Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Quran əx­la­qı­na əməl olu­nan cə­miy­yət­də mü­səl­man­la­rın zə­rər və ya mən­fə­ət­lə­ri ilə bir­ba­şa və ya do­la­yı­sı ilə əla­qə­dar olan hər bir xə­bər və mə­lu­ma­tın hə­min xə­bər­dən ən doğ­ru nə­ti­cə­ni çı­xa­ra­caq sə­la­hiy­yət­li və mə­sul in­san­la­ra çat­dı­rıl­ma­sı Al­la­hın qə­ti əm­ri­dir. Quran­da be­lə xə­bər­lər «əmin-aman­lıq və ya qor­xu xə­bə­ri» ki­mi gös­tə­ri­lir. Ayə­də be­lə buy­ru­lur:
“On­la­ra əmin-aman­lıq və ya qor­xu xə­bə­ri gəl­dik­də dər­hal onu ya­yar­lar. Hal­bu­ki əgər bu­nu Pey­ğəm­bə­rə və ya öz­lə­rin­dən olan əmr sa­hib­lə­ri­nə de­miş ol­say­dı­lar, əl­bət­tə, hə­min xə­bə­ri onun ma­hiy­yə­ti­nə va­ran şəxs­lər bi­lər­di­lər. Əgər Al­la­hın lüt­fü üzə­ri­niz­də ol­ma­say­dı, şüb­hə­siz ki, az bir qis­mi­niz müs­təs­na ol­maq­la, şey­ta­na uyar­dı­nız” (Ni­sa su­rə­si, 83).
Ayə­də qı­nan­an xə­bə­rin in­san­lar ara­sın­da ya­yıl­ma­sı­nın bir çox mən­fi cə­hət­lə­ri var. Bi­rin­ci­si, hə­min xə­bər la­zım olan əsas yer­lə­rə çat­ma­ya­caq və ya təhrif olunaraq çox fərq­li şə­kil­də ça­ta­caq. Bu­na gö­rə də tə­ci­li qərarın qəbul edilməsini tələb edən məsələlərlə bağlı tədbirlərin görülməsi yubadılaraq, vax­tın­da la­zı­mi tədbirlər görül­mə­yə­cəkdir. Bu da nəticə etibarilə İs­la­mın və ya mü­səl­man­la­rın bə­zi maraqlarına ziyan dəyməsinə gətirib çıxaracaqdır. İkin­ci­si isə, bəl­kə də İs­la­mın fay­da­sı ba­xı­mın­dan giz­li qal­ma­lı, ya­yıl­ma­­lı olmayan xə­bə­rin ya­yıl­ma­sı di­ni in­kar edən müş­rik, mü­na­fiq ki­mi İs­lam əx­la­qı­na qar­şı mü­ba­ri­zə apa­ran­la­rın bun­dan xə­bər­dar ol­ma­la­rı­na, bu xəbərdən müsəlmanların əleyhinə istifadə etmələrinə sə­bəb ola­caq. Yaxud da bu xə­bə­rə əsas­la­nan giz­li təd­bi­rin gö­rül­mə­si mümkün olmayacaqdır.
Bu­na gö­rə də bu qəbildən olan xə­bərlər onu ən doğ­ru və ən gö­zəl şə­kil­də şərh edə­cək, onun­la bağ­lı ən doğ­ru qiy­mət­lən­dir­mə apa­ra­caq və ən düz­gün qə­ra­r qə­bul edib la­zı­mi təd­bir­lə­ri gö­rə­cək sə­la­hiy­yət­li və mə­sul in­san­la­ra tez­lik­lə çat­dı­rıl­ma­lı­dır.
Mö­minin, ya­şa­dı­ğı şə­ra­it­də üzləşdiyi qor­xu və əmin-aman­lıq xə­bər­lə­ri­ni ol­duq­ca həs­sas  şə­kil­də ayırd etməsi və vaxt itir­mə­dən la­zı­mi yer­lə­rə çat­dı­rması üçün ağıl və sa­yıq­lı­ğa ma­lik ol­ma­sı vacib şərtdir. Be­lə an­la­yı­şa ma­lik olan mö­min­lə­rin sa­yı­nın art­ma­sı isə Quran əx­la­qı­nın ya­yıl­ma­sı­na əhəmiyyətli dərəcədə tə­sir edə bilər.