Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

On­lar bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!”” (Cü­mə su­rə­si, 11).
 
Bu ayə­də din­lə öz dün­yə­vi mən­fə­ət­lə­ri ara­sın­da se­çim apa­ran in­san­lar­dan bəhs edi­lir. Əsa­sən ca­hil cə­miy­yət­lə­rin din əx­la­qı­na uy­ğun şə­kil­də ya­şa­maq­dan ya­yın­ma­sı­nın bir ne­çə or­taq sə­bə­bləri var. Ayə­də bu sə­bəb­lər­dən ən önəm­lilərinə - ti­ca­rət və əy­lən­cə­yə diq­qət çə­ki­lir.

Ti­ca­rə­tə diq­qət çə­kil­mə­si­nin sə­bə­bi mad­di mən­fə­ət mə­sə­lə­si­nin in­san­la­rın ən zə­if cəhətlərindən bi­ri ol­ma­sı­dır. Be­lə ki, çox vaxt in­san­la­rın bir qis­mi öz mad­di mən­fə­ət­lə­ri na­mi­nə di­nin bir çox hökm­lə­ri­nə məhəl qoymurlar. Bu, özü­nü bə­zən na­maz ki­mi za­hi­ri iba­dət­də, bə­zən əx­la­qi dav­ra­nış­larda, bə­zən də di­nin baş­qa hök­mün­də gös­tə­rir. İn­san­la­rın var-döv­lə­tin ar­tı­rıl­ma­sı ilə bağ­lı be­lə hə­risliyinin sə­bə­bi mad­di zən­gin­li­yin bü­tün möv­cud prob­lem­lə­ri həll edəcək sehir­li qüv­vəyə malik olması inan­cı­dır. İn­san­lar əl­də edə bil­mə­dik­lə­ri və həs­rə­ti­ni çək­dik­lə­ri hər  im­ka­na bu zən­gin­lik sa­yə­sin­də qo­vu­şa bi­lə­cək­lə­ri­nə ina­nır­lar. Bun­la­rın ara­sın­da səa­dət, da­xi­li ra­hat­lıq, əmin­lik, hət­ta ölüm­süz­lük var­dır. Be­lə adam­lar elə zənn edir­lər ki, zən­gin­lik on­la­rın hət­ta ölüm­lə­ri­ni də ge­cik­di­rə­cək və on­la­rı dün­ya­da əbə­di edə­cəkdir. Bu sə­bəb­dən də ca­hi­liy­yə döv­rün­də ya­şa­yan in­san­lar öz­lə­ri­nin bü­tün vaxt və im­kan­la­rını səfərbər edərək, bö­yük eh­ti­ras və hə­vəs­lə ti­ca­rə­tə qur­şa­nır­lar. La­kin on­lar heç vaxt hə­min məq­səd­lə­ri­nə zən­gin­lik­lə ça­ta bil­məz­lər. Be­lə ki, bu gü­nə qə­dər heç bir in­sa­nın mal-mül­kü onun ölü­mü­nün və ya qo­cal­ma­sı­nın qar­şı­sı­nı ala bil­mə­yib. Çün­ki in­sa­na fay­da və ya xe­yir ver­mə gü­cü­nə ma­lik olan ye­ga­nə qüv­və, mül­kün hə­qi­qi sa­hi­bi olan Al­lah­dır. Bun­dan əla­və, zən­gin­lik­lə əl­də edil­məsi arzulanan da­xi­li ra­hat­lı­ğın, təh­lü­kə­siz­li­yin və xoş­bəxt­li­yin ye­ga­nə şər­ti vic­dan­lı hə­yat sür­mək­dir. Vic­da­na uy­ğun olan ye­ga­nə hə­yat tər­zi isə Quran­da gös­tə­ri­lən mo­del­dir.

Ayə­də di­nin hökm­lə­ri­nə eti­na­sız ya­naş­ma­nın sə­bə­bi ki­mi diq­qət çə­ki­lən ikin­ci məqam isə əy­lən­cə­dir. Əy­lən­mək də in­san­lar üçün bö­yük eh­ti­ras­dır. Əy­lən­cə­nin bu qə­dər bö­yük eh­ti­ras ol­ma­sı­nın sə­bə­bi də in­san­la­rın bu­na qur­tu­luş və bə­zi hə­qi­qət­lər­dən xi­las ol­maq va­si­tə­si ki­mi baxmalarıdır. Bu insanlar vic­dan əza­bı­nın on­la­rın ru­hu­na ver­di­yi sı­xın­tı və əza­bı öl­kə-öl­kə gə­zə­rək və ya çox­lu in­san­larla ta­nış ola­raq üzər­lə­rin­dən ata bi­lə­cək­lə­ri­nə ina­nır­lar.

Hal­bu­ki, in­san­la­rın di­ni hökm­lə­rə eti­na­sız ya­na­şa­raq ti­ca­rət və əy­lən­cə ilə çat­maq is­tə­dik­lə­ri hə­dəf­lər yal­nız di­n əx­la­qına uy­ğun şə­kil­də ya­şa­ya­caq­la­rı za­man əl­də edə bi­lə­cək­lə­ri hə­dəf­lər­dir:
 
“O kəs­lər ki, Al­la­hı zikr et­mək­lə ürək­lə­ri ra­hat ol­du­ğu hal­da iman gə­tir­miş­lər. Bi­lin ki, qəlb­lər yal­nız Al­la­hı zikr et­mək­lə aram ta­par” (Rəd su­rə­si, 28).

Ey­ni za­man­da ayə­də xa­tır­la­dı­lan çox mü­hüm möv­zu da var: Al­lahın dər­ga­hın­da əl­də edi­lən hər şey əy­lən­cə və ti­ca­rət­dən da­ha xe­yir­li­dir. Dün­ya­nın ən gö­zəl ev­lə­ri, av­to­mo­bil­lə­ri, mən­zə­rə­lə­ri, ge­yim­lə­ri, sə­nət əsər­lə­ri və ya ləl-cə­va­hi­rat­la­rı Cən­nət­də olan zən­gin­lik­lə mü­qa­yi­sə­də ol­duq­ca qiy­mət­siz və bəsitdir. Dün­ya­nın əy­lən­cə­si isə hər za­man az, ya­rım­çıq və qü­sur­lu­dur. Əy­lən­cə­nin, coş­qu­nun və səa­də­tin hə­qi­qi ye­ri isə Al­la­hın zi­ya­fət ye­ri ki­mi tə­rif et­di­yi Cən­nət­dir.

Bu sə­bəb­dən də mü­səl­man­lar di­nin hər han­sı bir hök­mü­nü ti­ca­rət və əy­lən­cə­yə gö­rə heç vaxt qu­la­qar­dı­na vur­maz və on­la­rı tə­xi­rə sal­maz­lar. Al­lah mö­min­lə­rin bu xü­su­siy­yət­lə­ri­ni Quran­da be­lə bil­di­rir:

“O kəs­lər ki, nə ti­ca­rət, nə alış-ve­riş on­la­rı Al­la­hı zikr et­mək­dən, na­maz qıl­maq­dan və zə­kat ver­mək­dən ya­yın­dır­maz. On­lar qəlb­lə­rin və göz­lə­rin hal­dan-ha­la dü­şə­cə­yi bir gün­dən qor­xar­lar” (Nur su­rə­si, 37).