Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

İn­san­lar qar­şı­la­rın­da­kı in­san­la­rı öz is­tə­dik­lə­ri şə­kil­də is­ti­qa­mət­lən­dir­mək üçün tez-tez ya­lan da­nı­şır­lar. Ya­la­nın ar­xa­sın­da bə­zən in­sa­nın öz qü­ru­ru­nu xi­las et­mək tə­la­şı, bə­zən qey­ri-sə­mi­mi dav­ra­nı­şa zə­min ha­zır­la­maq, bə­zən də üs­tün­lük əl­də et­mək ar­zu­su da­ya­nır. La­kin sə­bə­bindən asılı olmayaraq, ya­lan Quran­da qı­nanan əməl­lər­dən­dir.
 
Al­la­hın ya­la­nı in­san­la­ra ha­ram etməsi Quran­da be­lə bil­di­ri­lir:

“Al­lah si­zi bil­mə­dən iç­di­yi­niz and­la­rı­nı­za gö­rə cə­za­lan­dır­maz, la­kin iç­di­yi­niz and­la­ra gö­rə cə­za­lan­dı­rar... Bu­nun­la be­lə, and­la­rı­nı­zı qo­ru­yun. Al­lah ayə­lə­ri­ni si­zə be­lə izah edir ki, bəl­kə, şükür edə­si­niz!” (Mai­də su­rə­si, 89).

Qar­şı tə­rə­fi qəsdən aldatmaq məqsədilə de­yi­lən doğ­ru ol­ma­yan hər söz ya­lan hök­mün­də­dir. Be­lə ki, Al­lah ya­lan da­nış­an ada­mın qəl­bin­də­ki niy­yə­tin əsas götürüldüyünü bil­di­rir. Bir in­san ağ­zın­dan dü­şün­mə­dən bir söz deyə və ya hə­min an­ üçün əhəmiyyətsiz olan doğ­ru söz de­mə­yə bi­lər. Bun­la­rı qəs­dən, qar­şı tə­rə­fi al­da­da­raq və mən­fə­ət əl­də et­mək üçün de­mə­yən in­san dər­hal öz səh­vi­ni dü­zəl­dər. Ya­lan­da isə niy­yət poz­ğun­lu­ğu var­. Bu­ra­da in­san qar­şı tə­rə­fi yan­lış tə­rə­fə yön­lən­di­rə­rək hər han­sı ki­çik və ya bö­yük mən­fə­ət əl­də et­mək is­tə­yir. Be­lə ki, Al­lah bu cür niy­yət­lə de­yi­lən sö­zə gö­rə in­san­dan axi­rət­də he­sab so­ra­caq. Bu­na gö­rə də mü­səl­man­lar aşa­ğı­da­kı ayə­nin hök­mü­nə əsa­sən hər za­man sö­zün ən doğ­ru­su­nu de­mə­li­dir­lər:

“Ey iman gə­ti­rən­lər! Al­lah­dan qor­xun və doğ­ru söz söy­lə­yin!” (Əh­zab su­rə­si, 70).

Mü­səl­man danışığında boş, mənasız söz işlətdiyi za­man, onu dər­hal dü­zəl­dər. La­kin axi­rət­də qar­şı­lı­ğı­nı ve­rə bil­mə­yə­cə­yi şə­kil­də bir in­sa­nı qəs­dən əs­la al­dat­maz. Çün­ki bu, həm axi­rət­də, həm də dün­ya­da qı­nan­an hə­rə­kət­dir.