Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

İn­san­la­rın mü­da­fiə, tət­biq və təb­liğ et­dik­lə­ri hər hansı fi­krin və ya inan­cın vic­dani olaraq yüz fa­iz doğ­ru və də­qiq ol­ma­sı qə­naə­ti­nə gəl­mə­lə­ri və bu­na əmin ol­ma­la­rı əsas şərt­dir. Bu­nun ək­si, yə­ni in­san­la­rın doğ­ru ol­ma­sı­na vic­da­nən əmin ol­ma­dı­ğı və haq­qın­da mə­lu­ma­tı ol­ma­dı­ğı hər han­sı fik­rin, in­sa­nın və ya ha­di­sə­nin ar­dın­ca get­mə­lə­ri Quran­da qa­da­ğan edil­miş­dir. Al­lah Quran­da in­san­la­rın doğ­ru­lu­ğu­nu təs­diq edib ar­dın­ca get­dik­lə­ri hər fi­kir üçün axi­rət­də göz­lə­ri, qu­laq­la­rı və qəlb­lə­ri ilə he­sab ve­rə­cək­lə­ri­ni bil­dir­miş­dir:
 
“Bil­mə­di­yin bir şe­yin ar­dın­ca get­mə. Çün­ki qu­laq, göz və ürək - bun­la­rın ha­mı­sı sor­ğu-su­al olu­na­caq­dır” (İs­ra su­rə­si, 36). 

Mən­bə­yi sağ­lam olan və doğ­ru­lu­ğu qə­ti şə­kil­də bi­li­nən ye­ga­nə fi­kir sis­te­mi isə Al­la­hın doğ­ru ol­du­ğu­nu bil­dir­di­yi sis­tem­dir. Bu da Quran­da hər bir təfərrüatı ilə bil­di­ri­lib. Bu­na gö­rə də mü­səl­man­lar vic­dan­la­rı­na uy­ğun ol­ma­yan və Quran­da bil­di­ril­mə­yən heç bir dü­şün­cə­ni qə­bul və təs­diq et­məz­lər. Mü­səl­ma­nın bir in­sa­nı və ya fik­ri dəs­tək­lə­mə­si üçün hə­min fi­kir Quran­da təs­diq olun­ma­lı və ya hə­min in­san Quran əx­la­qı çər­çi­və­sin­də hə­rə­kət et­mə­li­dir. Bu­na gö­rə də mü­səl­man­lar in­san­la­ra an­lat­dıq­la­rı, izah və töv­si­yyə et­dik­lə­ri, doğ­ru say­dıq­la­rı hər han­sı el­mi, so­si­al və di­ni möv­zu­da  diq­qət­lə da­nı­şır­lar. On­lar haq­qı mü­da­fiə et­mə­yən heç bir in­sa­nı dəs­tək­lə­mirlər. Vic­dan­la­rı­na uy­ğun ol­ma­yan heç bir ti­ca­rət və ya so­si­al iş­lə­rə şə­rik ol­maz­lar. Doğ­ru­lu­ğu şüb­hə­li olan heç bir fik­ri mü­da­fiə et­məz­lər. Mü­səl­man­la­rın da­nış­dı­ğı, töv­si­yyə və ya mü­da­fiə et­di­yi hər fik­rin doğ­ru­lu­ğu hər kə­sin açıq-aş­kar gö­rə bil­di­yi ay­dın­lıq­da olur.