Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Hər bir dövr­də Al­la­ha qul­luq e­dən, Onun əmr­lə­ri­ni ye­ri­nə ye­tirən, in­san­la­rın de­yil, yal­nız Al­la­hın razılığını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyətlər tərəfindən mən­fi mü­na­si­bətə məruz qalmışlar. On­lar di­ni in­kar edən­lə­rin rəhbər tutduqları az­ğın hə­yat tər­zi­ni və fəl­sə­fə­si­ni rədd et­dik­lə­ri­nə, Quran­da tə­rif edi­lən ide­al mo­de­li mə­nim­sə­dik­lə­ri­nə gö­rə müx­tə­lif təz­yiq­lər­lə üzləşmişlər. İn­kar­çı cəmiyyətin təz­yi­qləri da­ha çox fi­zi­ki işgəncələr və əzab-əziy­yətlər for­ma­sın­da olur.
Mö­min­lə­rin ya­xınları tərəfindən isə onlara qarşı əks təd­birlər görülür, mə­nə­vi təz­yiq göstərilir və mə­zəm­mət edilir. La­kin Al­la­ha tamamilə sığınan və sar­sıl­maz ima­na sa­hib olan mö­min­lər bu təz­yiq və mə­zəm­mət­lər qar­şı­sın­da öz din­lə­rin­dən az­ca da ol­sa, ge­ri çəkilməmişlər. Bu­nun mü­qa­bi­lin­də də Al­la­hın kö­mək və dəs­tə­yi­ni qa­za­na­raq in­kar­çı­lar üzə­rin­də zə­fər əl­də et­miş­lər.
İslamı yaşayan hər mömin bu cür fiziki təzyiqlərlə qarşılaşmaya bilər. La­kin Al­la­hın əmr­lə­ri­ni ye­ri­nə ye­tir­məkdə və ka­fir­lə­rin ba­til dü­şün­cə sis­te­mi­ni dar­ma­da­ğın et­mək­də nümayiş etdirdiyi əzm­kar­lı­ğı sə­bə­bindən ət­rafın­da olan in­san­lar tə­rə­fin­dən müx­tə­lif mə­zəm­mət­lə­rə mə­ruz qala bilər. Amma hə­min in­san­lar qı­sa müd­dət ərzin­də bu cür təz­yiq­lə­r qarşısında sarsılmayan, güc­lü iradəyə sa­hib olan, Al­la­ha güc­lü ina­mı olan mö­min­lə­ri yol­la­rın­dan az­dı­ra bil­mə­yə­cək­lə­ri­ni dərk edir­lər. Mö­min­lər on­la­ra təz­yiq edən­lər­dən de­yil, yal­nız Al­lah­dan qor­xur­lar. Hət­ta tam ək­si­nə, onlara təz­yiq edən in­san­larda vahimə his­si ya­ra­dır­lar. Be­lə təz­yiq­lər mö­min­lə­ri da­ha da möh­kəm­lən­di­rir.
Mə­zəm­mət edən insanın tə­nə və mə­zəm­mə­tin­dən qorx­maq Al­la­ha şə­rik qoş­maq de­mək­dir. Çün­ki Al­lah ayə­lə­rin­də “yal­nız On­dan qor­xul­ma­sı­nın la­zım ol­du­ğu­nu”bil­di­rir. Be­lə bir in­san İs­la­ma de­yil, yal­nız özü­nə zə­rər ye­ti­rir. Al­lah mə­zəm­mət edə­nin mə­zəm­mə­tin­dən qorx­ma­yan və aşa­ğı­da­kı ayə­də qeyd olu­nan yük­sək xü­su­siy­yət­lə­rə ma­lik olan mö­min­lə­ri misal gə­ti­rir:
“Ey iman gə­ti­rən­lər! Siz­dən hər kəs di­nin­dən dön­sə, bil­sin ki, Al­lah onun ye­ri­nə elə bir tay­fa gə­ti­rər ki, Al­lah on­la­rı, on­lar da Al­la­hı se­vər­lər. On­lar mö­min­lə­rə qar­şı mü­la­yim, ka­fir­lə­rə qar­şı isə sərt olar. Al­lah yo­lun­da vu­ru­şar və heç kə­sin tə­nə­sin­dən qorx­maz­lar. Bu, Al­la­hın lüt­fü­dür, onu is­tə­di­yi­nə ve­rər. Al­lah (lüt­fü ilə) ge­niş­dir, bi­lən­dir!” (Mai­də su­rə­si, 54).