Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Quran­da hə­ya­tın hər anın­da, hər ki­çik və bö­yük ha­di­sə­də Al­lah­la sıx əla­qə­də ol­ma­ğa və da­im axi­rə­ti xa­tır­la­ma­ğa əsas­la­nan iman an­la­yı­şı əsas götürülür. Quran­da həm­çi­nin pey­ğəm­bər­lər­dən mi­sal gə­ti­ril­di­yi za­man bir çox yer­də on­la­rın hər za­man Al­la­ha sığınan və axi­rə­ti xa­tır­la­yan in­san­lar ol­duq­la­rın­dan bəhs edi­lir. Yalnız çətinliklərlə üzləşdikdə və ya sıxıntıya düşdükdə Al­la­hı və axi­rə­ti xa­tır­la­yıb,  gün­də­lik hə­yat­da rast gələn ha­di­sə­lər­də qəf­lət için­də ol­maq Quranın ru­hu­na ta­ma­mi­lə zid­dir. Mö­mi­nin hər anı, hər halı, gördüyü hər iş, ba­şı­na gə­lən hər hadisə onun Al­la­ha ya­xın­laş­ma­sı, əx­la­qı­nı gö­zəl­ləş­dir­mə­si, sa­va­bı­nı ar­tır­ma­sı üçün ve­ril­miş für­sət­dir. Quran­da mö­mi­nin hə­ya­tı­nın hər anın­da bu­nu ne­cə edə­cə­yi ilə bağ­lı bir çox mi­sal­lar ve­ril­miş­dir. Bun­lar­dan bi­ri də mö­min­lə­rin evə da­xil olar­kən sa­lam ve­rə­rək gö­zəl əx­laq nü­ma­yiş et­dir­mə­si­dir:
 
“...Ev­lə­rə da­xil ol­du­ğu­nuz za­man bir-bi­ri­ni­zi Al­lah dər­ga­hın­dan bə­rə­kət və xoş­luq di­lə­yən bir sa­lam­la sa­lam­la­yın. Al­lah ayə­lə­ri si­zə be­lə izah edir ki, dü­şü­nüb da­şı­na­sı­nız!” (Nur su­rə­si, 61).

Ayə­nin söz­lə­ri ilə de­sək, düşünülsə və hə­min sö­zün mə­na­sı­na diq­qət edil­sə, ve­ri­lən sa­lam­la bun­lar ger­çək­ləş­miş olur. Ən əsa­sı Al­la­hın ayə ilə əmr etdiyi hökm ye­ri­nə ye­ti­ril­miş olur. Bu­nun­la ya­na­şı, Al­la­hın sülh və əmin-aman­lıq mə­na­sı­nı ve­rən «Sa­lam» adı xa­tır­la­nır. Mö­min­lər be­lə va­si­tə ilə tez-tez bir-bi­ri­nə ən gö­zəl ar­zu­la­rı­nı çat­dı­rıb, qar­şı­lıq­lı sev­gi və bağ­lı­lıq­la­rı­nı möh­kəm­lən­di­rir­lər. Bir­lik­də Al­la­hı xa­tır­la­yır və Cən­nət dav­ra­nı­şı olan sa­lam­laş­ma ilə axi­rə­ti in­ti­zar­la göz­lə­mə­lə­ri­ni ifa­də edir­lər. «Sa­lam» sö­zü mö­min­lə­rin ara­la­rın­da olan eti­mad, inam və əmin-aman­lı­ğın ifa­də­si­dir.