Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

“Mən­dən on­la­ra de: “Ey Mə­nim öz­lə­ri­nə zülm et­mək­də həd­di aş­mış bən­də­lə­rim! Al­la­hın rəh­min­dən ümid­siz ol­ma­yın. Al­lah bü­tün gü­nah­la­rı ba­ğış­la­yar. Hə­qi­qə­tən, O ba­ğış­la­yan­dır, rəhm edən­dir!” (Zu­mər su­rə­si, 53).

Ayə­də bil­di­ril­di­yi ki­mi, in­san­lar bə­zən bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən səhv­lər edir­lər. Bu möv­zu ilə bağ­lı ayə­nin xi­ta­bın­dan da mə­lum ol­du­ğu ki­mi, bu­ra­da Al­la­hın rəh­mə­ti­ni uman in­san­la­ra üz tu­tu­lur. Yə­ni, ayə­də bil­di­ri­lən öz əleyh­lə­ri­nə ol­maq­la həd­di aşan in­san­lar Al­la­ha iman gə­ti­rən in­san­lar­dır. Bu­na gö­rə də be­lə hal de­mək olar ki, mü­səl­man­la­ra da aid­dir.

Al­lah bir çox ayə­lə­rin­də hət­ta təq­va sa­hi­bi olan mü­səl­man­la­rın da səhv edə bi­lə­cək­lə­ri­ni vur­ğu­la­mış­dır. Be­lə açıq­la­ma­lar in­sa­nın qəl­bi­nə fə­rəh ve­rir. Əks hal­da bilərək və ya bilməyərək səhv edən mü­səl­man bö­yük sı­xın­tı və ya vic­da­n əzabı çəkə  bi­lər. La­kin mü­səl­man­la­rın Al­la­ha qar­şı hər hansı xətaya və ya nöqsana yol verməməkdə diq­qət­li ol­duq­la­rı­nı bi­lən Rəb­bi­miz Quran­da əməlləri və əxlaqları mədh edilərək bəhs edilən pey­ğəm­bər­lər­dən də nü­mu­nə­lər ve­rə­rək, is­tis­nasız ol­araq, hər in­sa­nın bö­yük və ki­çik səhv edə bi­lə­cə­yi­ni diq­qə­tə çat­dır­mış­dır. Be­lə­lik­lə, ayə­lər­də bu cür şövq­ve­ri­ci və qəl­bi fə­rəh­lən­di­rən ifa­də­lər mü­səl­man­la­rın hər han­sı səhv­dən son­ra ümid­siz­li­yə düş­mə­si­nin qar­şı­sı­nı alır. Hət­ta Al­lah in­san­lar­ın səhv­lə­rinin o qə­dər müx­tə­lif ol­du­ğu­nu bil­dir­miş­dir ki, in­san­la­rın səhv et­dik­dən son­ra peş­man­lıq du­yub töv­bə et­dik­lə­ri za­man, is­tis­na­sız ola­raq, hər səh­vin ba­ğış­la­na­ca­ğı­nı bu­yur­muş­dur.

La­kin Quran­da qəl­bi fə­rəh­lə­dən, in­san­la­ra ümid ve­rən müx­tə­lif ifa­də­lə­rə bax­ma­ya­raq, qü­sur­lu ol­du­ğu­nu əsla qə­bul et­mə­yən bir çox in­san­lar da var. Ayə­lər­də­ki açıq­la­ma­la­ra rəğ­mən səhv et­dik­dən son­ra ümid­siz­li­yə qa­pıl­maq, üzün­tü və sı­xın­tı­ya düş­mək xə­ta­sız­lıq id­dia­sın­da olan in­san­la­ra xas olan dav­ra­nış­dır. Səh­vi­ni tə­kəb­bü­rü uc­ba­tın­dan və lov­ğa­lı­ğı­na gö­rə heç bir vəch­lə qə­bul et­mək is­tə­mə­yən in­san et­dik­lə­ri­nə gö­rə bö­yük üzün­tü­yə qa­pı­lır. Be­lə lov­ğa adam­lar asan­lıq­la səhv edən, yan­lış qə­rar­lar qə­bul edə bi­lən, yan­lış dav­ra­na bi­lən və ya yan­lış da­nı­şa bi­lən var­lıqlar ol­duq­la­rı­nı qə­bul et­mək­də çə­tin­lik çə­kir­lər. On­lar qü­sur­suz­lu­ğun və xə­ta­sız ol­ma­ğın yal­nız Al­la­ha xas bir vəsf ol­du­ğu­nu dü­şü­nə bil­mir­lər. Öz­lə­ri də qü­sur­suz ol­maq is­tə­yir­lər. La­kin bu­nu heç cür ba­ca­ra bil­mə­mə­lə­ri və is­tə­mə­dən də bir çox səhv­lə­rə yol vermələri on­la­rı ümid­siz­li­yə sü­rük­lə­yir. Mü­səl­man­lar isə Al­la­hın qar­şı­sın­da qü­sur­la­rı­nı və aciz­lik­lə­ri­ni qə­bul edə­rək ra­hat hə­yat tər­zi ke­çi­rir və heç bir za­man səhv­siz­lik id­dia­sın­da ol­mur­lar.

Bu­nu da unut­ma­maq la­zım­dır ki, in­san­la­rın hət­ta ən iman­lı olan­la­rı­nın da qü­sur­lu və asan­lıq­la səhv edə­cək şə­kil­də ya­ra­dıl­ma­la­rı Al­la­hın qü­sur­suz­luq vəs­fi­ni dərk edə bil­mək üçün­dür. Çün­ki in­san qü­sur­suz­lu­ğu yal­nız qü­sur və əs­kik­lik gö­rə­rək dərk edə bi­lər. Bu sə­bəb­dən də in­sa­nın öz aciz­li­yi­ni gör­mə­si onun Al­la­hın mü­kəm­məl­li­yi­ni da­ha yax­şı an­la­ma­sı­na sə­bəb ola­caqdır.