Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Səhv­siz ol­maq ila­hi xü­su­siy­yət­dir və yal­nız Al­la­ha məx­sus­dur. Quran­da hət­ta ən yük­sək ima­na və əx­la­qa sa­hib olan pey­ğəm­bər­lə­rin müx­tə­lif səhv­lə­rin­dən bəhs edi­lir. Mö­min­lə­rin də be­lə səhv­lər­dən və gü­nah­lar­dan çə­kin­mə­si məs­lə­hət gö­rü­lür. Quranın bir çox ye­rin­də pey­ğəm­bər­lə­rə və bü­tün mö­min­lə­rə Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­lə­ri əmr edi­lir. Həm­çi­nin Quran­da iman gə­ti­rən­lə­rin bi­lə­rək­dən və ya bil­mə­dən gü­nah edə bi­lə­cək­lə­ri də bil­di­ri­lir. Bu hal hət­ta in­sa­nın Al­lah qar­şı­sın­da­kı aciz­li­yi­nin, hər bir möv­zu­da, o cüm­lə­dən gü­nah sa­hi­bi ol­ma­maq, Al­la­hın əmr və qa­da­ğa­la­rı­nı ye­ri­nə ye­ti­r­mək kimi möv­zu­lar­da da Al­la­ha möh­tac ol­du­ğu­nun gös­tə­ri­ci­si­dir.
Mö­mi­nin və­zi­fə­si isə hə­min səhv və gü­na­hı­nı mü­əy­yən et­di­yi za­man peş­man olub bun­dan çə­kin­mək, töv­bə və is­tiğ­far (Al­lah­dan ba­ğış­lan­ma) edə­rək, ey­ni gü­na­hı ye­ni­dən et­mə­mə­yə diq­qət ye­tir­mək­dir. Yox­sa özü­nü səhv­siz, gü­nah­sız gös­tər­mək, tə­mi­zə çı­xar­maq de­yil... Çün­ki be­lə bir dav­ra­nış Al­la­hın sev­mə­di­yi dav­ra­nış­dır:
“On­lar ki­çik gü­nah­lar is­tis­na ol­maq­la, bö­yük gü­nah­lar­dan və rə­zil iş­lər­dən çə­ki­nər­lər. Hə­qi­qə­tən, sə­nin Rəb­bin çox ba­ğış­la­yan­dır. Si­zi tor­paq­dan ya­ra­dan da, siz ana­la­rı­nı­zın bətn­lə­rin­də rü­şeym ha­lın­da olan­da da, si­zi ən gö­zəl ta­nı­yan Odur. Özü­nü­zü tə­mi­zə çı­xart­ma­yın. O, Al­lah­dan qor­xub pis əməl­lər­dən çə­ki­nə­nin kim ol­du­ğu­nu ən gö­zəl bi­lən­dir!” (Nəcm su­rə­si, 32).
Özü­nü tə­mi­zə çı­xar­ma­ğa ça­lış­maq cəh­di­nin sə­bə­bi in­sa­nın baş­qa in­san­lar ara­sın­da özü­nü səhv­siz və qü­sur­suz gös­tə­rə­rək ucalt­maq is­tə­mə­si­dir. Hal­bu­ki, bu­nu edən in­san nə­in­ki yük­sək yer əl­də edir, hət­ta tam ək­si­nə, Al­lahın dər­ga­hın­da və mö­min­lə­rin nə­zə­rin­də al­ça­lır, açıq-aş­kar­ ol­ma­sa da, mü­əy­yən mə­na­da tan­rı­lıq id­dia­sın­da ol­du­ğu üçün əsl mö­min­lə­rin qəl­bi­nə sı­xın­tı ve­rir və on­la­rı na­ra­hat edir. O, mö­min­lə­ri al­da­dıb on­la­rın gö­zün­də qiy­mət və üs­tün­lük qa­zan­dı­ğı­nı gü­man et­di­yi hal­da, aciz və ida­rəe­di­lən var­lıq ol­du­ğu­nu dərk edə bil­mir. Bir müd­dət son­ra özü də hə­qi­qə­tən qü­sur­suz ol­du­ğu­na ina­nır və gün­dən-gü­nə onu da­ha da al­çal­dan hərəkətlər edir.
Özü­nü tə­mi­zə çı­xa­ran in­san özü­nü gü­nah­sız gör­dü­yü üçün Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­yə, Al­la­ha yal­va­rıb On­dan əfv di­lə­mə­yə lü­zum gör­mür. Öyü­nən, tə­kəb­bür­dən əziy­yət çə­kən in­san olur. Özü özü­nə qu­yu qa­zır.
Sə­mi­mi mö­min isə öz aciz­li­yi­ni, qü­su­ru­nu bil­di­yi üçün da­im Al­lah­dan ba­ğış­lan­ma di­lə­yir, Al­la­hın rəh­mə­ti­ni və razılığını qa­zan­ma­ğı umur. Bu hal­da Al­lah da onun qü­sur­la­rı­nı ör­tür, gü­nah­la­rı­nı ba­ğış­la­yır, onu hə­qi­qi mə­na­da tə­miz­lə­yir, üs­tün möv­qe­yə gə­ti­rir:
“Öz­lə­ri­ni tə­mi­zə çı­xa­ran­la­rı gör­mür­sən­mi? Xeyr. Al­lah is­tə­di­yi­ni tə­mi­zə çı­xar­dar və on­la­ra xur­ma çər­də­yin­də­ki na­zik tel qə­dər zülm olun­maz!” (Ni­sa su­rə­si, 49).