Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Et­mə­yə­cəyi şey­lə­ri demək Quran əx­la­qı­na uy­ğun olmayan, Quran əx­la­qın­dan xə­bər­siz olan in­san­la­ra xas xü­su­siy­yət­lə­rdən­dir.
 
Be­lə in­san­lar öz­lə­ri­ni ol­duq­la­rın­dan daha üs­tün və va­cib in­san ki­mi gös­tərir, lov­ğa­lanmaq  məq­səd­ilə edə bil­mə­yə­cək­lə­ri­ni de­yir, öh­də­sin­dən gə­lə bil­mə­yə­cək­lə­ri iş­lər­dən bəhs edir­lər. Mü­vəq­qə­ti xe­yir və mən­fə­ət­lər əl­də et­mək üçün əs­lin­də et­mə­yə niy­yət­lə­ri ol­ma­dı­ğı şey­lə­ri vəd edir­lər. Bu qey­ri-sə­mi­mi hərəkətlər cə­miy­yət­də əhəmiyyət verilməyən lakin vər­diş edil­miş davranışlardır. Hal­bu­ki, in­san­la­rın edə bil­mə­yə­cək­lə­ri­ni de­mə­lə­ri Al­lah dər­ga­hın­da se­vil­mə­yən və gü­nah ki­mi xa­rak­te­ri­zə edi­lən dav­ra­nış­dır:

“Ey iman gə­ti­rən­lər! Et­mə­yə­cə­yi­niz bir şe­yi ni­yə de­yir­si­niz? Et­mə­yə­cə­yi­niz bir şe­yi de­mək Al­lah ya­nın­da bö­yük qə­zə­bə sə­bəb olar” (Səff su­rə­si, 2-3).

Ayə­lər­də pis­lə­nən ya­lan­çı­lıq, iki­üz­lü­lük və qey­ri-sə­mi­mi­lik ki­mi bir çox mən­fi xü­su­siy­yət­lər də bu dav­ra­nı­şa da­xil­dir. Quran­da gös­tə­ri­lən gö­zəl əx­la­qa ən uy­ğun şə­kil­də ya­şa­ma­ğı öz­lə­ri­nə məqsəd ki­mi qə­bul et­miş mö­min­lər Al­lah dər­ga­hın­da pis­lə­nən bu dav­ra­nış­dan uzaq ol­ma­ğa ça­lı­şır­lar.