Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

“O, göy­lə­rin və ye­rin, on­la­rın ara­sın­da olan hər şe­yin Rəb­bi­dir! Yal­nız Ona iba­dət et və Onun iba­də­ti­nə qə­tiy­yət­li ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Mər­yəm su­rə­si, 65).
 
“Qə­tiy­yət­li­lik” bir mə­sə­lə­də mətinlik göstərmək, nə­ti­cə­yə çat­maq­da heç bir ma­neə ta­nı­ma­maq və əzm­lə ça­lı­şa­raq la­zım olan­la­rı nəyin bahasına olur­sa ye­ri­nə ye­tir­mək mə­na­sı­na gə­lir. Yu­xa­rı­da­kı ayə­də qeyd olu­nan qə­tiy­yət sö­zü də bu mə­na­da iş­lə­di­lib. Al­lah mü­səl­man­lar­dan yal­nız iba­dət et­mə­lə­ri­ni de­yil, ey­ni za­man­da iba­dət­də qə­tiy­yət­li ol­ma­la­rı­nı tə­ləb edir.

La­kin in­san­lar iba­dət­də qə­tiy­yət­li ol­ma­ğı çox məhdud çərçivədə də­yər­lən­di­rir­lər. Çün­ki on­lar iba­dət sö­zü­nün yal­nız na­maz, oruc, həcc, zə­kat ki­mi in­sa­na fərz olan hökm­lər mə­na­sı­na gəl­di­yi­ni zənn edir­lər. Hal­bu­ki, iba­dət xid­mət mə­na­sı­na gə­lir. Yə­ni, in­san­la­rın qul ki­mi Al­lah üçün et­di­yi hə­rə­kət­lə­ri, da­nı­şıqları, dav­ra­nışları da bir iba­dət­dir. Na­maz in­san üçün mü­hüm və fərz iba­dət ol­du­ğu ki­mi əsəb­lə­rə ha­kim ol­maq, gö­zəl da­nış­maq, in­san­la­ra xə­bər­dar­lıq edib onları pis işlərdən çə­kin­dir­mək, zən­nə qa­pıl­ma­maq və ya mü­ba­hi­sə et­mə­mək də bir iba­dət­dir. Bu sə­bəb­dən də Al­la­hın “iba­dət­də qə­tiy­yət­li ol” əm­ri həm iba­dət­lə­rə, həm də əx­la­qa aid­dir.

La­kin, din­­də qə­tiy­yət­li ol­maq əm­rində diq­qət ye­ti­ril­mə­li olan baş­qa mə­qam da var. Bu da mü­səl­man­la­rın qə­tiy­yət­lə bağlı im­ta­ha­na çə­ki­lə­cək­lə­ri­nə da­ir ve­ri­lən izah­lar­dır. Ayə­lər keç­miş­də ya­şa­yan mü­səl­man­la­rın və pey­ğəm­bər­lə­rin hə­ya­tların­dan hadisələr təq­dim edilər­kən on­la­rın ima­nı­nın və qə­tiy­yə­ti­nin im­ta­ha­na çə­kil­diklərinə dair nü­mu­nə­lər ve­rilir. Çün­ki bu nümunələr, mü­səl­man­la­rın Al­la­ha olan bağ­lı­lıq və sə­da­qə­ti­ni is­bat edə­cək­lə­ri də­yər­li für­sət­lər­dir.

Al­lah mü­səl­man­la­rın din­lə­ri­nə olan bağ­lı­lı­ğı­nın im­ta­ha­na çə­kil­mə­si­nə nümunə olaraq ən çox in­kar­çı­la­rın şifahi və ya əmə­li su­rət­də hü­cum fak­tı­nı ve­rir. Ya­xud da, mü­səl­man­la­ra böhtan atıldığı, in­san­la­rın kütləvi şəkildə üz çe­vir­di­yi, xəs­tə­lik baş verdiyi, ac­lıq, su­suz­luq, yor­ğun­luq ol­du­ğu, çə­tin və təh­lü­kə­li hal­la qar­şı­la­şıl­dı­ğı, xü­su­sən də in­san hə­ya­tı­nı risk al­tına alan an­lar nü­mu­nə ki­mi ve­ri­lir. Be­lə hal­lar mü­səl­man­la­rın öz din­lə­ri­nə ria­yət et­mək­ və onu təb­liğ et­mək­də əzmkar olacaqları hal­lar­dır.

Bun­dan əla­və, Al­la­hın bol­luq, sağ­lam­lıq, rifah, zən­gin­lik və ya güc ver­di­yi hal­lar da var ki, bu hal­larda da in­sa­nın ruhdan düşməyəcəyi və di­n əx­la­qına əməl et­mək mə­sə­lə­sin­də qə­tiy­yə­t nümayiş etdirəcəyi çox də­yər­li hal­lar­dır. Yə­ni, mü­səl­man­lar həm çə­tin­lik­lə, həm də asan­lıq­la im­ta­ha­na çə­ki­lir­lər. Heç bir hal mü­səl­man­la­rın dav­ra­nış­la­rın­da mən­fi də­yi­şik­lik­lə­rə yol aç­maz.