di aş­mış bən­də­lə­rim! Al­la­hın rəh­min­dən ümid­siz ol­ma­yın. Al­lah bü­tün gü­nah­la­rı ba­ğış­la­yar. Hə­qi­qə­tən, O ba­ğış­la­yan­dır, rəhm edən­dir!” (Zu­mər su­rə­si, 53).

Ayə­də bil­di­ril­di­yi ki­mi, in­san­lar bə­zən bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən səhv­lər edir­lər. Bu möv­zu ilə bağ­lı ayə­nin xi­ta­bın­dan da mə­lum ol­du­ğu ki­mi, bu­ra­da Al­la­hın rəh­mə­ti­ni uman in­san­la­ra üz tu­tu­lur. Yə­ni, ayə­də bil­di­ri­lən öz əleyh­lə­ri­nə ol­maq­la həd­di aşan in­san­lar Al­la­ha iman gə­ti­rən in­san­lar­dır. Bu­na gö­rə də be­lə hal de­mək olar ki, mü­səl­man­la­ra da aid­dir.
İn­san bir çox çatışmazlıqları və nöqsanları olan var­lıq­dır. Çün­ki o, ya­ra­dıl­mış­dır və onun ya­ra­dı­lan­la­ra xas olan aciz­li­yi vardır. Çatışmazlıq və qü­sur­dan uzaq olan isə yal­nız Al­lah­dır. İn­sa­nın Al­lah qar­şı­sın­da nə qə­dər aciz və ça­rə­siz və­ziy­yət­də ol­ma­sı­nı an­lay­a biləcəyi qü­sur­la­rın­dan bi­ri də unut­qan­lıq­dır.
 
Unut­qan­lıq hət­ta dün­ya­nın ən ağıl­lı in­sa­nı­nın da qar­şı­sı­nı ala bil­mə­yə­cə­yi aciz­lik­dir. İn­san­la­rın Al­la­ha nə qə­dər möh­tac olduqlarını dərk et­mə­lə­ri üçün on­la­rın yal­nız bu aciz­lik­lə­ri ba­rə­də dü­şün­mə­lə­ri ki­fa­yət­dir. Çün­ki insan mü­əy­yən mənada öz ha­fi­zə­si ilə bir­lik­də mə­na ifadə edir. Ha­ra­da do­ğul­du­ğu­, kim ol­du­ğu, ha­ra­da böyüdüyü­, inanc­la­rı­, et­dik­lə­ri­, ne­cə hə­yat tər­zi ke­çir­di­yi­, zövq­lə­ri­, vər­diş­lə­ri­ haqqında mə­lu­mat­lar ha­fi­zə­sin­də ol­du­ğu üçün bi­lir. La­kin in­sa­na ağ­zın­dan çı­xan cüm­lə­si­nin so­nu­nu bir an­da unut­du­ran Al­lah ona keç­mi­şi ilə bağ­lı hər şe­yi unut­du­ra bi­lər. İn­san özü­nə sa­hib ola bil­mə­si üçün Al­la­hın onun ha­fi­zə­si­nə ver­di­yi mə­lu­mat­la­ra hər an eh­ti­yac du­yur. Əgər Al­lah bun­lar­dan yal­nız bi­ri­ni unut­dur­sa, in­sa­nın onu ge­ri qay­tar­maq im­ka­nı yox­dur. Quran­da be­lə aciz­lik və­ziy­yə­tin­də in­san­la­rın Al­la­ha sı­ğın­ma­la­rı­nın və Al­lah­dan yar­dım di­lə­mə­lə­ri­nin va­cib­li­yi əmr edi­lir:
“İn­san­la­rı hik­mət­lə, gö­zəl öyüd-nə­si­hət ilə Rəb­bi­nin yo­lu­na də­vət et, on­lar­la ən gö­zəl su­rət­də mü­ba­hi­sə et. Hə­qi­qə­tən, Rəb­bin yo­lun­dan azan­la­rı da, haqq yol­da olan­la­rı da da­ha yax­şı ta­nı­yır!” (Nəhl su­rə­si, 125).
 
İs­lam di­ni­nin xü­su­siy­yə­ti bu di­nin in­sa­nın onu yal­nız öz da­xi­lin­dən gə­lə­rək və qəl­bən qə­bul edə­rək ya­şa­ma­sı ilə Al­lah dər­ga­hın­da qə­bul edi­lən bir inanc sis­te­mi ol­ma­sı­dır. Al­lah di­nin bu xü­su­siy­yə­ti­ni Quranın bir çox ayə­lə­rin­də izah et­miş­dir. Mə­sə­lən, na­maz qı­lan in­san na­ma­zı­nı Al­lah üçün is­tə­yə­rək və se­və­rək qıl­ma­lı­dır. Həm­çi­nin mal-döv­lə­tin­dən Al­lah yo­lun­da xərc­lə­yən in­sa­nın hə­min iba­də­ti­nin Al­lah dər­ga­hın­da qə­bu­le­di­lən ol­ma­sı onun ver­di­yi bu sə­də­qə­ni is­tə­yə­rək və se­və­rək ver­mə­si­nə bağ­lı­dır.
“Ka­fir­lə­rin bə­zi züm­rə­lə­ri­nə ver­di­yi­mi­zə fa­ni dün­ya ma­lı­na rəğ­bət gö­zü ilə bax­ma...” (Hicr su­rə­si, 88).
 
Al­lah var-döv­lə­ti həm mü­səl­man­la­ra, həm də ka­fir­lə­rə ve­rə bi­lər. Quran da bu­nu açıq şə­kil­də bil­di­rir. La­kin ayə­lə­rə ba­xan­da mə­lum olur ki, zən­gin­li­yin hər iki tə­rə­fə ve­ril­mə­sin­in məq­səd­ləri fərq­li­dir.

Mü­səl­man­la­ra ve­ri­lən zən­gin­li­yin sə­bə­bi gö­zəl əx­laq­la­rı­nın əvə­zi ola­raq Al­la­hın on­la­ra gö­zəl hə­yat tər­zi vəd et­mə­si­dir. Al­lah mü­səl­man­la­rı yer üzü­nün mülk­lə­ri­nə va­ris edə­cə­yi­ni bil­dir­miş­dir. Be­lə ki, pey­ğəm­bər­lə­rin hə­ya­tı­na ba­xan­da on­la­rın hə­ya­tın­da or­taq dəyişikliyin ol­du­ğu­nu gö­rü­rük. Bu dəyişiklik pey­ğəm­bər­lə­rin hə­yat­la­rı­nın baş­lan­ğı­cın­da mad­di çə­tin­lik için­də ya­şa­ma­la­rı­na bax­ma­ya­raq, on­la­rın bir müd­dət son­ra bö­yük zən­gin­lik­lə­rə qo­vuş­ma­sı­dır.
İn­san­la­rın mü­da­fiə, tət­biq və təb­liğ et­dik­lə­ri hər hansı fi­krin və ya inan­cın vic­dani olaraq yüz fa­iz doğ­ru və də­qiq ol­ma­sı qə­naə­ti­nə gəl­mə­lə­ri və bu­na əmin ol­ma­la­rı əsas şərt­dir. Bu­nun ək­si, yə­ni in­san­la­rın doğ­ru ol­ma­sı­na vic­da­nən əmin ol­ma­dı­ğı və haq­qın­da mə­lu­ma­tı ol­ma­dı­ğı hər han­sı fik­rin, in­sa­nın və ya ha­di­sə­nin ar­dın­ca get­mə­lə­ri Quran­da qa­da­ğan edil­miş­dir. Al­lah Quran­da in­san­la­rın doğ­ru­lu­ğu­nu təs­diq edib ar­dın­ca get­dik­lə­ri hər fi­kir üçün axi­rət­də göz­lə­ri, qu­laq­la­rı və qəlb­lə­ri ilə he­sab ve­rə­cək­lə­ri­ni bil­dir­miş­dir:
 
“Bil­mə­di­yin bir şe­yin ar­dın­ca get­mə. Çün­ki qu­laq, göz və ürək - bun­la­rın ha­mı­sı sor­ğu-su­al olu­na­caq­dır” (İs­ra su­rə­si, 36).
Al­lah in­san­la­rı za­man və mə­ka­na bağ­lı şə­kil­də ya­rat­mış­dır. La­kin za­ma­nı və mə­ka­nı yaradan Al­lah isə on­la­rın föv­qün­də­dir və on­lar­dan ası­lı de­yil, həm­çi­nin on­la­rın hər iki­si­ni hər tə­rəf­dən əha­tə edir. İn­san öz ya­ra­dı­lı­şı ba­xı­mın­dan za­ma­n və mə­ka­n daxilin­də ya­şa­maq məc­bu­riy­yə­tin­də­dir. O, heç bir za­man və heç bir for­ma­da bu və­ziy­yə­ti­ni də­yiş­di­rə bil­məz. La­kin Al­lah za­ma­nı və mə­ka­nı həm da­xil­dən, həm də xa­ric­dən gö­rür və Öz nə­za­rə­ti al­tın­da sax­la­yır.
 
Bu­nu be­lə izah et­mək olar: Al­lah in­sa­nın ya­şa­dı­ğı hə­ya­tın əv­və­li­ni, axı­rı­nı, or­ta­sı­nı və so­nu­nu ey­ni an­da gö­rür və bi­lir. Al­lah üçün kai­na­tın ilk baş­lan­ğıc anı ilə qi­ya­mət saa­tı ara­sın­da heç bir za­man fər­qi yox­dur. İn­san üçün isə bu ara­da çox uzun  za­man fər­qi var. La­kin bi­zim otuz san­ti­metr­lik cəd­və­lə bax­dı­ğı­mız za­man onun əv­və­li ilə so­nu­nu gör­dü­yü­müz ki­mi, Al­lah da kai­na­tın əv­və­li­ni və so­nu­nu ey­ni an­da bil­mək və gör­mək gü­cü­nə ma­lik­dir.
İn­san­la­rın ya­şa­maq üçün möh­tac ol­du­ğu əsas eh­ti­yac­lar­dan baş­qa onlara sırf asan­lıq və ra­hat­lıq üçün ve­ri­lən bir çox ne­mət­lər də var. İn­san­la­rın ayaqla gedə bil­məsi müm­kün ol­ma­yan yer­lə­rə get­mə­si­ni tə­min edən mi­nik va­si­tə­lə­ri də bu ne­mət­lər­dən­dir. Hə­min mi­nik va­si­tə­lə­ri Al­la­hın in­san­la­ra olan mər­hə­mət və eh­sa­nı­nın nü­mu­nə­si və də­li­li­dir. Bu sə­bəb­dən də Al­lah mi­nik hey­van­la­rın­dan is­ti­fa­də edil­di­yi za­man Onun in­san­la­ra olan bu mər­hə­mət və lüt­fü­nü xa­tır­la­yıb zikr et­mə­lə­ri­ni əmr edir:
 
“Ona gö­rə ki, on­la­rı mi­nə­si­niz, son­ra mi­nib otur­du­ğu­nuz za­man Rəb­bi­ni­zin ne­mə­ti­ni ya­da sa­la­raq de­yə­si­niz: “Bun­la­rı bi­zə ram edən Al­lah pak və mü­qəd­dəs­dir! Bi­zim on­la­ra gü­cü­müz çat­maz­dı. Hə­qi­qə­tən, biz Rəb­bi­mi­zin hü­zu­ru­na qa­yı­da­ca­ğıq!”” (Zux­ruf su­rə­si, 13-14).
“Doğ­ru­dan da, Biz sə­ni haq­la müj­də ve­rən və qor­xu­dan bir pey­ğəm­bər ki­mi gön­dər­dik. Elə bir üm­mət yox­dur ki, onun için­dən qor­xu­dan bir el­çi gə­lib get­mə­sin!” (Fa­tir su­rə­si, 24).

Mü­səl­man­la­rın xə­bər­da­re­di­ci xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, müj­də­ve­ri­ci xü­su­siy­yət­lə­ri də vardır. Çün­ki Quran in­san­la­ra həm xə­bər­dar­lıq, həm də müj­də ki­mi na­zil edil­miş­dir.
Əda­lət, in­san­lar ara­sın­da­kı an­la­şıl­maz­lıq­la­rı həll edər­kən haqq sa­hi­bi­nə heç bir tə­rə­f tut­ma­dan haq­qı­nı ver­mək mə­na­sı­nı verir. Amma Quran əx­la­qı­na əməl et­mə­yən in­san­lar əsa­sən tam və qə­ti əda­lət an­la­yı­şı ilə hə­rə­kət et­məz­lər. Bir çox xa­ri­ci amil­lər on­la­rın ədalətli qə­rar qə­bul etmələrinə tə­sir gös­tə­rə bi­lər. Mə­sə­lən, be­lə insan özü­nə da­ha ya­xın he­sab et­di­yi in­sa­nın le­hi­nə qə­rar qə­bul edə bi­lər. Həm­çi­nin mən­fəə­ti­nə uy­ğun gör­dü­yü, özü­nə fay­da­lı olan şə­kil­də hökm ve­rə bi­lər. Yə­ni,  şəx­si mən­fə­ət na­mi­nə ve­ri­lən qə­rar əda­lət­li ol­ma­ya bi­lər.
Bir mö­mi­nin ima­nı­nın gü­cü, sə­mi­miy­yə­ti və qə­tiy­yə­ti onun Al­lah yo­lun­da mü­ba­ri­zə­sin­dən, İs­la­ma olan sev­gi­sin­dən ay­dın olur. Onun bu mü­ba­ri­zə­də gös­tər­di­yi hə­rə­kət və dav­ra­nış­la­rı di­ni əx­laq möv­zu­sun­da zə­if və ya şövq­lü ol­ma­sı­nı mü­əy­yən edir.
 
Din­də zə­if­lik gös­tər­mək mö­min­lər ara­sın­da ima­ni cə­hət­dən tam ola­raq ye­tiş­mə­miş in­san­la­ra xas olan xü­su­siy­yət­dir. Bu in­san­da zə­if­lik çə­tin an­lar­da ge­ri çə­kil­mək, risk et­mə­mək, nəf­si­nin ra­hat­lığını və mən­fə­ət­lə­ri­ni di­nin mən­fə­ət­lə­rin­dən üs­tün tut­maq şək­lin­də or­ta­ya çı­xır. Çə­tin­lik ol­ma­yan vaxt­lar­da isə özü­nü iman gə­tir­mə­yən­lə­rin və fit­nə­nin var­lı­ğın­dan na­ra­hat ol­ma­maq, on­la­ra tə­lə qur­maq və na­ra­hat et­mək yö­nün­də dü­şü­nüb təd­bir gör­mə­mək, mə­su­liy­yət da­şı­maq­dan və nəf­si­ni çə­tin­li­yə sal­maq­dan uzaq ol­maq, ha­di­sə­lər qar­şı­sın­da pas­siv ol­maq və on­la­ra tə­sir gös­tər­mə­mək, ağır hə­rə­kət et­mək ki­mi gös­tə­rir. Bu az­ğın an­la­yış­lar hə­min in­san­la­rın məntiqi mühakimələrinə və ha­di­sə­lə­ri qiy­mət­lən­dir­mə­lərinə əsaslı dərəcədə təsir göstərir. Be­lə ki, on­la­rın şüu­ru Al­lah yo­lun­da­ üzləşdikləri çə­tin­lik və ya təh­lü­kə­dən qaç­ma­ğı öz­lə­ri üçün qa­zanc, hət­ta Al­la­hın ne­mə­ti olaraq gö­rə­cək qə­dər qa­pa­nır:
Sa­də və tə­va­zö­kar ol­maq Quran­da Al­la­hın tə­rif­lə­di­yi dav­ra­nış­dır. Tə­va­zö­kar mö­min baş­qa mö­min­lə­rə əmin­lik və şövq ve­rir. Hə­qi­qi mə­na­da təvazökarlıq in­sa­nın sa­hib ol­du­ğu bü­tün xü­su­siy­yət­lə­rə gö­rə Al­la­ha borc­lu ol­du­ğu­nu bil­mə­si, Al­lah­dan baş­qa heç bir gücün ol­ma­dı­ğı­nı qə­bul et­mə­si­ ilə mümkündür. Bu dü­şün­cə­yə ma­lik olan in­san nə qə­dər gö­zəl, ba­ca­rıq­lı, zən­gin, ağıl­lı və ya qüv­vət­li olur­sa-ol­sun, bü­tün bun­la­rı Al­la­hın ver­di­yi mü­vəq­qə­ti xü­su­siy­yət­lər ol­du­ğu­nu, bun­la­rın im­ta­han va­si­tə­si və sa­leh əməl üçün für­sət ol­du­ğu­nu bi­lir. Sa­hib ol­du­ğu heç bir xü­su­siy­yət onun tə­kəb­bü­rü­nə, lov­ğa­lan­ma­sı­na sə­bəb ola bil­məz. Onun bu yük­sək əx­la­qı Al­la­hın ru­hu­nu da­şı­yan, Onun yer üzün­də­ki xə­li­fə­si olan mö­min­lə­rə qar­şı hör­mət və tə­va­zö­kar­lıq for­ma­sın­da əks olu­nur. Bu əx­la­qa ma­lik olan mö­min­lər ayə­lər­də mədh edil­miş və müj­də­lən­miş­dir:
Həmd və təs­bih et­mək mö­mi­nin hə­ya­tı­nın bir his­sə­si­dir. Həmd (şükür) hər növ mədh, ucalt­ma və tərifə yal­nız Al­la­hın la­yiq ol­du­ğu­nu, təs­bih isə Al­la­hın ağı­la gə­lən hər cür qü­sur və səhv­dən uzaq ol­du­ğu­nu həm dil­də, həm də qəl­bən təs­diq et­mək­dir.
 
Həmd və təs­bi­hin yal­nız mö­min­lə­rin de­yil, bü­tün kai­na­tın iba­də­ti ol­du­ğu ayə­lər­də be­lə xə­bər ve­ri­lir:

“Yed­di göy, yer və on­lar­da olan­lar Al­la­hı təq­dis edir. Elə bir şey yox­dur ki, Al­la­ha tə­rif de­yib Ona şükür et­mə­sin, la­kin siz on­la­rın təq­di­si­ni an­la­maz­sı­nız, Al­lah hə­qi­qə­tən, hə­lim­dir, ba­ğış­la­yan­dır!” (İs­ra su­rə­si, 44).
Mö­min­lər heç bir hal­da öz inanclarından güzəştə getməzlər. Hər bir mö­min ol­du­ğu şə­ra­it­də Al­la­hın və Onun di­ni­nin təm­sil­çi­si­dir. Bu hə­qi­qə­ti dərk edən və bu mə­su­liy­yə­ti da­şı­yan mö­mi­nə Al­lah və din əley­hi­nə da­nı­şılan yer­lər­də ol­maq ya­raş­maz. Be­lə ki, bu hal Quran ayə­lə­rin­də qə­ti ola­raq qa­da­ğan edil­miş­dir:
 
“Al­lah Ki­tab­da si­zə na­zil et­miş­dir ki, Al­la­hın ayə­lə­ri­nin in­kar edil­di­yi­ni və on­la­ra iz­teh­za olun­du­ğu­nu eşit­di­yi­niz za­man müş­rik­lər baş­qa bir söh­bə­tə gi­riş­mə­yə­nə qə­dər on­lar­la bir yer­də əy­ləş­mə­yin! Çün­ki o vaxt siz də on­la­rın ta­yı olar­sı­nız. Hə­qi­qə­tən, Al­lah mü­na­fiq­lə­rin və ka­fir­lə­rin ha­mı­sı­nı cə­hən­nəm­də bir ye­rə top­la­ya­caq­dır!” (Ni­sa su­rə­si, 140).
“Ey iman gə­ti­rən­lər! Mü­əy­yən müd­də­tə bir-bi­ri­nə borc ve­rib al­dıq­da, onu ya­zın! Bu­nu ara­nız­da bir nə­fər ka­tib əda­lət­lə yaz­sın! Ka­tib gə­rək Al­la­hın öy­rət­di­yi ki­mi yaz­maq­dan bo­yun qa­çır­ma­sın, yaz­sın! Borc­lu olan şəxs bor­cu­nu söy­lə­yə­rək (de­yə-de­yə) yaz­dır­sın və Rəb­bi olan Al­lah­dan qor­xa­raq on­dan (borc­dan) bir şey əs­kilt­mə­sin. Əgər borc­lu  ağıl­sız və zə­if­dir­sə, ya­xud söy­lə­mə­yə qa­dir de­yil­sə, o za­man gə­rək onun əvə­zi­nə və­ki­li əda­lət­lə de­yib yaz­dır­sın. Öz adam­la­rı­nız­dan iki ki­şi­ni də şa­hid tu­tun! Əgər iki ki­şi ol­maz­sa, ra­zı ol­du­ğu­nuz bir ki­şi ilə iki qa­dı­nın şə­ha­də­ti ki­fa­yət­dir. Əgər bi­ri unu­dar­sa, o bi­ri­si onun ya­dı­na sal­sın. Şa­hid­lər də­vət olun­duq­la­rı za­man bo­yun qa­çır­ma­sın­lar. Az və ya çox ol­ma­sı­na bax­ma­ya­raq, bor­cu öz vax­tı­na qə­dər yaz­ma­ğa ərin­mə­yin! Si­zin bu işi­niz Al­lah ya­nın­da da­ha əda­lət­li, şa­hid­lik üçün da­ha düz­gün və şüb­hə­yə düş­mə­mə­niz üçün haq­qa da­ha ya­xın­dır. La­kin ara­nız­da hə­mi­şə dövr edən aş­kar ti­ca­rət za­ma­nı onu yaz­ma­ma­ğı­nız si­zin üçün gü­nah de­yil­dir. Alış-ve­riş et­di­yi­niz vaxt şa­hid tu­tun! An­caq ka­ti­bə və şa­hi­də zə­rər ye­ti­ril­mə­sin. Əgər zə­rər ye­tir­sə­niz, əl­bət­tə, bu si­zin üçün pis iş­dir. Al­lah­dan qor­xun! Al­lah si­zə öy­rə­dir. Al­lah bü­tün iş­lə­ri bi­lən­dir!” (Bə­qə­rə su­rə­si, 282).
“Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?” (Bə­qə­rə su­rə­si, 44).

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə də­lil ki­mi çı­xar.
Mö­mi­nin diq­qət edə­cə­yi mə­sə­lə­lər­dən bi­ri də onun gün­də­lik hə­ya­tın qa­rı­şıq­lıq­la­rı için­də dün­yə­vi ha­di­sə­lə­rə al­da­na­raq hə­qi­qi məq­sə­di­ni unut­ma­maq­dır. Mö­mi­nin əsas və­zi­fə­si Al­la­hın qu­lu ol­du­ğu­nu unut­ma­maq, Quran­da bil­di­ri­lən əmr və töv­si­yyə­lə­ri də­qiq­lik­lə ye­ri­nə ye­tir­mək­dir. İn­san əl­də et­di­yi iman də­rə­cə­si­ni da­im tə­zə­lə­mək və in­ki­şaf et­dir­mək yö­nün­də ça­lış­ma­dıq­ca möv­cud və­ziy­yə­ti­ni də qo­ru­ya bil­məz, mə­nə­viy­ya­tı sü­rət­lə köh­nəl­mə­yə, ima­ni həs­sas­lı­ğı, ağılı isə azal­ma­ğa baş­la­yar.
 
Bə­zi in­san­lar üçün ra­hat şə­ra­it çə­tin şə­rai­tə nis­bə­tən da­ha bö­yük im­ta­handır. Çə­tin­lik və əziy­yət za­ma­nı ağıl və şü­ur açıq ol­du­ğu üçün bə­zi­lə­ri­nə gö­rə Al­lah­la olan mə­nə­vi ba­ğı qo­ru­maq da­ha asan­dır. La­kin mü­hüm olan mə­sə­lə hə­min əla­qə­ni hər şə­ra­it­də qo­ru­maq­dır.
Hər in­sa­n fərqli ba­ca­rıq və qa­bi­liy­yət­lə­rə malikdir. Bun­dan əla­və, hər in­sa­nın iman də­rə­cə­si, Al­lah qor­xu­su və təq­va­sı da fərq­li­ olduğu üçün, bun­la­ra bağ­lı ola­raq mə­su­liy­yət his­si, əda­lət an­la­yı­şı, ha­di­sə­lə­rə qiy­mət ver­mək qa­bi­liy­yə­ti də fərq­lidir. Bu sə­bəb­dən in­sa­nın da­şı­ya­ca­ğı mə­su­liy­yə­tin nö­vü və bö­yük­lü­yü də fərq­li ola bi­lər. Bir işi doğ­ru və qü­sursuz şə­kil­də ye­ri­nə ye­ti­rə bi­lə­cək in­san hə­min işin «əh­li» he­sab edi­lir. Əma­nə­tin öz sa­hi­bi­nə qay­ta­rıl­ma­sı isə Quran­da bil­di­ri­lən əmr­dir:
Əma­nət de­yil­di­yi za­man bu, yal­nız məh­dud mə­na­da, yə­ni ve­ri­lən bir şe­yi mü­əy­yən müd­də­tə sax­la­maq ki­mi an­la­şıl­ma­ma­lı­dır. Hər bir və­zi­fə və mə­su­liy­yət in­san üzə­rin­də əma­nət­dir. Hə­min və­zi­fə la­zı­mi şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­zsə, əma­nə­tə xə­ya­nət edil­miş anlamına gəlir.
 
Quran­da tə­rif edi­lən mö­min dü­rüst, əmin və mə­su­liy­yət­li in­san­dır. O, ki­çik mə­sə­lə­lə­rin, ki­çik mən­fə­ət­lə­rin ar­dın­ca qaç­mır. Bu­na gö­rə də ona ve­ri­lən hər bir əh­di ye­ri­nə ye­tir­diyi və ya da­şı­dı­ğı əma­nə­tə ən gö­zəl şə­kil­də ria­yət et­diyi üçün tam eti­bar edi­lir. Mö­min­lə­rin bu xü­su­siy­yə­ti Quran­da belə mədh­ edi­lir:
Bir ayə­də be­lə bil­di­ri­lir:
 
“Əgər Al­lah in­san­la­rı gü­nah­la­rı­na, haq­sız­lıq­la­rı­na gö­rə cə­za­lan­dır­say­dı, yer üzün­də heç bir can­lı sağ qoy­maz­dı. La­kin Al­lah on­la­ra mü­əy­yən müd­dət möh­lət ve­rər. Əcəl­lə­ri gə­lib çat­dıq­da isə bir­cə sa­at be­lə nə ge­ri qa­lar, nə də irə­li ke­çə bi­lər­lər” (Nəhl su­rə­si, 61).
Şükür et­mək, ve­ri­lən hər ne­mə­tə gö­rə dil və qəlb­lə Al­la­ha olan min­nət və tə­şək­kü­rü­nü ifa­də et­mək, hə­min ne­mət­lə­ri Quran­da gös­tə­ri­lən şə­kil­də is­ti­fa­də edə­rək haq­qı­nı ver­mək de­mək­dir.
Qəlb və dil­ ilə ya­na­şı, şük­rün əməl­də ol­ma­sı da çox mü­hüm­dür. İn­san mal-mülk, var-döv­lət, zən­gin­lik, möv­qe, mə­qam, və­zi­fə, eti­bar, zə­ka, sağ­lam­lıq, güc ki­mi ne­mət­lər­dən Al­lah yo­lun­da və Al­la­hın əmr et­di­yi şə­kil­də is­ti­fa­də et­mə­sə, o, ve­ri­lən ne­mə­tin şük­rü­nü haq­qıy­la ye­ri­nə ye­tir­mə­miş olur.
Quran­da mö­min­lə­rin haq­la­rı­nı qo­ru­ya­caq, mad­di və mə­nə­vi ra­hat­lıq­la­rı­nı tə­min edə­cək, on­la­rın aciz və na­ra­hat ol­ma­la­rı­nın qar­şı­sı­nı ala­caq bütün təd­birlər gö­rül­müş­dür. Mə­sə­lən, yad in­sa­nın evi­nə han­sı niy­yət­lə olur­sa-ol­sun, izn­siz və xə­bər­siz da­xil ol­mağı Quran­da qə­ti şə­kil­də qa­da­ğan edi­lən  dav­ra­nış­dır:
 
“Ey iman gə­ti­rən­lər! Baş­qa­la­rı­nın ev­lə­ri­nə sa­hib­lə­rin­dən ica­zə al­ma­dan və on­la­ra sa­lam ver­mə­dən gir­mə­yin. Bu, si­zin üçün da­ha yax­şı­dır. Bəl­kə, dü­şü­nüb an­la­ya­sı­nız” (Nur su­rə­si, 27). 
Quran­da hə­ya­tın hər anın­da, hər ki­çik və bö­yük ha­di­sə­də Al­lah­la sıx əla­qə­də ol­ma­ğa və da­im axi­rə­ti xa­tır­la­ma­ğa əsas­la­nan iman an­la­yı­şı əsas götürülür. Quran­da həm­çi­nin pey­ğəm­bər­lər­dən mi­sal gə­ti­ril­di­yi za­man bir çox yer­də on­la­rın hər za­man Al­la­ha sığınan və axi­rə­ti xa­tır­la­yan in­san­lar ol­duq­la­rın­dan bəhs edi­lir. Yalnız çətinliklərlə üzləşdikdə və ya sıxıntıya düşdükdə Al­la­hı və axi­rə­ti xa­tır­la­yıb,  gün­də­lik hə­yat­da rast gələn ha­di­sə­lər­də qəf­lət için­də ol­maq Quranın ru­hu­na ta­ma­mi­lə zid­dir. Mö­mi­nin hər anı, hər halı, gördüyü hər iş, ba­şı­na gə­lən hər hadisə onun Al­la­ha ya­xın­laş­ma­sı, əx­la­qı­nı gö­zəl­ləş­dir­mə­si, sa­va­bı­nı ar­tır­ma­sı üçün ve­ril­miş für­sət­dir. Quran­da mö­mi­nin hə­ya­tı­nın hər anın­da bu­nu ne­cə edə­cə­yi ilə bağ­lı bir çox mi­sal­lar ve­ril­miş­dir. Bun­lar­dan bi­ri də mö­min­lə­rin evə da­xil olar­kən sa­lam ve­rə­rək gö­zəl əx­laq nü­ma­yiş et­dir­mə­si­dir:
Sa­lam ver­mək mö­min­lə­rin bir-bi­ri­nə ən gö­zəl di­lək və is­tək­lə­ri­ni təq­di­m et­mə for­ma­la­rın­dan bi­ri­dir. Cən­nə­tə da­xil olar­kən mö­min­lər sa­lam­la qar­şı­la­nar və Cən­nət­də də bir-bir­lə­ri ilə sa­lam­la­şır­lar. Sa­lam ve­rən in­sa­nın hə­min sa­la­ma da­ha gö­zəl şə­kil­də və ya ən azı ey­ni də­rə­cə­də ca­vab ver­mə­si fərz­dir:
 
“Si­zə sa­lam ve­ril­di­yi za­man onu da­ha gö­zəl alın və ya (ey­ni­lə sa­hi­bi­nə) qay­ta­rın! Şüb­hə­siz, Al­lah hər şe­yi he­sa­ba alan­dır” (Ni­sa su­rə­si, 86).
İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.
 
Al­lah im­ta­ha­nın zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir (“Şəms” su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

“...An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!” (Ni­sa su­rə­si, 128).
Al­lah sınaq olaraq şey­ta­nı in­san­la­rın dü­şün­cə­lə­ri­nə giz­li təl­qin­lər edən xü­su­siy­yət­də ya­ra­dıb. Bu təl­qin də in­san­la­rın iman də­rə­cə­lə­ri­nə gö­rə də­yi­şir. Şey­ta­nın in­kar­çı­lar qar­şı­sın­da hər is­tə­di­yi­ni et­di­rə­cək qüv­və­si ol­du­ğu hal­da, sə­mi­mi mö­min­lə­rin ima­nı­na zə­rər ve­rə bi­lə­cək heç bir qüv­və­si və tə­si­ri yox­dur (Hicr su­rə­si, 39-40). Şey­ta­n Al­la­hın xa­lis qul­la­rı­nı az­dır­maq qabiliyyətinə tam malik ola bilməsə də o, in­san­la­rın nə­zər­lə­ri­ni ya­yın­dır­maq, unut­qan­lıq ver­mək, diq­qət­lə­ri­ni dağıtmaq ki­mi zə­rər­lər ver­mə­yə ça­lı­şır.
“Quran oxu­nan za­man onu din­lə­yin və su­sun ki, si­zə rəhm olun­sun!” (Əraf su­rə­si, 204).

Ayə­də qə­ti şə­kil­də ifa­də edil­di­yi ki­mi, Quran oxu­nar­kən su­sa­raq onu din­lə­mək yal­nız gö­zəl dav­ra­nış for­ma­sı de­yil, ey­ni za­man­da Al­la­hın əmr etdiyi əməl­dir. Ayə­nin davamında da ifa­də edil­di­yi ki­mi, bu əm­rə göstərilən diq­qət­ mö­min­lə­rə rəhm olunmasına sə­bəb ola bi­lə­r.

Quran Al­la­hın sö­zü­dür. Bu­na gö­rə də Al­la­ha gös­tə­ril­mə­li olan haşyət, yəni qor­xu do­lu hörmət Al­la­hın sö­zü­nə qar­şı da gös­tə­ril­mə­li­dir. Bu hörmətin ilk mər­hə­lə­si isə Al­la­hın sö­zü­nü eşidən za­man su­sub, o sö­zə qu­laq as­maq­dır. Quran is­tər ərəb, is­tər­sə də türk di­lin­də və ya baş­qa dil­lər­də oxun­du­ğu za­man ona hə­min hör­mə­tin gös­tə­ril­mə­si əsas şərt­dir.
Hər gün mü­əy­yən vaxt­la­rda ni­zam­lı şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si fərz sa­yı­lan iba­dət­lər var. La­kin hə­min iba­dət­lə­rin hər zaman ye­ri­nə ye­tirilməsini­ mö­min­lər­ yal­nız vər­diş halını alan iba­dət­lə­r kimi qiymətləndirməməlidirlər. Ək­si­nə, Al­lah üçün ye­ri­nə ye­tir­di­yi­ bu ibadət mö­mi­nə hər də­fə ye­ni hə­yə­can və şövq ver­mə­li­dir. Na­maz da bu şə­kil­də da­im ye­ri­nə ye­ti­ri­lən iba­dət­lər­dən­dir. Quran­da mö­min­lə­rin na­maz­la­rı­nı hu­şu ilə qıl­dıq­la­rı bil­di­ri­lir:
 
“Hə­qi­qə­tən, mö­min­lər ni­cat tap­mış­lar! On­lar na­maz­la­rın­da mü­ti olub Ona bo­yun əyər­lər!” (Mu­mi­nun su­rə­si, 1-2).
Mö­min­lər boş və mə­na­sız da­nı­şıq­la­ra mə­həl qoy­ma­dıq­la­rı ki­mi, axi­rət­lə­ri üçün heç bir fay­da­sı ol­ma­yan, hət­ta on­la­ra zə­rər ve­rə­cək boş iş­lə­rə də vaxt­la­rı­nı sərf et­məz­lər. Mö­min­lə­rin bu xü­su­siy­yə­ti ayə­də be­lə bil­di­ri­lir:

“O kəslər ki, lüzumsuz şeylərdən üz dön­də­rərlər” (Mu­mi­nun su­rə­si, 3).

Al­la­hın razılığının nə­zə­rə alın­ma­dı­ğı hər iş Quran­da bil­di­ri­lən hə­min lü­zum­suz iş­lə­rə aid­dir. İn­san hət­ta Quran­da əmr edi­lən ən mü­hüm iba­də­ti də Al­la­hın razılığından kə­nar, vər­diş ol­du­ğu və hə­min an­da ona asan gəl­di­yi üçün, əsas, la­kin ona çə­tin olan iş­dən ya­xa qur­tar­maq üçün və ya ha­mı­nın et­di­yi  iş ki­mi edər­sə, bu, lü­zum­suz ola bi­lər.
Boş da­nı­şıq Al­la­hın xa­tır­lan­ma­dı­ğı, Al­lah razılığının nə­zə­rə alın­ma­dı­ğı, in­sa­nın axi­rə­ti üçün heç bir fay­da­sı ol­ma­yan da­nı­şıq­lar­dır. Ca­hil in­san vax­tı­nın bö­yük his­sə­si­ni heç bir fay­da­sı ol­ma­yan və ru­ha da əziy­yət ver­ən boş da­nı­şıq­la­ra sərf edir. Bir ye­rə top­lan­dıq­da boş da­nı­şıq­lar­la in­san­la­rın vax­tı­nı al­maq şey­ta­nın ən bö­yük hiy­lə­lə­rin­dən bi­ri­dir. Bu yol­la şey­tan in­san­la­rı Al­la­hı xa­tır­la­maq­dan uzaq­laş­dır­maq, on­la­rın Al­la­hın var­lı­ğı­nın də­lil­lə­ri olan say­sız-he­sab­sız ayə və mö­cü­zə­lə­ri gör­mə­lə­ri­nə, ya­ra­dı­lış­la­rı­nın məq­sə­di­ni dü­şün­mə­lə­ri­nə ma­ne ol­maq və axi­rət üçün is­ti­fa­də edə­cək­lə­ri qiy­mət­li vaxt­la­rı­nı boş ye­rə sərf et­dir­mək is­tə­yir.
Al­la­hın ra­zı qal­ma­dı­ğı bir dav­ra­nış da mal-dövləti özü­nü gös­tər­mək naminə xərclənməsidir. Özü­nü ca­maa­ta gös­tər­mək məq­sə­di­lə xərc­lə­mək in­kar­çı­la­ra xas olan xü­su­siy­yət­dir:

“Öz mal­la­rı­nı xal­qa gös­tər­mək xa­ti­ri­nə xərc­lə­yən­lə­ri, Al­la­ha və axi­rət gü­nü­nə inan­ma­yan­la­rı da Al­lah sev­məz. Şey­tan­la yol­daş­lıq edən­lə­rin yol­da­şı ne­cə də pis­dir!” (Ni­sa su­rə­si, 38). 

Al­la­hın ver­di­yi ne­mə­tin də­yə­ri­ni qiy­mət­lən­di­rə bil­mə­mək, ve­ri­lən ne­mət­lər­dən is­ti­fa­də edər­kən və ya on­la­rı sərf edər­kən şü­ur­suz hə­rə­kət et­mək is­ra­fa sə­bəb olur. Al­lah bu möv­zu­da in­san­la­ra be­lə xə­bər­dar­lıq edir:

“...İs­raf edə­rək sa­ğa-so­la da sə­pə­lə­mə! Hə­qi­qə­tən, (ma­lı­nı əbəs ye­rə) sa­ğa-so­la sə­pə­lə­yən­lər şey­tan­la­rın qar­daş­la­rı­dır. Şey­tan isə Rəb­bi­nə qar­şı nan­kor­dur!” (İs­ra su­rə­si, 26-27).
Quran əx­la­qın­dan uzaq olan cə­miy­yət­lər­də sə­də­qə ver­mək an­la­yı­şı geniş yayılmışdır. Hə­min an­la­yı­şa gö­rə, vic­da­nını ra­hat et­mək üçün in­san öz mal-döv­lə­tin­dən az miq­da­rı­nı sədəqə olaraq ve­rir. Be­lə­lik­lə də di­ni və­zi­fə­ni yerinə yetirməyin rahatlığı ilə ma­lı­nın yer­də qa­lan bö­yük his­sə­si­ni əlin­də sax­la­yır. Hal­bu­ki, Quran­da bunun yan­lış­ dav­ra­nı­ş olmasına açıq şə­kil­də diq­qət ye­ti­ri­lir. Ayə­lər­də be­lə buy­ru­lur:
 
“İn­di gör­dün­mü dö­nə­ni, bir az ve­rib qa­la­nı­na xə­sis­lik gös­tə­rə­ni?” (Nəcm su­rə­si, 33-34).
Bü­tün iba­dət­lər­də ol­du­ğu ki­mi, Al­lah yo­lun­da mal-döv­lət sərf edər­kən də hə­min iba­də­tin hik­mə­ti­nin unudulmaması çox va­cib­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək mö­min­lər üçün mə­nə­vi tə­miz­lən­mə va­si­tə­si­dir. İn­san sev­di­yi, qiy­mət ver­di­yi şey­lə­ri yal­nız Al­lah rizası üçün, Onun ra­zı­lı­ğı­nı qa­zan­maq­dan öt­rü fə­da edir­sə, yal­nız o za­man sərf et­di­yi­nin Al­lah dər­ga­hın­da bir mə­na­sı və qiy­mə­ti olur. Be­lə­lik­lə, mö­min Al­la­hın rəh­mət və ra­zı­lı­ğı­nı dün­ya­da­kı heç nə­yə də­yiş­mə­yə­cə­yi­ni, bu yol­da hər şe­yi­ni fə­da edə bi­lə­cə­yi­ni sü­but et­miş olur. Mö­min in­san bu şə­kil­də dav­ra­na­raq Al­la­hın ra­zı­lı­ğı­nı və rəh­mə­ti­ni qa­zan­ma­ğa məc­bur­dur, onun bu­na eh­ti­ya­cı var­. Al­la­hın isə heç bir şe­yə eh­ti­ya­cı yox­dur. Bu möv­zu ilə bağ­lı bir ayə­də be­lə bil­di­ri­lir:
Sə­mi­mi və ix­las­lı şə­kil­də, Al­la­hın razılığından kə­nar heç bir məq­səd və əvəz güd­mə­dən infak etmək, yəni Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək ima­nın gös­tə­ri­ci­si­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf edən mö­min­lər bir çox ayə­lər­də mədh edil­miş və müj­də­lən­mişdir. La­kin “Ali-İm­ran” su­rə­si­nin 92-ci ayə­sin­də Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək­lə bağ­lı çox in­cə və mü­hüm meyar ve­ril­miş­dir: “Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız”. Ayə­də be­lə buy­ru­lur:
“Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız. Şüb­hə­siz ki, Al­lah xərc­lə­di­yi­niz hər bir şe­yi bi­lən­dir!” (Ali-İm­ran su­rə­si, 92).
Səhv­siz ol­maq ila­hi xü­su­siy­yət­dir və yal­nız Al­la­ha məx­sus­dur. Quran­da hət­ta ən yük­sək ima­na və əx­la­qa sa­hib olan pey­ğəm­bər­lə­rin müx­tə­lif səhv­lə­rin­dən bəhs edi­lir. Mö­min­lə­rin də be­lə səhv­lər­dən və gü­nah­lar­dan çə­kin­mə­si məs­lə­hət gö­rü­lür. Quranın bir çox ye­rin­də pey­ğəm­bər­lə­rə və bü­tün mö­min­lə­rə Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­lə­ri əmr edi­lir. Həm­çi­nin Quran­da iman gə­ti­rən­lə­rin bi­lə­rək­dən və ya bil­mə­dən gü­nah edə bi­lə­cək­lə­ri də bil­di­ri­lir. Bu hal hət­ta in­sa­nın Al­lah qar­şı­sın­da­kı aciz­li­yi­nin, hər bir möv­zu­da, o cüm­lə­dən gü­nah sa­hi­bi ol­ma­maq, Al­la­hın əmr və qa­da­ğa­la­rı­nı ye­ri­nə ye­ti­r­mək kimi möv­zu­lar­da da Al­la­ha möh­tac ol­du­ğu­nun gös­tə­ri­ci­si­dir.
Mö­mi­nin və­zi­fə­si isə hə­min səhv və gü­na­hı­nı mü­əy­yən et­di­yi za­man peş­man olub bun­dan çə­kin­mək, töv­bə və is­tiğ­far (Al­lah­dan ba­ğış­lan­ma) edə­rək, ey­ni gü­na­hı ye­ni­dən et­mə­mə­yə diq­qət ye­tir­mək­dir. Yox­sa özü­nü səhv­siz, gü­nah­sız gös­tər­mək, tə­mi­zə çı­xar­maq de­yil... Çün­ki be­lə bir dav­ra­nış Al­la­hın sev­mə­di­yi dav­ra­nış­dır:
Hər bir dövr­də Al­la­ha qul­luq e­dən, Onun əmr­lə­ri­ni ye­ri­nə ye­tirən, in­san­la­rın de­yil, yal­nız Al­la­hın razılığını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyətlər tərəfindən mən­fi mü­na­si­bətə məruz qalmışlar. On­lar di­ni in­kar edən­lə­rin rəhbər tutduqları az­ğın hə­yat tər­zi­ni və fəl­sə­fə­si­ni rədd et­dik­lə­ri­nə, Quran­da tə­rif edi­lən ide­al mo­de­li mə­nim­sə­dik­lə­ri­nə gö­rə müx­tə­lif təz­yiq­lər­lə üzləşmişlər. İn­kar­çı cəmiyyətin təz­yi­qləri da­ha çox fi­zi­ki işgəncələr və əzab-əziy­yətlər for­ma­sın­da olur.
Mö­min­lə­rin ya­xınları tərəfindən isə onlara qarşı əks təd­birlər görülür, mə­nə­vi təz­yiq göstərilir və mə­zəm­mət edilir. La­kin Al­la­ha tamamilə sığınan və sar­sıl­maz ima­na sa­hib olan mö­min­lər bu təz­yiq və mə­zəm­mət­lər qar­şı­sın­da öz din­lə­rin­dən az­ca da ol­sa, ge­ri çəkilməmişlər. Bu­nun mü­qa­bi­lin­də də Al­la­hın kö­mək və dəs­tə­yi­ni qa­za­na­raq in­kar­çı­lar üzə­rin­də zə­fər əl­də et­miş­lər.
Mö­mi­nin bü­tün də­yər öl­çü­lə­ri Qurana əsas­la­nır. Sev­gi də bun­lar­dan bi­ri­dir. Mö­min yal­nız Al­la­hı və Al­la­hın sev­dik­lə­ri­ni se­vir. Al­la­hın və mö­min­lə­rin düş­mən­lə­ri­nə qar­şı isə  kin və nif­rət bəs­lə­yir. Bu, Al­la­hın Quran­da mü­əy­yən et­di­yi açıq və qə­ti hökm ol­maq­la bə­ra­bər əl­bət­tə ki, mö­min ima­nının sə­mi­mi nə­ti­cə­si ola­raq baş­qa cür hə­rə­kət et­məz. Bu, möminin duyduğu səmimi imandan irəli gələn hərəkətdir və o bunu sidq-ürəklə edir. İma­nı­nın də­rə­cə­si art­dıq­ca, onun Al­la­ha və mö­min­lə­rə duyduğu sev­gi his­si də ar­tır. Bu­na gö­rə də mö­mi­nin hət­ta ən ya­xınları üçün bu öl­çü­dən kə­nar an­la­yı­şa ma­lik ol­ma­sı müm­kün de­yil­dir. Ayə­də bu hal be­lə izah edi­lir:
Doğ­ru yol­dan çıx­mış, Al­la­ha üs­yana söykənən hə­yat tər­zini mənimsəyən şəxs fasiqdir. Bu sə­bəb­dən on­dan Quran hökm­lə­ri­nə ria­yət et­mə­yi, əda­lət, doğ­ru­luq, səmimilik, güvən ki­mi mö­mi­nə xas xü­su­siy­yət­lə­ri göz­lə­mək müm­kün de­yil. Həm­çi­nin fa­siq, Al­lah qor­xu­su ol­ma­yan, mö­min­lə­rin ima­nı­na qıs­qanclıqla ya­na­şan, mö­min­lə­ri yol­dan çı­xar­maq is­tə­yən, on­la­ra zə­rər vur­maq­dan və əziy­yət ver­mək­dən zövq alan biridir. Bu­na gö­rə də fa­siqin mö­min­lə­rə verdiyi xə­bərin dəqiqliyi və doğruluğunun araş­dı­rıl­ması mütləqdir. Bu möv­zu ilə bağ­lı ayədə belə buyurulur:
Quran əx­la­qı­na əməl olu­nan cə­miy­yət­də mü­səl­man­la­rın zə­rər və ya mən­fə­ət­lə­ri ilə bir­ba­şa və ya do­la­yı­sı ilə əla­qə­dar olan hər bir xə­bər və mə­lu­ma­tın hə­min xə­bər­dən ən doğ­ru nə­ti­cə­ni çı­xa­ra­caq sə­la­hiy­yət­li və mə­sul in­san­la­ra çat­dı­rıl­ma­sı Al­la­hın qə­ti əm­ri­dir. Quran­da be­lə xə­bər­lər «əmin-aman­lıq və ya qor­xu xə­bə­ri» ki­mi gös­tə­ri­lir. Ayə­də be­lə buy­ru­lur:
“On­la­ra əmin-aman­lıq və ya qor­xu xə­bə­ri gəl­dik­də dər­hal onu ya­yar­lar. Hal­bu­ki əgər bu­nu Pey­ğəm­bə­rə və ya öz­lə­rin­dən olan əmr sa­hib­lə­ri­nə de­miş ol­say­dı­lar, əl­bət­tə, hə­min xə­bə­ri onun ma­hiy­yə­ti­nə va­ran şəxs­lər bi­lər­di­lər. Əgər Al­la­hın lüt­fü üzə­ri­niz­də ol­ma­say­dı, şüb­hə­siz ki, az bir qis­mi­niz müs­təs­na ol­maq­la, şey­ta­na uyar­dı­nız” (Ni­sa su­rə­si, 83).
Quran ayə­lə­ri­nə bax­dı­ğı­mız za­man mö­min üçün boş vaxt an­la­yı­şı­nın ol­ma­dı­ğı­nı gö­rü­rük. Mö­mi­nin hər gün vaxt­lı-vax­tın­da ye­ri­nə ye­tir­əcəyi iba­dət­lərin çox vaxtını almaması, qa­lan vaxtı­nı öz is­tək və hə­vəs­lə­ri­nə uyğun boş iş­lərə sərf edə bilər mənasını vermir. Al­lah iman gə­ti­rən­lə­rin üzə­ri­nə bü­tün hə­yat­la­rı bo­yu həm öz nəfs­lə­ri ilə, həm də in­kar edən­lə­rin əx­la­qı­na qar­şı fiki­r mü­ba­ri­zəsi apar­maq və­zi­fə­si qo­yub.
Bu­nun üçün mö­mi­nin ye­ri­nə ye­tir­mə­li ol­du­ğu işlər, say­sız-he­sab­sız və­zi­fə­lər var. Onun bu sə­mi­mi və ixlas­lı səy­lə­ri­nin həd­di-hü­du­du, fa­si­lə­si yox­dur. Bu sə­bəb­dən ye­ri­nə ye­ti­ri­lən iş, ta­mam­la­nan və­zi­fə, ba­şa çat­dı­rı­lan ha­zır­lıq iş­lə­ri­nə ara ver­mək üçün sə­bəb de­yil, tam ək­si­nə, ye­ni fəa­liy­yə­tə baş­la­ma­ğın göstəricisidir. Ayə­də bu hal be­lə bil­di­ri­lir:
Quran­da mö­mi­nin öz hir­si­ni ci­lov­la­ma­sı, əsə­bin sə­bəb ola bi­lə­cə­yi müx­tə­lif xə­ta və zə­rər­lər­dən qo­run­maq ba­xı­mın­dan ide­al dav­ra­nış ki­mi gös­tə­ri­lir:
“On­lar bol­luq­da da, qıt­lıq­da da xərc­lə­yər, qə­zəb­lə­ri­ni udar, in­san­la­rın gü­nah­la­rın­dan ke­çər­lər. Al­lah yax­şı­lıq edən­lə­ri se­vər” (Ali-İm­ran su­rə­si, 134).
“Ey iman gə­ti­rən­lər! Çox zən­nə-gü­ma­na qa­pıl­maq­dan çə­ki­nin. Şüb­hə­siz ki, zən­nin bə­zi­si gü­nah­dır. Bir-bi­ri­ni­zin ey­bi­ni ara­yıb ax­tar­ma­yın, bir-bi­ri­ni­zin qey­bə­ti­ni qır­ma­yın! Siz­dən bi­ri­niz öl­müş qar­da­şı­nın əti­ni ye­mə­yə ra­zı olar­mı?! Bu siz­də ik­rah his­si oya­dar. Al­lah­dan qor­xun. Hə­qi­qə­tən, Al­lah töv­bə­lə­ri qə­bul edən­dir, rəhm­li­dir!” (Hu­cu­rat su­rə­si, 12).
Al­lah Öz ayə­lə­rin­də mö­min­lə­rin bir­lik və həm­rəy­lik için­də ol­ma­la­rı­nı, bir-bi­ri­nə hər bir mə­sə­lə­də dəs­tək ver­mə­lə­ri­ni və kö­mək et­mə­lə­ri­ni əmr et­miş­dir.
Qurana bax­dı­ğı­mız za­man mü­səl­man­la­rın yer üzün­də­ki möv­qe­yi­nin və Al­lah dər­ga­hın­da­kı qiy­mə­ti­nin baş­qa in­san­lar­dan da­ha fərq­li ol­du­ğu­nu gö­rü­rük. Mü­səl­man­lar vic­dan­lı, əx­laq­lı və şə­rəf­li hə­yat ya­şa­dıq­la­rı üçün Al­la­hın sev­di­yi və də­yər­li say­dı­ğı in­san­lar­dır. La­kin Quran­da, Al­lah dər­ga­hın­da qiy­mət­li olan bu qul­la­rın sa­yı­nın az­lı­ğı­na da diq­qət çə­ki­lir. Al­lah ayə­sin­də ək­sər in­san­la­rın iman gə­tir­mə­yə­cə­yi­ni və iman gə­ti­rən in­san­la­rın bir ço­xu­nun da şirk qoş­ma­dan iman gə­tir­mə­yə­cə­yi­ni bil­di­rir. Bu isə əsl mü­səl­man­la­rın yer üzün­də az­lıq təş­kil edə­cə­yi mə­na­sı­na gə­lir. Bu sə­bəb­dən hət­ta bir­cə mü­səl­ma­nın be­lə iman gə­ti­rən­lər ba­xı­mın­dan əhə­miy­yə­ti çox bö­yük­dür. Be­lə ki, Quran­da mü­səl­man­la­rın bir-bir­lə­ri üçün də­yə­ri qo­ru­yu­cu, hi­ma­yə edən, kö­mək­çi mə­na­sı­na gə­lən «və­li» sö­zün­dən is­ti­fa­də olunaraq açıq­la­nır.
Di­ni in­kar edən in­san­lar öz­lə­ri­ni baş­qaların­dan üs­tün tut­maq ar­zu­su ilə həmişə ki­mə­sə lağ et­mək, ki­mi­sə al­çalt­maq, ki­mə­sə lə­qəb qoy­maq ki­mi çir­kin əməl­lə­rə əl atır­lar.
 
Ca­hi­liy­yə əx­la­qı­na aid olan be­lə dav­ra­nış­la­rı­ Al­lah mö­min­lə­rə qa­da­ğan et­miş­dir. Al­la­hın bu hök­mü Quran­da be­lə bil­di­ri­lir:

“Ey iman gə­ti­rən­lər! Bir qövm di­gə­ri­ni la­ğa qoy­ma­sın. Ola bil­sin ki, on­lar (la­ğa qo­yu­lan­lar) o bi­ri­lə­rin­dən (la­ğa qo­yan­lar­dan Al­lah ya­nın­da) da­ha yax­şı ol­sun­lar. Qa­dın­lar da bir-bi­ri­nə riş­xənd elə­mə­sin­lər. Bəl­kə, on­lar o bi­ri­lə­rin­dən da­ha yax­şı­dır­lar. Bir-bi­ri­ni­zə tə­nə et­mə­yin və bir-bi­ri­ni­zi pis lə­qəb­lər­lə ça­ğır­ma­yın. İman gə­tir­dik­dən son­ra fa­siq adı­nı qa­zan­maq ne­cə də pis­dir. Məhz töv­bə et­mə­yən­lər za­lim­lər­dir!” (Hu­cu­rat su­rə­si, 11).
Gör­dü­yü iş­lər­lə lov­ğa­lan­maq eləcə də həqiqətdə et­mə­di­yi iş­lər­lə öyün­mək cə­miy­yət­də­ki bir çox in­san­larda müşahidə olunan ümumi haldır. Hal­bu­ki «Ali-İm­ran» su­rə­si­nin 188-ci ayə­sin­də bu dav­ra­nı­şın Al­lahın dər­ga­hın­da bə­yə­nil­mə­yən bir əx­laq ol­du­ğu bil­di­ri­lir. Ayə­də be­lə buy­ru­lur:
 
“Et­dik­lə­ri əməl­lə­rə gö­rə se­vi­nən və gör­mə­dik­lə­ri iş­lə­rə gö­rə tə­rif olun­ma­ğı se­vən kim­sə­lə­rin əzab­dan xi­las ola­caq­la­rı­nı gü­man et­mə. On­la­rı şid­dət­li bir əzab göz­lə­yir!” (Ali-İm­ran su­rə­si, 188).

Mü­səl­man­la­rın Al­la­ha və Onun di­ni­nə olan bağ­lı­lıq­la­rı heç bir şərtə söykənmədən tam bir sə­mi­miy­yə­tə bağ­lı­dır. Bu sə­bəb­dən də mü­səl­ma­nın din əx­la­qı­na uy­ğun ya­şa­maq­da­kı şöv­qü, əh­val-ru­hiy­yə­si, gü­cü, qə­tiy­yə­ti şə­rai­tin də­yiş­mə­sin­dən ası­lı de­yil­dir. Bu, çox mü­hüm Quran əx­la­qı­dır. Bu möv­zu­nu izah edər­kən Quran­da mü­səl­ma­nın iki əsas xü­su­siy­yə­tin­ə diqqət yetirilməlidir. Bi­rin­ci­si, mü­səl­ma­n üzləşdiyi istənilən çə­tin şə­ra­it­də sarsılmamalı və prob­lem­lə­rə gö­rə əh­val-ru­hiy­yə­si­ni pozmamalıdır. İkin­ci­si isə mü­səl­ma­nın sa­hib ol­du­ğu im­kan­la­ra gö­rə lov­ğa­lı­ğa və tə­kəb­bü­rə qa­pıl­ma­ma­sı­ ilə bağlıdır. Al­lah mü­səl­man­la­rın bu xü­su­siy­yə­ti­ni bir ayə­də be­lə bil­di­rir: