Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's


Mü­səl­man­la­rın Al­la­ha və Onun di­ni­nə olan bağ­lı­lıq­la­rı heç bir şərtə söykənmədən tam bir sə­mi­miy­yə­tə bağ­lı­dır. Bu sə­bəb­dən də mü­səl­ma­nın din əx­la­qı­na uy­ğun ya­şa­maq­da­kı şöv­qü, əh­val-ru­hiy­yə­si, gü­cü, qə­tiy­yə­ti şə­rai­tin də­yiş­mə­sin­dən ası­lı de­yil­dir. Bu, çox mü­hüm Quran əx­la­qı­dır. Bu möv­zu­nu izah edər­kən Quran­da mü­səl­ma­nın iki əsas xü­su­siy­yə­tin­ə diqqət yetirilməlidir. Bi­rin­ci­si, mü­səl­ma­n üzləşdiyi istənilən çə­tin şə­ra­it­də sarsılmamalı və prob­lem­lə­rə gö­rə əh­val-ru­hiy­yə­si­ni pozmamalıdır. İkin­ci­si isə mü­səl­ma­nın sa­hib ol­du­ğu im­kan­la­ra gö­rə lov­ğa­lı­ğa və tə­kəb­bü­rə qa­pıl­ma­ma­sı­ ilə bağlıdır. Al­lah mü­səl­man­la­rın bu xü­su­siy­yə­ti­ni bir ayə­də be­lə bil­di­rir:

“Bu si­zin əli­niz­dən çı­xa­na kə­dər­lən­mə­mə­yi­niz və si­zə ve­ri­lə­nə də se­vi­nib qür­rə­lən­mə­mə­yi­niz üçün­dür. Al­lah özü­nü bə­yə­nən, (özü ilə) fəxr edən heç bir kə­si sev­məz!” (Hə­did su­rə­si, 23).

İn­san öz hə­ya­tın­da nə­lər­lə qar­şı­la­şa­ca­ğı­nı əs­la bil­məz. İn­san bə­zən ən gənc ya­şın­da heç göz­lə­mə­di­yi xəs­tə­li­yə tu­tu­la bi­lər və ya bir qə­za nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bü­tün mül­kü­nü iti­rə və ya qarşılaşdığı ha­di­sə­lər heç eh­ti­mal et­mə­di­yi şə­kil­də baş ve­rə bi­lər. Be­lə bir və­ziy­yət­də Al­la­ha ima­nı zə­if olan in­san­lar ümid­siz­li­yə qa­pı­lır və düş­dük­lə­ri bu vəziyyətlərə görə üs­yan edir­lər. Al­la­hın on­la­ra ver­di­yi bü­tün ne­mət­lə­ri bir an­da unu­dur və Al­la­ha olan sev­gi və eti­bar­la­rı­nı bir an­da iti­rir­lər.

Əsl mü­səl­man­la­rın fər­qi məhz bu yer­də or­ta­ya çı­xır. Çün­ki mü­səl­man­lar Al­la­ha qeyd-şərt­siz iman gə­ti­rir­lər. On­la­rın Al­la­ha olan sev­gi və eti­bar­la­rı baş­la­rı­na gə­lən ha­di­sə­lə­rə gö­rə də­yiş­mir. Al­la­hın hər şey­də gö­zəl­lik və xe­yir ya­rat­dı­ğı­nı bi­lir və baş­la­rı­na gə­lən, göz­lə­nil­məz ha­di­sə­lər qar­şı­sın­da yal­nız səbr edə­rək tə­vək­kül edir­lər. On­la­rın Al­la­hın ağ­lı­na, mər­hə­mə­ti­nə, əda­lə­ti­nə eti­bar­la­rı tam və qə­ti­dir. Bu sə­bəb­dən də nəyi itirmələrindən asılı olmayaraq, bu­nu bir it­ki say­mır və bu­na gö­rə mə­yus ol­murlar.

Bun­dan əla­və, Quran­da hə­qi­qi mü­səl­man­la­rın ol­duq­ca dinamik və bəzən də çə­tin­lik­lər­lə do­lu hə­yat ke­çir­dik­lə­ri bil­di­ri­lir. Haqqı təbliğ və müdafiə edən hər mü­səl­man, tə­bii ki, haq­qın or­ta­ya çıx­ma­sın­dan na­ra­hat olan in­san­la­rın ən­gəl və təz­yiq­lə­ri ilə qar­şı­la­şa­caq. Mü­səl­man­la­rın in­san­la­rı də­vət et­di­yi gö­zəl əx­la­qı öz mən­fə­ət­lə­ri­nə uy­ğun gör­mə­yən və din əx­la­qı­nın yaşanmasını is­tə­mə­yən in­san­lar, əl­bət­tə ki, ola­caq­dır. Məhz bu in­san­lar bə­zən söz­lə, bə­zən də əmə­li su­rət­də mü­səl­man­la­rın di­ni əx­la­qa əməl et­mə­lə­ri­nə və in­san­la­rı Quran əx­la­qı­na də­vət et­mə­lə­ri­nə ma­ne­ olacaqlar. Bu ma­neə­lər əs­na­sın­da mü­səl­man­lar bə­zən mad­di it­kiyə uğraya bi­lər, bə­zən hə­yat­la­rı təh­lü­kə ilə üzləşə bi­lər və ya ya­şa­dıq­la­rı yer­lə­ri tərk et­mək məc­bu­riy­yə­tin­də qa­la bi­lər­lər. La­kin it­ki ki­mi gö­rü­nən bü­tün bu ha­di­sə­lər mü­səl­man­la­ra axi­rət­də bö­yük mülk, gö­zəl­lik, əzə­mət və təm­tə­raq ki­mi ge­ri qa­yı­da­caq. Bu­na gö­rə də mü­səl­man­lar baş­la­rı­na gə­lən hər bir ha­di­sə­ni se­vinc və şövq­lə qar­şı­la­yır­lar.

İn­san­la­rın hə­ya­tın­da göz­lə­nil­məz it­ki­lər ola bi­lə­cə­yi ki­mi, göz­lə­nil­məz bö­yük qa­zanc­lar da ola bi­lər. Al­lah di­lə­di­yi in­sa­na Öz mül­kü­nün qa­pı­la­rı­nı tam şə­kil­də aça bi­lər, ona uğur, ha­ki­miy­yət, və­zi­fə, qa­bi­liy­yət ve­rə bi­lər. Be­lə bir və­ziy­yət­də Al­lah mü­səl­man­la­rın se­vi­nə­rək lov­ğa­lıq et­mə­mə­lə­ri­nin va­cib­li­yi­ni bil­dir­miş­dir. Çün­ki in­san mal-mülk­də, və­zi­fə­də və ya hər han­sı bir qa­zanc­da yal­nız əma­nət sa­hi­bi­dir. Be­lə ki, in­sa­na ve­ri­lən hər şe­yin əsas və ye­ga­nə sa­hi­bi Al­lah­dır. Bu­na gö­rə də in­san özü­nə aid olan hər han­sı bir xü­su­siy­yə­tə gö­rə de­yil, Al­la­hın lüt­fü­nə və di­lə­mə­si­nə gö­rə ra­hat­lıq və qa­zan­ca ma­lik­dir. Be­lə ki, bu­nu bi­lən mü­səl­man­lar çox bö­yük ne­mət­lə­rə və var-döv­lə­tə malik olmalarına baxmayaraq, aciz ol­duq­la­rı­nı əs­la unut­maz, tə­kəb­bürlük gös­tər­məzlər. Sa­də­cə Al­la­ha şükür edər və on­la­ra ve­ri­lən ne­mət­lə­rin haq­qı­nı ver­mə­yə ça­lı­şar­lar.