Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Quran vasitəsilə ən doğru yolu tapır. Şeytanın yeganə məqsədi isə möminləri doğru yoldan azdırmaqdır. Buna görə də şeytan onların Quranı dərk etməmələrini, səhv anlamalarını, hətta mümkün olduğu qədər Qurandan uzaqlaşmalarını arzulayır.
Allah şeytanın bu hərəkətinin müqabilində möminin Ona sığınmasının vacib olduğunu bildirmiş və bunu bir hökm kimi möminlərə əmr etmişdir:
”Quran oxumaq istədiyin zaman məlun şeytandan Allaha sığın!” (Nəhl surəsi, 98).
Allah Ona inanıb güvənərək belə davranan insanlara şeytanın heç bir zərər verə bilməyəcəyini sonrakı ayədə aşağıdakı kimi bildirir:
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur!” (Nəhl surəsi, 99).