Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

“Quran oxu­nan za­man onu din­lə­yin və su­sun ki, si­zə rəhm olun­sun!” (Əraf su­rə­si, 204).

Ayə­də qə­ti şə­kil­də ifa­də edil­di­yi ki­mi, Quran oxu­nar­kən su­sa­raq onu din­lə­mək yal­nız gö­zəl dav­ra­nış for­ma­sı de­yil, ey­ni za­man­da Al­la­hın əmr etdiyi əməl­dir. Ayə­nin davamında da ifa­də edil­di­yi ki­mi, bu əm­rə göstərilən diq­qət­ mö­min­lə­rə rəhm olunmasına sə­bəb ola bi­lə­r.

Quran Al­la­hın sö­zü­dür. Bu­na gö­rə də Al­la­ha gös­tə­ril­mə­li olan haşyət, yəni qor­xu do­lu hörmət Al­la­hın sö­zü­nə qar­şı da gös­tə­ril­mə­li­dir. Bu hörmətin ilk mər­hə­lə­si isə Al­la­hın sö­zü­nü eşidən za­man su­sub, o sö­zə qu­laq as­maq­dır. Quran is­tər ərəb, is­tər­sə də türk di­lin­də və ya baş­qa dil­lər­də oxun­du­ğu za­man ona hə­min hör­mə­tin gös­tə­ril­mə­si əsas şərt­dir.

Hər in­sa­nın fərq­li iş­lər­lə məş­ğul ol­du­ğu və heç ki­min din­lə­mə­di­yi şə­ra­it­də xə­bər ver­mə­dən Al­la­hın ayə­lə­ri­ni oxu­maq, in­san­la­rın is­tə­mə­dən bu ayə­nin hök­mü­nə tabe ol­mama­la­rı­na sə­bəb ola bi­lər. Bu­na gö­rə də la­zım olan şə­rai­ti ya­rat­ma­dan, Al­lah kə­la­mı­nı oxu­maq məq­bul dav­ra­nış de­yil.
Hər in­sanın bir iş­lə məş­ğul ol­du­ğu və heç ki­min din­lə­mə­di­yi hal­da, Quranın ka­set və ya ra­dio­dan oxu­dul­ma­sı bə­zi ca­hil dai­rə­lə­rin nə­zə­rin­də mü­hüm iba­dət və təq­va əla­mə­ti sa­yı­lır. Hal­bu­ki Quran, hör­mət­lə, hər bir kəl­mə­si diq­qət­lə din­lə­ni­lə­cək, yad­da sax­la­nı­la­caq, üzə­rin­də dü­şü­nü­lüb nə­si­hət alı­na­caq və ye­ri­nə ye­ti­ri­lə­cək “üs­tün və şə­rəf­li” söz­dür.