Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Quran­da xə­bər ve­ril­di­yi ki­mi, el­çi­lər ağıl, zə­ka, an­la­yış, qav­ra­yış və bir çox baş­qa xü­su­siy­yət­lə­ri ba­xı­mın­dan di­gər mö­min­lər­dən da­ha yük­sək ya­ra­dı­lı­şa ma­lik­dirlər. Al­la­hın bir çox si­fət­lə­ri el­çi­lə­rin üzə­rin­də da­ha ay­dın şə­kil­də əks olu­nur, mö­min­lik əla­mət­lə­ri­ni öz­lə­rin­də da­ha çox da­şı­yan in­san­lar Al­la­hın seç­di­yi el­çi­lər­dir. Be­lə olan hal­da mö­min də öz ye­ri­ni bil­mə­li və el­çi­nin bu açıq-aş­kar üs­tün­lü­yü qar­şı­sın­da hör­mət, mü­la­yim və sə­mi­mi əx­laq nü­ma­yiş et­dir­mə­li, el­çi­ni dəs­tək­lə­mə­li­dir. Bu hal ayə­də «mö­min­lə­rin el­çi­nin hü­zu­run­da önə keç­mək­dən çə­kin­mə­lə­ri» şək­lin­də ifa­də edi­lir:

“Ey iman gə­ti­rən­lər! Al­lah­dan və Pey­ğəm­bə­rin­dən önə keç­mə­yin. Al­lah­dan qor­xun. Hə­qi­qə­tən, Al­lah eşi­dən­dir, bi­lən­dir!” (Hu­cu­rat su­rə­si, 1).

Al­la­hın rə­su­lu­nun hü­zu­run­da önə keç­mək- onun qar­şı­sın­da öz ağ­lı­nı ön pla­na çı­xar­maq, özü­nü bi­lik­li gös­tər­mək, onun sö­zü­nü kəs­mək ki­mi müx­tə­lif for­ma­lar­da özünü göstərə bi­lər. Əl­bət­tə, mö­mi­nin be­lə hə­rə­kət­lə­ri bi­lə­rək­dən et­mə­si­ni dü­şün­mək ol­maz. La­kin bir an­lıq qəf­lə­tə, unut­qan­lı­ğa da­lıb, Al­la­hın mü­əy­yən et­di­yi sər­həd­lə­ri aş­maq­dan da çə­kin­mək la­zımdır.