Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's


“Zə­rər çək­mə­dən (üzr­süz ev­lə­rin­də) əy­lə­şən mö­min­lər­lə Al­lah yo­lun­da öz mal­la­rı və can­la­rı ilə cəhd edən­lər (səy gös­tə­rən­lər) şəxs­lər bə­ra­bər ol­maz­lar. Al­lah mal­la­rı və can­la­rı ilə vu­ru­şan­la­rı əy­lə­şən­lər­dən (ci­ha­da get­mə­yən­lər­dən) də­rə­cə eti­ba­ri­lə üs­tün tut­du. Al­lah bun­la­rın ha­mı­sı­na sa­vab vəd et­miş­dir. La­kin Al­lah mü­ca­hid­lə­rə ev­lə­rin­də otu­ran­lar­dan da­ha bö­yük mü­ka­fat­lar­la im­ti­yaz ver­miş­dir” (Ni­sa su­rə­si, 95).

Bu ayə­də Quran­da bil­di­ril­di­yi ki­mi, şövq və hə­yə­ca­na ma­lik ol­ma­dıq­la­rı üçün bir o qə­dər də mə­suliyyət yüklənilmədən sər­bəst bu­ra­xı­lan və mö­min­lər tə­rə­fin­dən ida­rə edi­lən in­san­la­rın və­ziy­yə­tin­dən bəhs olu­nur. Quran­da qə­ti hökm olaraq bil­di­rilən, di­nin mən­fə­ət­lə­ri üçün ça­lış­maq­dan ya­yın­maq və peş­man­lıq his­si ke­çir­mə­dən bu­nu da­vam et­dir­mək Quran ayə­lə­rin­də qı­na­nan əx­laq­dır. Be­lə  in­sa­nın mövqeyi, hə­ya­tı­nı da­im mü­ba­ri­zə­də ke­çi­rən, Al­la­hın razılığını əl­də edə bil­mək üçün ca­nı­nı və bü­tün ma­lı­nı fəda etmiş mö­min­lər­dən də­rə­cə ba­xı­mın­dan çox fərq­li ol­du­ğu Quran­da bil­di­ril­miş­dir. Ayə­də­ki «də­rə­cə eti­ba­ri­lə üs­tün tut­du» ifa­də­si üzr­süz ola­raq otu­ran­lar­la mö­min­lər ara­sın­da­kı fər­qin nə qə­dər bö­yük ol­du­ğu­nu gös­tə­rir. Bu sə­bəb­dən də axi­rə­tin üs­tün də­rə­cə­lə­ri­ni dün­ya hə­ya­tın­da­kı az mən­fəə­tə və al­da­dı­cı ra­hat­lı­ğa qur­ban ver­mək ağıl­lı hə­rə­kət ol­maz.