“Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!” (Muminun surəsi, 1-2).
Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha itaət etmək mənasına gəlir. Bir insanın namazda yaşayacağı ruh halı da elə budur.
Şüursuz, düşünülmədən, qeyri səmimi olaraq Allaha yönələrək yerinə yetirilən ibadətlər, ola bilsin ki, Allah dərgahında heç bir qiyməti olmasın. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını (Allah qorxusunu) artırır, təfəkkür və mənəviyyatını inkişaf etdirir, əxlaqını gözəlləşdirir və həmin insanı mənfi əməllərdən çəkindirirsə, o zaman Allahın bu ibadətdən razı qalacağına ümid etmək olar.
Yalnız axirətini düşünən, dünyanın əsl mahiyyətini dərk etmiş ağıllı mömin sonsuz əzabdan xilas olmaq və Cənnətdə daha yüksək dərəcələr əldə edə bilmək üçün etdiyi hər işi sonsuz həyatına təsir edəcək səbəb kimi görür, əlinə keçən, qarşısına çıxan əcr fürsətlərini buraxmır. Həmin fürsətləri şüurlu şəkildə qiymətləndirir. Bunun nəticəsində də ayədə bildirildiyi kimi, səadətə qovuşur.