Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

“Doğ­ru­dan da, Biz sə­ni haq­la müj­də ve­rən və qor­xu­dan bir pey­ğəm­bər ki­mi gön­dər­dik. Elə bir üm­mət yox­dur ki, onun için­dən qor­xu­dan bir el­çi gə­lib get­mə­sin!” (Fa­tir su­rə­si, 24).

Mü­səl­man­la­rın xə­bər­da­re­di­ci xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, müj­də­ve­ri­ci xü­su­siy­yət­lə­ri də vardır. Çün­ki Quran in­san­la­ra həm xə­bər­dar­lıq, həm də müj­də ki­mi na­zil edil­miş­dir.

Quran­da müs­bət xa­rak­ter­li in­san­lar üçün bir çox müj­də­lər var. Şüb­hə­siz ki, bun­la­rın ən əhə­miy­yət­li­lə­rin­dən bi­ri gö­zəl əx­laq­lı in­san­lar üçün ha­zır­la­nan Cən­nət­dir. Al­lah in­san­la­rın səbir­li, sə­mi­mi, əda­lət­li, gö­zəl söz­lü, tə­va­zö­kar, gö­zəl xa­rak­ter­li ola­caq­la­rı təq­dir­də axi­rət­də, bir çox mü­ka­fat­lar­la qar­şı­lıq gö­rə­cək­lə­ri­ni bil­dir­miş­dir. Cən­nət bu dün­ya ilə mü­qa­yi­sə edil­mə­yə­cək qə­dər bö­yük gö­zəl­li­yə, zən­gin­li­yə, əzə­mə­tə və möh­tə­şəm­li­yə ma­lik­dir. İn­san­lar, ev­lər, mə­kan­lar bu gü­nə qə­dər bən­zə­ri­nə rast gəl­mə­di­yi­miz şə­kil­də və ən gö­zəl şəkildə ya­ra­dı­la­caq. Burada mə­nə­vi cə­hət­dən in­san­la­rın hə­yat­da gördüklərindən qat-qat çox xoş­bəxt­lik, se­vinc və fə­rəh hissi yaşana­caq. Al­lah Cən­nət haq­qın­da Quran­da bir çox mə­lu­mat­lar ve­rir. Al­la­hın Cən­nə­ti mü­səl­man­lar üçün bu cür tə­rif et­mə­si mü­səl­man­lar üçün bö­yük şövq və hə­yə­can mən­bə­yi­dir. Mü­səl­man­lar Cən­nət ba­rə­də dü­şün­dük­cə, on­la­rın axi­rət üçün ça­lış­maq və xid­mət et­mək is­tək­lə­ri daha da ar­tır. Al­la­hın heç bir əmə­li mü­ka­fat­sız və əvəz­siz qoy­ma­dı­ğı­nı, hət­ta ən ki­çik yax­şı­lı­ğın da mü­ka­fa­tı­nı ver­di­yi­ni bir da­ha dü­şü­nür və Al­la­ha da­ha bö­yük qə­tiy­yət­lə bağ­la­nır­lar.

Al­lah mü­səl­man­la­ra həm də bu dün­ya­da mü­ka­fat ve­rir. Bu müj­də­lər də Quran­da bil­di­ril­miş­dir. Al­la­hın ver­di­yi qəlb ra­hat­lı­ğı, iman gə­tir­mə­yən­lər üzə­rin­də­ki müt­ləq qa­li­biy­yət, mül­kə va­ris et­mə­si, gö­zəl hə­yat­la ya­şat­ma­sı ki­mi bir çox vəd­lər bu müj­də­lə­rə aid­dir. Bu müj­də­lə­rin mü­səl­man­la­ra təş­viq və se­vinc sə­bə­bi ol­ma­sı üçün Al­lah on­la­rı ayə­lər­də bil­dir­miş­dir.

Bu­na gö­rə də mü­səl­man­la­rın Quran­da bil­di­ri­lən bu möv­zu­lar­da bir-bi­ri­nə müj­də ver­mə­lə­ri mü­hüm iba­dət­dir. Müsəlmanlara Allahın necə kömək etdiyi, Allahın onları necə qoruduğu və necə zəfərlər verdiyi ilə bağlı müjdələr inananların güclənməsinə səbəb olduğu halda, münafiqlərin və kafirlərin isə ruhdan düşməsinə səbəb olacaq. Bu­na gö­rə də Al­lah pey­ğəm­bər­lə­ri­ni “xə­bər­da­re­di­ci” ol­maq­la ya­na­şı, həm də “müj­də­ve­ri­ci­lər” ki­mi təq­dim et­miş­dir.