Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Al­lah in­san­la­rı za­man və mə­ka­na bağ­lı şə­kil­də ya­rat­mış­dır. La­kin za­ma­nı və mə­ka­nı yaradan Al­lah isə on­la­rın föv­qün­də­dir və on­lar­dan ası­lı de­yil, həm­çi­nin on­la­rın hər iki­si­ni hər tə­rəf­dən əha­tə edir. İn­san öz ya­ra­dı­lı­şı ba­xı­mın­dan za­ma­n və mə­ka­n daxilin­də ya­şa­maq məc­bu­riy­yə­tin­də­dir. O, heç bir za­man və heç bir for­ma­da bu və­ziy­yə­ti­ni də­yiş­di­rə bil­məz. La­kin Al­lah za­ma­nı və mə­ka­nı həm da­xil­dən, həm də xa­ric­dən gö­rür və Öz nə­za­rə­ti al­tın­da sax­la­yır.
 
Bu­nu be­lə izah et­mək olar: Al­lah in­sa­nın ya­şa­dı­ğı hə­ya­tın əv­və­li­ni, axı­rı­nı, or­ta­sı­nı və so­nu­nu ey­ni an­da gö­rür və bi­lir. Al­lah üçün kai­na­tın ilk baş­lan­ğıc anı ilə qi­ya­mət saa­tı ara­sın­da heç bir za­man fər­qi yox­dur. İn­san üçün isə bu ara­da çox uzun  za­man fər­qi var. La­kin bi­zim otuz san­ti­metr­lik cəd­və­lə bax­dı­ğı­mız za­man onun əv­və­li ilə so­nu­nu gör­dü­yü­müz ki­mi, Al­lah da kai­na­tın əv­və­li­ni və so­nu­nu ey­ni an­da bil­mək və gör­mək gü­cü­nə ma­lik­dir.

Bu sə­bəb­dən in­san­la­rın keç­mi­şi, in­di­ki zamanı və gə­lə­cə­yi Al­lah dər­ga­hın­da əv­vəl­cə­dən mü­əy­yən­ləş­di­ril­miş ya­zı­dır. Al­lah bi­zə bu­nu Quran­da alın ya­zı­sı ki­mi bil­dir­miş­dir. İn­san heç bir hal­da hə­min alın ya­zı­sın­dan kə­na­ra çı­xa bil­məz. Qı­sa­sı, in­sa­nın gə­lə­cə­yi yal­nız Al­la­hın mü­əy­yən et­di­yi şə­kil­də olur. Bu­na gö­rə də Al­lah in­san­la­ra qeyb haq­qın­da  təx­min və ya id­dia irə­li sü­rər­kən qə­ti da­nış­ma­ma­ğı əmr et­miş­dir. Çün­ki in­san nə­yi id­dia edir­sə-et­sin, nəticədə ye­nə də Al­la­hın di­lə­di­yin­dən kə­nar heç bir şey baş ver­mə­yə­cəkdir. Bu sə­bəb­dən mü­səl­man­lar qeyb­lə bağ­lı yal­nız Al­la­hın di­lə­dik­lə­ri­nin baş ve­rə­cə­yi­nə iman gə­tir­dik­lə­ri üçün hət­ta bir də­qi­qə­ son­ra nə ola­ca­ğı­na da­ir əs­la qəti şəkildə da­nış­maz və öz söz­lə­ri­ni müt­ləq Al­la­hın istəməsi mə­na­sı­na gə­lən «İn­şAl­lah» de­yə­rək bi­ti­rir­lər:

“Heç bir şey ba­rə­sin­də: “Mən onu sa­bah edə­cə­yəm!” - de­mə! An­caq: “İn­şAl­lah (əgər Al­lah is­tə­sə) de­yə­cə­yəm!” - de...” (Kəhf su­rə­si, 23-24).