Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Sa­də və tə­va­zö­kar ol­maq Quran­da Al­la­hın tə­rif­lə­di­yi dav­ra­nış­dır. Tə­va­zö­kar mö­min baş­qa mö­min­lə­rə əmin­lik və şövq ve­rir. Hə­qi­qi mə­na­da təvazökarlıq in­sa­nın sa­hib ol­du­ğu bü­tün xü­su­siy­yət­lə­rə gö­rə Al­la­ha borc­lu ol­du­ğu­nu bil­mə­si, Al­lah­dan baş­qa heç bir gücün ol­ma­dı­ğı­nı qə­bul et­mə­si­ ilə mümkündür. Bu dü­şün­cə­yə ma­lik olan in­san nə qə­dər gö­zəl, ba­ca­rıq­lı, zən­gin, ağıl­lı və ya qüv­vət­li olur­sa-ol­sun, bü­tün bun­la­rı Al­la­hın ver­di­yi mü­vəq­qə­ti xü­su­siy­yət­lər ol­du­ğu­nu, bun­la­rın im­ta­han va­si­tə­si və sa­leh əməl üçün für­sət ol­du­ğu­nu bi­lir. Sa­hib ol­du­ğu heç bir xü­su­siy­yət onun tə­kəb­bü­rü­nə, lov­ğa­lan­ma­sı­na sə­bəb ola bil­məz. Onun bu yük­sək əx­la­qı Al­la­hın ru­hu­nu da­şı­yan, Onun yer üzün­də­ki xə­li­fə­si olan mö­min­lə­rə qar­şı hör­mət və tə­va­zö­kar­lıq for­ma­sın­da əks olu­nur. Bu əx­la­qa ma­lik olan mö­min­lər ayə­lər­də mədh edil­miş və müj­də­lən­miş­dir:

“...Sən də tə­va­zö­kar olan­la­ra müj­də ver!” (Həcc su­rə­si, 34).

“Ey iman gə­ti­rən­lər! Siz­dən hər kəs di­nin­dən dön­sə, bil­sin ki, Al­lah onun ye­ri­nə elə bir tay­fa gə­ti­rər ki, Al­lah on­la­rı, on­lar da Al­la­hı se­vər­lər. On­lar mö­min­lə­rə qar­şı mü­la­yim, ka­fir­lə­rə qar­şı isə sərt olar. Al­lah yo­lun­da vu­ru­şar və heç kə­sin tə­nə­sin­dən qorx­maz­lar. Bu, Al­la­hın lüt­fü­dür, onu is­tə­di­yi­nə ve­rər. Al­lah ge­niş­dir, bi­lən­dir!” (Mai­də su­rə­si, 54).

Yu­xa­rı­da­kı ayə­lər­dən də ay­dın ol­du­ğu ki­mi, mü­la­yim və tə­va­zö­kar rəf­tar gö­rə­cək in­san­lar yal­nız mö­min­lər­dir. Ca­hil in­san­la­ra qar­şı dav­ra­nış isə bu­nun tam ək­si ola­caq. Çün­ki iman gə­tir­mə­yən­lər Al­la­ha üs­yan et­miş, Al­la­ha, Onun el­çi­si­nə və mö­min­lə­rə qar­şı mü­ha­ri­bə elan et­miş­lər. Mö­min­lə­rin, Al­la­ha üs­yan edən bu in­san­lar­la ne­cə dav­ra­na­caq­la­rı Quranda be­lə izah edil­miş­dir:

“Ya Pey­ğəm­bər! Ka­fir­lə­rə və mü­na­fiq­lə­rə qar­şı səy gös­tər! On­lar­la sərt dav­ran! On­la­rın məs­kə­ni cə­hən­nəm­dir. Ora nə pis yer­dir!” (Töv­bə su­rə­si, 73).

“On­lar­la vu­ru­şun ki, Al­lah si­zin əli­niz­lə on­la­ra əzab ver­sin, on­la­rı rüs­vay et­sin, si­zə on­la­rın üzə­rin­də qə­lə­bə çal­dı­rıb mö­min­lə­rin ürək­lə­ri­ni fə­rəh­lən­dir­sin. Və on­la­rın qəlb­lə­rin­dən qə­zə­bi si­lib apar­sın. Al­lah is­tə­di­yi kə­sin töv­bə­si­ni qə­bul edər. Al­lah hər şe­yi bi­lən­dir, hik­mət sa­hi­bi­dir!” (Töv­bə su­rə­si, 14-15).

Mö­min­lə­rin bu xü­su­siy­yə­ti baş­qa ayə­də be­lə ifa­də edil­miş­dir:

“Mu­həm­məd Al­la­hın pey­ğəm­bə­ri­dir. Onun­la bir­lik­də olan­lar ka­fir­lə­rə qar­şı sərt, bir-bi­ri­nə isə mər­hə­mət­li­dir­lər...” (Fəth su­rə­si, 29).

Al­lah Quran­da mü­səl­man­la­ra ya­xın və dost ola­raq Al­la­ha iman gə­ti­rən­lə­ri gös­tər­miş­dir. Həm­çi­nin Al­lah mü­səl­man­la­rın ka­fir­lə­rə və mü­na­fiq­lə­rə qar­şı fik­ir mü­ba­ri­zəsi apar­ma­la­rı­nı əmr et­miş­dir. Bu sə­bəb­dən mü­səl­ma­nın mü­na­fi­qə qar­şı dav­ra­nı­şı hə­mi­şə Quran­da bil­di­ri­lən şə­kil­də olur. İman gə­ti­rən in­sa­n öz dav­ra­nış­la­rı­nda yal­nız Quranı rəhbər tutur.

Bir mü­səl­manın di­gər mü­səl­man­la­ra hör­mət və sev­gi gös­tər­mə­si, həmçinin mü­na­fiq və din­siz­lə­rə qar­şı sərt olması da bir iba­dət­dir. Qəl­bin­də Al­la­hın di­ni­nə kin bəs­lə­yən və əlin­də­ki im­kan­lar­dan giz­li və açıq şə­kil­də mü­səl­man­la­rın əley­hi­nə is­ti­fa­də edən mü­na­fi­qə sev­gi və xoş mü­na­si­bət gös­tər­mək hə­min in­sa­nın di­nə və Al­la­ha qar­şı olan kin­li dav­ra­nı­şı­na mü­əy­yən mə­na­da dəs­tək ver­mək və onu təs­diq et­mək de­mək­dir.

La­kin qeyd et­mək la­zım­dır ki, bu­ra­da­kı “sərt” sözün­dən yan­lış mə­na çı­xa­rıl­ma­ma­lı­dır. Çün­ki bu­ra­da nə­zər­də tu­tu­lan sərt­lik fi­zi­ki qüv­və ilə olan sərt­lik de­yil.

Bu­ra­da­kı sərtliyin mə­na­sı mü­səl­man­la­rın öz din­lə­ri­nə bağ­lı və qə­tiy­yət­li ol­ma­la­rı sə­bə­bi ilə mü­na­fiq­lər­in həvəsdən düşməsi və di­nə qar­şı mü­ba­ri­zə apar­maq­dan ge­ri çə­kil­mələri­dir.

Sərt­lik isə mü­na­fiq­lə­r və iman gə­tir­mə­yən­lə­rin mü­səl­man­la­ra qar­şı açıq və ya giz­li fəa­liy­yə­ti­ni aş­kar edə­rək ma­ne ol­maq, on­la­rın Al­la­ha və di­nə qar­şı olan dav­ra­nış­la­rı mü­qa­bi­lin­də or­ta­ya açıq və cə­sa­rət­li dav­ra­nış tər­zi qoy­maq, on­lar­la ya­xın dost ol­ma­maq mə­na­sın­da­dır.

Mü­na­fiq­lə­rin ən çox qorx­duq­la­rı in­san­lar təq­va sa­hi­bi olan mü­səl­man­lar­dır. Al­lah Öz ayə­lə­rin­də mü­na­fiq­lə­rin mö­min­lər­dən Al­lah­dan qor­xan ki­mi, hət­ta da­ha çox qorx­duq­la­rı­nı bil­di­rir. Bu sə­bəb­dən Al­la­ha və mü­səl­man­la­ra düş­mən olan­la­rın qəl­bin­də qor­xu ya­ra­da­caq ima­na sa­hib ol­maq mü­səl­man üçün bö­yük iba­dət­dir.

Mü­səl­man ol­ma­yan, la­kin din möv­zu­sun­da mö­min­lər­ə qarşı mü­ba­ri­zə apar­ma­yan in­san­lar­la yax­şı yo­la get­mək və ya di­ni əx­la­qı ye­ni­cə mə­nim­sə­yən in­san­la­rla gö­zəl rəf­tar et­mək, gö­zəl da­nış­maq Quranda buyurulan hökmdür.