Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Bir ayə­də be­lə bil­di­ri­lir:
 
“Əgər Al­lah in­san­la­rı gü­nah­la­rı­na, haq­sız­lıq­la­rı­na gö­rə cə­za­lan­dır­say­dı, yer üzün­də heç bir can­lı sağ qoy­maz­dı. La­kin Al­lah on­la­ra mü­əy­yən müd­dət möh­lət ve­rər. Əcəl­lə­ri gə­lib çat­dıq­da isə bir­cə sa­at be­lə nə ge­ri qa­lar, nə də irə­li ke­çə bi­lər­lər” (Nəhl su­rə­si, 61).

Ayə­də bil­di­ril­di­yi­nə gö­rə, in­san­lar zülm etdiklərinə görə im­ta­ha­na çə­kil­dik­lə­ri za­man dünyada heç bir can­lı kə­nar­da qal­ma­ya­caq. Ay­dın­dır ki, bu­ra iman gə­ti­rən­lər də da­xil­dir. Be­lə olan hal­da heç bir mö­min özü­nü xə­ta­sız və gü­nah­sız he­sab edə bil­məz.

İman gə­ti­rən­lər də gün ər­zin­də bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən bir çox səhv­lə­rə yol ve­rə bi­lər­lər. Ağ­lı­nın, ima­nı­nın, şüu­ru­nun də­rə­cə­si­nə gö­rə hə­min səhv və gü­nah­lar da ar­tıb-aza­la bi­lər. La­kin heç bir in­san səhv iş gör­mə­yə­cə­yi­nə əmin ola bil­məz. Özü­nü qü­sur­suz və ide­al he­sab et­mək özü-öz­lü­yün­də müx­tə­lif gü­nah­la­ra səbəb olacaq səhv düşüncədir. Quran­da be­lə bir qü­sur­suz­luq id­dia­sı­nın fi­ron­la­ra xas an­la­yış ol­du­ğu bil­di­ri­lir.

Mö­min in­san, ima­nı və bu­ndan irəli gələn şüu­ru da art­dıq­ca özü­nü gü­nah­sız he­sab et­mə­yə de­yil, öz səhv və gü­nah­la­rı­nı da­ha yax­şı dərk et­mə­yə baş­la­yır. Ya­şa­dı­ğı şə­rai­ti da­ha yax­şı dərk et­di­yi, Al­lah qor­xu­su da­ha çox art­dı­ğı üçün, bir tə­rəf­dən, səhv­lə­ri­ni dü­zəlt­mə­yə, on­la­rı tək­rar­la­ma­ma­ğa ça­lışır di­gər tə­rəf­dən isə bilərəkdən və ya bilməyərəkdən et­di­yi gü­nah­lar üçün hər zaman Al­lah­dan ba­ğış­lan­ma  di­lə­yir. Şü­ur­lu mö­mi­nin gös­tə­rə­cə­yi dav­ra­nış da elə bu­dur. Bun­dan əla­və, ba­ğış­lan­ma di­lə­mək bü­tün mö­min­lə­rə əmr edilmişdir:

“Və Rəb­bi­niz­dən ba­ğış­lan­ma­ğı­nı­zı di­lə­yə­si­niz. Son­ra Ona töv­bə edin ki, mü­əy­yən bir müd­dət si­zə yax­şı gün-gü­zə­ran ver­sin və hər bir əməl sa­hi­bi­nə mü­ka­fa­tı­nı eh­san bu­yur­sun. Əgər üz dön­dər­sə­niz, bi­lin ki, mən bö­yuk gü­nün si­zə üz ve­rə­cək əza­bın­dan qor­xu­ram” (Hud su­rə­si, 3).

Bu ayə­dən həm­çi­nin o da mə­lum olur ki, Al­lah­dan ba­ğış­lan­ma di­lə­mək ne­mət­lə­rin ve­ril­mə­si­nə sə­bəb ola­caq.

Bir çox Quran ayə­lə­rin­də pey­ğəm­bər­lə­rin müx­tə­lif sə­bəb­lər­dən Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­lə­rin­dən bəhs edi­lir. Hə­min an­da hər han­sı gü­na­hı et­miş ol­salar da, Al­la­hın əza­bı­nı xa­tır­la­dıq­la­rı za­man və ya Al­la­hın im­ta­ha­nı ilə qar­şı­laş­dıq­la­rı za­man pey­ğəm­bər­lə­rin dər­hal Al­lah­dan ba­ğış­lan­ma dilədiklərini  gö­rü­rük. Bir ayə­də də Hz.Pey­ğəm­bə­ri­mi­zin (s.ə.v.) in­san­la­rın axın-axın di­nə gəl­dik­lə­ri­ni gö­rən­də Al­la­ha şükür edib ba­ğış­lan­ma di­lə­mə­si bil­di­ri­lir. Baş­qa ayə­də isə Cən­nə­tə da­xil olan mö­min­lə­rin mədh edi­lən xü­su­siy­yət­lə­ri ara­sın­da on­la­rın Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­lə­rin­dən bəhs edi­lir:

“Sə­hər­lər isə Al­lah­dan ba­ğış­lan­ma­la­rı­nı di­lə­yir­di­lər” (Za­ri­yat su­rə­si, 18).

Mə­lum ol­du­ğu ki­mi, ba­ğış­lan­ma di­lə­mək hə­min an­da gü­nah iş gö­rüb-gör­mə­mək­dən ası­lı de­yil. Ba­ğış­lan­ma di­lə­mək mö­mi­nin qul­lu­ğu­nu, Al­lah qar­şı­sın­da­kı aciz­li­yi­ni, Onun yar­dı­mı ol­ma­dan hət­ta gü­nah­dan uzaq ol­ma­sı­nın da müm­kün ol­ma­dı­ğı­nı di­li­nə gə­tir­mə­si­dir. Onun ba­ğış­lan­ma di­lə­mə­yə əhə­miy­yət ver­mə­mə­si­nin əsa­sın­da öz aciz­li­yi­nin, qü­su­ru­nun, gü­nah­la­rı­nın fər­qin­də ol­ma­maq ki­mi qəf­lət və şü­ur­suz­luq da­ya­nır. Bu­nun tə­bii nə­ti­cə­si ola­raq da in­sa­nın qəl­bi qa­tı­la­şır və vaxt keç­dik­cə, o, öz nəf­si­ni ila­hi­ləş­di­rib şey­tan əla­mə­ti olan xud­bin­lik və özün­dən ­ra­zı və­ziy­yə­tə dü­şür. Özün­dən ­ra­zı­lıq isə Quran­da da bil­di­ril­di­yi ki­mi, in­san­la­rı az­ğın­laş­dı­rır, on­la­rı şey­ta­nın əs­gər­lə­ri­nə çe­vi­rir:

“(O büt­lər) on­la­ra heç bir kö­mək edə bil­məz­lər. On­lar öz­lə­ri isə büt­lər üçün ha­zır əs­gər­lər­dir” (Ya­sin su­rə­si, 75).