Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Mö­min­lər boş və mə­na­sız da­nı­şıq­la­ra mə­həl qoy­ma­dıq­la­rı ki­mi, axi­rət­lə­ri üçün heç bir fay­da­sı ol­ma­yan, hət­ta on­la­ra zə­rər ve­rə­cək boş iş­lə­rə də vaxt­la­rı­nı sərf et­məz­lər. Mö­min­lə­rin bu xü­su­siy­yə­ti ayə­də be­lə bil­di­ri­lir:

“O kəslər ki, lüzumsuz şeylərdən üz dön­də­rərlər” (Mu­mi­nun su­rə­si, 3).

Al­la­hın razılığının nə­zə­rə alın­ma­dı­ğı hər iş Quran­da bil­di­ri­lən hə­min lü­zum­suz iş­lə­rə aid­dir. İn­san hət­ta Quran­da əmr edi­lən ən mü­hüm iba­də­ti də Al­la­hın razılığından kə­nar, vər­diş ol­du­ğu və hə­min an­da ona asan gəl­di­yi üçün, əsas, la­kin ona çə­tin olan iş­dən ya­xa qur­tar­maq üçün və ya ha­mı­nın et­di­yi  iş ki­mi edər­sə, bu, lü­zum­suz ola bi­lər.

Mö­min­lə­rin Quran­da mü­əy­yən edil­miş və gün­də­lik hə­yat­la­rın­da ye­ri­nə ye­ti­rə­cək­lə­ri müx­tə­lif fərz iba­dət­lə­ri var. Bun­la­rdan əlavə qalan vaxtını mö­min, İs­lam üçün ən fay­da­lı, Al­la­hın ən çox ra­zı qa­la­ca­ğı iş­lər­lə məş­ğul ol­ma­ğa, özü­nü hə­min iş­lər­dən mak­si­mum fay­da­la­na­caq şə­kil­də in­ki­şaf et­dir­mə­yə sərf etməlidir.

Yerinə yetirilən işlərin ardıcıllığına əhəmiyyət baxımından fikir verilməlidir. Mü­əy­yən vaxt­lar­da ye­ri­nə ye­ti­ri­lməli iş­lə­rin baş­qa vaxta təxirə salınması vaxt it­ki­si­nə sə­bəb ola bi­lər. Çün­ki hə­min iş­lər ola bi­lsin ki, o an­da ən zə­ru­ri və əsas olan iş­lər­dir. Bü­tün bu sə­bəb­lər­dən mö­min etdiyi sa­leh əməl­lə­rə nəf­si­nin qa­rış­ma­ma­sı­na, hər za­man Al­lah ri­za­sı­nın da­ha çox qazanılmasına səbəb olan işləri üs­tün tut­ma­ğa diq­qət ye­tir­mə­li­dir (bax: “Bir işi bi­tir­dik­dən son­ra baş­qa işə baş­la­maq” his­sə­si).