Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Hər in­sa­n fərqli ba­ca­rıq və qa­bi­liy­yət­lə­rə malikdir. Bun­dan əla­və, hər in­sa­nın iman də­rə­cə­si, Al­lah qor­xu­su və təq­va­sı da fərq­li­ olduğu üçün, bun­la­ra bağ­lı ola­raq mə­su­liy­yət his­si, əda­lət an­la­yı­şı, ha­di­sə­lə­rə qiy­mət ver­mək qa­bi­liy­yə­ti də fərq­lidir. Bu sə­bəb­dən in­sa­nın da­şı­ya­ca­ğı mə­su­liy­yə­tin nö­vü və bö­yük­lü­yü də fərq­li ola bi­lər. Bir işi doğ­ru və qü­sursuz şə­kil­də ye­ri­nə ye­ti­rə bi­lə­cək in­san hə­min işin «əh­li» he­sab edi­lir. Əma­nə­tin öz sa­hi­bi­nə qay­ta­rıl­ma­sı isə Quran­da bil­di­ri­lən əmr­dir: 
 
“Al­lah si­zə əma­nət­lə­ri öz sa­hib­lə­ri­nə qay­tar­ma­nı­zı və in­san­lar ara­sın­da hökm et­di­yi­niz za­man əda­lət­lə hökm et­mə­ni­zi əmr edir. Hə­qi­qə­tən, Al­la­hın bu­nun­la si­zə ver­di­yi öyüd ne­cə də gö­zəl­dir! Əl­bət­tə, Al­lah eşi­dən­dir, gö­rən­dir!” (Ni­sa su­rə­si, 58).

Əma­nə­tin öz sa­hi­bi­nə qay­ta­rıl­ma­sı İs­la­mın əsa­sın­da da­ya­nan əda­lət an­la­yı­şı­nın mü­hüm his­sə­si­dir. Əma­nə­tin öz sa­hi­bi­nə ve­ril­di­yi, hökm­lə­rin əda­lət­lə ve­ril­di­yi İs­la­mi cə­miy­yət­də heç bir in­san haq­sız­lı­ğa və zül­mə mə­ruz qal­maz. Sis­te­min bü­tün sa­hə­lə­ri qü­sur­suz şə­kil­də fəa­liy­yət gös­tə­rər, mak­si­mum fay­da əl­də edi­lər.

Hal­bu­ki, ca­hil cə­miy­yət­lər­də və­zi­fə bölgüsü əsa­sən hə­yat yol­da­şı, dost­luq, qo­hum­luq mü­na­si­bət­lə­ri­nə, xə­tir-hör­mətə, qar­şı­lıq­lı mən­fə­ət­lə­rə gö­rə tən­zim­lə­nir. Bunun nəticəsi olaraq, yük­sək və­zi­fə­lə­rə və mə­qam­la­ra hə­min işi bil­mə­yən ca­hil, ağıl­sız, qa­bi­liy­yət­siz və ba­ca­rıq­sız in­san­lar gə­ti­ri­lir. Be­lə cə­miy­yət­lər­də əda­lə­t və səmimilikdən söh­bət belə ge­də bil­məz. Nə­ti­cə­də də heç bir iş­dən la­zı­mi fay­da əl­də edi­lə bil­mir. Ki­çik mə­na­fe qrup­la­rı­nın ma­raq­la­rı cəmiyyətin maraqlarından üstün tutulur və bö­yük so­si­al böh­ran­lar baş ve­rir.

Quranın əx­laq sis­te­mi­ni mə­nim­sə­yən cə­miy­yət­də isə be­lə prob­lem­lər ol­maz. Bu­na bax­ma­ya­raq mö­min in­san hər sa­hə­də əda­lə­tli ol­ma­lı, hər hə­rə­kə­ti­ndə, qəbul etdiyi hər qə­ra­rı­nda və verdiyi hər hökmdə Qurana ta­be ol­ma­ğa diq­qət gös­tər­mə­li­dir.

Xü­su­sən də Al­lah yo­lun­da fik­ri mü­ba­ri­zənin apa­rı­lması üçün ona tap­şı­rı­lan və­zi­fə­ni uğur­la ye­ri­nə ye­tir­mə­yin di­nin mən­fə­ət­lə­ri ba­xı­mın­dan ol­duq­ca mühüm əhə­miy­yə­ti vardır. Bu­na gö­rə də hər han­sı və­zi­fənin düzgün bölüşdürülməməsi, ba­car­ma­yan­la­ra mü­hüm iş­lə­rin ve­ril­mə­si ayə­nin hök­mü ilə zid­diy­yət təş­kil edən hə­rə­kət­dir. Bu isə İs­la­ma və mü­səl­man­la­ra zə­rər gə­ti­rir.