Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Quran əx­la­qın­dan uzaq olan cə­miy­yət­lər­də sə­də­qə ver­mək an­la­yı­şı geniş yayılmışdır. Hə­min an­la­yı­şa gö­rə, vic­da­nını ra­hat et­mək üçün in­san öz mal-döv­lə­tin­dən az miq­da­rı­nı sədəqə olaraq ve­rir. Be­lə­lik­lə də di­ni və­zi­fə­ni yerinə yetirməyin rahatlığı ilə ma­lı­nın yer­də qa­lan bö­yük his­sə­si­ni əlin­də sax­la­yır. Hal­bu­ki, Quran­da bunun yan­lış­ dav­ra­nı­ş olmasına açıq şə­kil­də diq­qət ye­ti­ri­lir. Ayə­lər­də be­lə buy­ru­lur:
 
“İn­di gör­dün­mü dö­nə­ni, bir az ve­rib qa­la­nı­na xə­sis­lik gös­tə­rə­ni?” (Nəcm su­rə­si, 33-34).
Al­la­hın Quran­da bil­dir­di­yi infak, yəni Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək iba­də­ti isə ta­ma­mi­lə fərq­li­dir. Qurana gö­rə, infakdakı öl­çü “Eh­ti­ya­cı­nız­dan ar­tıq qa­lan” ki­mi gös­tə­ri­lir (Bə­qə­rə su­rə­si, 219). Bu, Al­la­hın hər kə­sə əmr etdiyi hökm­dür. Ayə be­lə­dir:
“...Al­lah yo­lun­da nə­yi pay­la­ma­lı (infak etməli) ol­duq­la­rı­nı so­ru­şan­la­ra isə de: “Eh­ti­ya­cı­nız­dan ar­tıq qa­la­nı­nı pay­la­yın!” Al­lah si­zə Öz ayə­lə­ri­ni bu cür bil­di­rir ki, bəl­kə fi­kir­lə­şə­si­niz” (“Bə­qə­rə” su­rə­si, 219).
Hə­min hök­mə ria­yət et­mə­yən in­sa­nın itir­di­yi yal­nız az əcr qa­zan­maq de­yil, ey­ni za­man­da Al­la­hın sev­mə­di­yi dav­ra­nı­şı et­mək­lə axi­rət ba­xı­mın­dan da bö­yük əhəmiyyət da­şı­yır. Çün­ki eh­ti­yac­dan ar­tıq qa­la­nı əlin­də sax­la­yan in­san Al­la­hın qə­ti olan hök­mü­nü inad­la ye­ri­nə ye­tir­mir. Xə­sis­lik edərək və əs­lin­də ta­ma­mi­lə Al­la­ha aid olan, Al­la­hın in­sa­na sı­naq olaraq ver­di­yi və sədəqə ver­mə­si­ni bil­dir­di­yi ma­lı haq­sız ola­raq giz­lə­dir. Al­lah, in­kar­çı­la­ra xas bu cür dav­ra­nan in­san­la­rı Quran­da be­lə tə­rif edir: 
“O kəs­lər ki, öz­lə­ri xə­sis­lik et­mək­lə bə­ra­bər, baş­qa­la­rı­nı da xə­sis­li­yə təh­rik edir və Al­la­hın Öz lüt­fün­dən bəxş et­di­yi ne­mət­lə­ri giz­lə­dir­lər. Biz ka­fir­lər üçün al­çal­dı­cı əzab ha­zır­la­mı­şıq!” (Ni­sa su­rə­si, 37).
Quran ayə­lə­rin­də, san­ki kim­sə on­dan is­tə­yə­cək qor­xu­su ilə Al­la­hın ver­di­yi ma­lı və ne­mət­lə­ri giz­lə­yən in­san­la­rın axi­rət­də­ki ağır aqi­bət­lə­ri be­lə bil­di­ril­miş­dir:
“Ey iman gə­ti­rən­lər! (Yə­hu­di) alim­lə­rin­dən və (xaç­pə­rəst) ra­hib­lə­rin­dən ço­xu in­san­la­rın mal­la­rı­nı haq­sız­lıq­la ye­yir və on­la­rı Al­lah yo­lun­dan dön­də­rir­lər. Qı­zıl-gü­müş yı­ğıb onu Al­lah yo­lun­da xərc­lə­mə­yən­lə­ri şid­dət­li bir əzab­la müj­də­lə! O gün yığ­dıq­la­rı qı­zıl-gü­müş cə­hən­nəm atə­şin­də qız­dı­rı­lıb alın­la­rı­na, bö­yür­lə­ri­nə və kü­rək­lə­ri­nə dağ ba­sı­la­caq: “Bu si­zin özü­nüz üçün yı­ğıb sax­la­dı­ğı­nız mal­lar­dır. Yığ­dı­ğı­nız mal-döv­lə­tin (əza­bı­nı, acı­sı­nı) da­dın!” - de­yi­lə­cək­dir!” (Töv­bə su­rə­si, 34-35).
“O kim­sə ki, mal yı­ğıb onu dö­nə-dö­nə sa­yar. Və elə zənn edər ki, mal-döv­lə­ti onu əbə­di ya­şa­da­caq­dır. Xeyr! O müt­ləq Hü­tə­mə­yə atı­la­caq­dır! Sən nə bi­lir­sən ki, Hü­tə­mə nə­dir?! O, Al­la­hın ya­nar odu­dur” (Hu­mə­zə su­rə­si, 2-6)”.
Əl­bət­tə ki, mö­mi­n bu ayə­lər­də gös­tə­ri­lən öl­çü­də xə­sis­lik edə və ya mal yığ­a bilməz. Burada diqqət edilməli məqam xəsislik və ya mal-mülk yığmağa insanların meyl etməsidir. Ola bi­lər ki, in­san ma­lı­nın bö­yük bir his­sə­si­ni Al­lah yo­lun­da sərf et­sin. La­kin eh­ti­ya­cın­dan ar­tıq olan çox az his­sə­si­ni özü­nə ayır­ma­ğa və ya gə­lə­cə­yi üçün sax­la­ma­ğa tə­bii ba­xır­sa, yu­xa­rı­da­kı ayə­lər­də bil­di­ri­lən dü­şün­cə­yə meyl et­miş olur. Çün­ki xə­sis­li­yin və mal yığ­ma­ğın əsa­sı­nı təş­kil edən sə­bəb­lər gə­lə­cək üçün na­ra­hat­lıq, ka­sıb­lıq qor­xu­su, bu dün­ya­nı axi­rət­dən üs­tün tut­maq ki­mi tə­laş­lar­dır. Bu tə­laş­la­rın sə­bə­bi isə Al­la­ha olan etibarın zəif olması və tə­vək­külün az olmasıdır. Tə­vək­kül et­mə­mək də iman zə­if­li­yin­dən irə­li gə­lən mü­hüm prob­lem­dir. Gö­rün­dü­yü ki­mi, çox ki­çik, əhə­miy­yət­siz he­sab edi­lən ça­tış­maz­lıq­la­rın kö­kün­də çox mü­hüm qü­sur­lar da­ya­na bi­lər. Əsl mö­min ki­çik mən­fə­ət­lə­rə ta­mah sa­la­raq dün­ya­da və axi­rət­də bö­yük it­ki ver­mək­dən qor­xub-çə­kin­mə­li və Al­la­hın bu hök­mü­nü diq­qət­lə ye­ri­nə ye­tir­mə­li­dir.