Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Əda­lət, in­san­lar ara­sın­da­kı an­la­şıl­maz­lıq­la­rı həll edər­kən haqq sa­hi­bi­nə heç bir tə­rə­f tut­ma­dan haq­qı­nı ver­mək mə­na­sı­nı verir. Amma Quran əx­la­qı­na əməl et­mə­yən in­san­lar əsa­sən tam və qə­ti əda­lət an­la­yı­şı ilə hə­rə­kət et­məz­lər. Bir çox xa­ri­ci amil­lər on­la­rın ədalətli qə­rar qə­bul etmələrinə tə­sir gös­tə­rə bi­lər. Mə­sə­lən, be­lə insan özü­nə da­ha ya­xın he­sab et­di­yi in­sa­nın le­hi­nə qə­rar qə­bul edə bi­lər. Həm­çi­nin mən­fəə­ti­nə uy­ğun gör­dü­yü, özü­nə fay­da­lı olan şə­kil­də hökm ve­rə bi­lər. Yə­ni,  şəx­si mən­fə­ət na­mi­nə ve­ri­lən qə­rar əda­lət­li ol­ma­ya bi­lər.
 
La­kin in­san­la­rın əda­lət­siz­lik­lə­ri da­ha çox kin bəs­lə­dik­lə­ri in­san­la­ra qar­şı olan dav­ra­nış­la­rın­da or­ta­ya çı­xır. Nəf­sinin diqtə etdiyi kin his­si­nə qa­pıl­an in­san qar­şı­sın­da­kı şəxslə bağlı ədalətli qə­rar qə­bul et­mək­də çə­tin­lik çə­kə bi­lər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, onunla bağlı ədalətli qərar qəbul etməyə bilər. Elə­cə də kin bəs­lə­di­yi in­sa­nın və ya top­lu­lu­ğun haq­qı­na tə­ca­vüz edə bi­lər.

Bu sə­bəb­dən də Al­lah kin his­si­nin əda­lə­tə ma­ne ol­ma­sı­na xü­su­si­lə diq­qət ye­tir­miş və mü­səl­man­la­rı bu­nun­la bağ­lı xə­bər­dar et­miş­dir:

“Ey iman gə­ti­rən­lər! Al­lah qar­şı­sın­da sa­bit-qə­dəm və əda­lət­li şa­hid­lər olun. Hər han­sı bir ca­maa­ta qar­şı olan ki­ni­niz si­zi əda­lət­siz­li­yə sövq et­mə­sin. Əda­lət­li olun. Bu, təq­va­ya da­ha ya­xın­dır. Al­lah­dan qor­xun. Al­lah et­dik­lə­ri­niz­dən xə­bər­dar­dır!» (“Mai­də” su­rə­si, 8).

Ayə­nin əm­ri­nə əsa­sən mü­səl­man­lar ya­xın­lıq, mən­fə­ət, qo­hum­luq əla­qə­si və ya kin ki­mi sə­bəb­lər­ə görə, qar­şı­la­rın­da­kı in­sa­n və ya top­lu­luqla olan münasibətdə heç vaxt əda­lət­siz­lik et­məz­lər. Qar­şı­la­rın­da­kı in­sa­nlardan  fərqli, hətta müsəlmanların inancına zidd inanca, düşüncəyə və fəlsəfəyə malik olmaları on­la­rın hə­min top­lu­luq haq­qın­da doğ­ru qə­rar qə­bul et­mə­lə­ri­nə mane ola bilməz. On­lar heç vaxt hiss­lə­ri­nə qa­pı­la­raq hə­rə­kət et­məz və ağıl­lı möv­qe­dən uzaq­laş­maz­lar. Ve­rə­cək­lə­ri hökm əleyh­lə­ri­nə də ol­sa, haq­qı giz­lə­məz və doğ­ru­dan kə­na­ra çıx­maz­lar.