“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (Nisa surəsi, 86).
Cahillərin anlayışında isə verilən salamı almamaq, eşitməməzlik kimi davranışlar özünü qarşı tərəfdən üstün göstərmək anlamına gəlir. Sosial vəziyyəti baxımından özündən aşağı hesab etdiyi insanları əzmək, onlara həddini bildirmək kimi çirkin niyyəti özündə ehtiva edən bu cür davranışlara tez-tez rast gəlinir. İslamda və möminlər arasında isə belə üstünlük anlayışı və qiymətləndirmə forması yoxdur. Kim olursa-olsun, ona verilən salamı almaq hər mömin üçün Quranda bildirilən əmrdir.