Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

«Al­la­hı unut­duq­la­rı üçün Al­la­hın da on­la­rı öz­lə­ri­nə unut­dur­du­ğu kim­sə­lə­rə bən­zə­mə­yin! On­lar fa­siq­lər­dir!» (Həşr Su­rə­si, 19)
Bir in­sa­nın Al­la­hı xa­tır­la­maqda zə­if­lik gös­tər­mə­si Ona olan ya­xın­lı­ğı­nı azal­dır. Din əx­la­qı­na uy­ğun ya­şa­ma­yan in­san­lar Al­la­hı heç vaxt xa­tır­la­ma­dıq­la­rı, hət­ta gün­lər­lə ağıl­la­rı­na gə­tir­mə­dik­lə­ri üçün ha­lal-ha­ra­mı göz­lə­mə­dən hər cür gü­nah iş tut­ma­ğı və Al­la­hın əmr­lə­ri­nə əməl et­mə­mə­yi hə­yat tər­zi­nə çe­vi­rirlər.
Mö­min­lər isə is­tər söz­lə­ri ilə, is­tər­sə də ağıl­la­rın­dan ke­çir­dik­lə­ri dü­şün­cə­lə­ri ilə bü­tün hə­yat­la­rı bo­yun­ca Al­la­hı xa­tır­la­yıb zikr et­mə­li­dir­lər.
İn­sa­nın bə­zən unu­da­raq Al­la­hı ağ­lın­dan çı­xar­ma­sı hət­ta iman gə­ti­rən bir in­sa­nın da bi­lə­rək­dən, ya­xud bil­mə­yə­rək­dən müx­tə­lif xə­ta və gü­nah­lar iş­lə­mə­si­nə sə­bəb ola bi­lər. Çün­ki Al­la­hı xatırlamadan ötən müd­dət ər­zin­də in­sa­nın ha­di­sə­lə­ri doğru şəkildə qavrayıb qiy­mət­lən­dir­mə­sin­də, yax­şı­nı pis­dən ayır­ma­sın­da, hə­rə­kət, dav­ra­nış və da­nı­şıq­la­rın­da, Quranın hökmlərinə ria­yət edən dü­şün­cə­ni rəhbər tutmasında cid­di qü­sur­lar mey­da­na gə­lə bilər.
Quran­dan kə­nar hər bir dav­ra­nış po­zun­tu­la­rı­nın sə­bə­bi Al­la­hı xa­tır­la­maq mə­sə­lə­sin­də yol ve­ri­lən zə­if­lik­dir. Al­la­hın hökm­lə­ri qar­şı­sın­da həs­sas­lı­ğı­nı iti­rən in­san bə­zən elə səhv­lər edir ki, son­ra­dan və­ziy­yət dü­zə­lən­də hə­min səhv­lə­ri ne­cə et­di­yi­ni heç özü də an­la­mır. Be­lə qey­ri-adi səhv­lər Al­la­hı unut­ma­ma­ğın əhə­miy­yə­ti­ni gös­tə­rən xə­bər­dar­lıq və işa­rə­lər­dir. Unut­qan­lı­ğın müd­də­ti və də­rə­cə­si art­dıq­ca, yol ve­ri­lən səhv­lə­rin sa­yı və əhatə dairəsi də ar­tır. Al­la­hı xa­tır­la­maqda gös­tə­ri­lən qəf­lət və zə­if­li­yin bö­yük­lü­yü və dai­mi­li­yi in­sa­nın ima­nı üçün bö­yük bir təh­lü­kə­dir.
Hal­bu­ki Al­la­hı hər an xa­tır­la­maq, Onun ayə­lə­ri­ni dü­şü­nə­rək dərk et­mək in­sa­nın ağ­lı­nın və şüu­ru­nun da­im açıq ol­ma­sı­nı tə­min edir. Be­lə ol­du­ğu za­man in­san Quranın əmr və qa­da­ğa­la­rı­na dəqiqliklə əməl edib onlara tabe olur. Al­la­hı da­im xa­tır­la­yan bir in­san öz aciz­li­yi­ni da­ha yax­şı dərk edir, heç bir möv­zu­da yal­nız özü­nə aid bir qüv­və və ira­də­yə ma­lik ol­ma­dı­ğı­nı da­ha yax­şı anlayır. Bu­nun da nə­ti­cə­si ola­raq, da­im Al­la­ha dua edir və is­tə­di­yi­ni yal­nız On­dan di­lə­yir. İs­tə­dik­lə­ri­ni yal­nız Al­lah­dan is­tə­yir, hər bir iş­də Al­la­hı əsas sa­yır, özü­nü ta­ma­mi­lə Al­la­ha təs­lim edir. İstənilən şərtlər altında özü­nü müs­tə­qil və sər­bəst sa­yıb lov­ğa­lan­mır. Be­lə­lik­lə də ina­nan in­san­la­rın bü­tün hə­rə­kət­lə­ri, dav­ra­nış­la­rı, da­nı­şıq­la­rı Al­la­hın hi­ma­yə­si və nə­za­rə­ti al­tın­da olur. Nəticədə, Al­lah ona hər an ne­cə, nə şə­kil­də dav­ran­ma­ğın va­cib­li­yi­ni, ən doğ­ru hə­rə­kə­ti, ən gö­zəl sö­zü il­ham edir. Ona «insanlar arasında get­mə­yi­ üçün nur bəxş edir» (Hə­did Su­rə­si, 28). Gö­zəl əx­la­qa qo­vuş­ma­sı­nı tə­min edir.
Bu­nun ək­si­nə ola­raq, in­san Al­la­hı xa­tır­la­maq­dan uzaq­laş­dıq­ca, tək-tən­ha və kö­mək­siz qa­lır, doğ­ru dü­şün­mək, doğ­ru qə­rar qə­bul et­mək qa­bi­liy­yə­ti­ni iti­rir. Gör­dü­yü iş­lər uğur­suz olur və tərs gə­ti­rir. Çün­ki heç bir kəs Al­la­hın yar­dı­mı və dəs­tə­yi ol­ma­dan hər hansı bir mə­sə­lə­nin öh­də­sin­dən gə­lə bil­məz. Hər hansı bir prob­le­mi Al­lah­dan ası­lı ol­ma­dan, öz qüv­və­si və ira­də­si ilə həll edə, Quran­da mədh edi­lən təq­va sa­hi­bi bir mö­min ola bil­məz. Çün­ki o, elə lap əvvəldən Al­la­hı unut­maq­la ən bö­yük səh­vi et­miş və qa­fil­lər­dən ol­muş­dur.
Al­la­hı xa­tır­la­maq bir mö­min üçün çox əhə­miy­yət­li iba­dət­dir. İman gə­ti­rən hər bir in­san gün­də­lik hə­ya­tı­nın qar­ma­qa­rı­şıq­lı­ğı için­də Al­la­hı bir an­lı­ğa da ol­sa, öz dü­şün­cə­sin­dən çı­xar­maz, Al­lah­la olan mə­nə­vi əla­qə­si­ni bir an be­lə itir­məz. Əks hal­da yu­xa­rı­da qeyd et­di­yi­miz çə­tin­lik­lər­lə qar­şı­la­şa­ca­ğı­nı bi­lir.
Quran­da bu möv­zu­ya Al­la­hın Hz.Mu­sa­ya xa­tır­lat­ma­sın­da da diq­qət ye­ti­ri­lir:
«Sən və qar­da­şın mö­cü­zə­lə­rim­lə ge­din və Mə­ni zikr et­mək­də zə­if­lik gös­tər­mə­yin»  (Ta­ha Su­rə­si, 42).
Al­lah Fi­ro­nu haqq di­nə də­vət etmək üçün Hz.Mu­sa və qar­da­şı Hz.Ha­ru­na Onu zikr et­mək­də zə­if­lik gös­tər­mə­mə­lə­ri­ni xa­tır­lat­mış­dır. Çün­ki yu­xa­rı­da da bil­di­ril­di­yi ki­mi, Fi­ro­nun qar­şı­sın­da onları müvəffəq edəcək əsl qüv­və Al­lah­dır.
Bu­nun­la ya­na­şı Al­la­hı az xa­tır­la­maq mü­na­fiq­lə­rin bir xü­su­siy­yə­ti­dir. Bu hal Quran­da be­lə gös­tə­ri­lir: :«Mü­na­fiq­lər Al­la­hı al­dat­ma­ğa ça­lı­şır­lar. Hal­bu­ki əs­lin­də Al­lah on­la­rı al­da­dır. On­lar na­ma­za dur­duq­la­rı za­man tən­bəl­lik­lə qal­xar, öz­lə­ri­ni xal­qa gös­tə­rər və Al­la­hı ol­duq­ca az yad edər­lər» (Ni­sa Su­rə­si, 142).
Al­la­hı da­im xa­tır­la­ma­ğın üs­tün­lü­yü bə­zi ayə­lər­də be­lə bil­di­ri­lir:
«…Al­la­hı zikr et­mək, şüb­hə­siz ki, ən bö­yük iba­dət­dir. Al­lah nə et­dik­lə­ri­ni­zi bi­lir!»  (Ən­kə­but Su­rə­si, 45).
«Be­lə ol­duq­da siz Mə­ni xa­tır­la­yın ki, Mən də si­zi ya­da sa­lım! Mə­nə şükür edin, Mə­ni dan­ma­yın!» (Bə­qə­rə Su­rə­si, 152).