Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Sə­mi­mi və ix­las­lı şə­kil­də, Al­la­hın razılığından kə­nar heç bir məq­səd və əvəz güd­mə­dən infak etmək, yəni Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək ima­nın gös­tə­ri­ci­si­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf edən mö­min­lər bir çox ayə­lər­də mədh edil­miş və müj­də­lən­mişdir. La­kin “Ali-İm­ran” su­rə­si­nin 92-ci ayə­sin­də Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək­lə bağ­lı çox in­cə və mü­hüm meyar ve­ril­miş­dir: “Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız”. Ayə­də be­lə buy­ru­lur:
“Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız. Şüb­hə­siz ki, Al­lah xərc­lə­di­yi­niz hər bir şe­yi bi­lən­dir!” (Ali-İm­ran su­rə­si, 92).
Bir in­sa­na və ya bir şe­yə verilən də­yər onu əl­də et­mək üçün fə­da edilənlərin öl­çü­sü ilə düz mü­tə­na­sib­dir. Əgər in­san bə­zi şey­lə­ri fə­da et­mir­sə, de­mə­li, hə­min şey­lər onun üçün qiy­mət­li­dir. Heç nə Al­la­hın razılığından və rəh­mə­tin­dən da­ha qiy­mət­li ol­madı­ğı üçün əsl mö­min bütün bun­la­rı əl­də et­mək üçün malik olduğu hər şeyi haqq yolunda verə bilər. Bunu et­məməsi onun sev­gi və bağ­lı­lıq his­si duy­du­ğu bə­zi dün­yə­vi şey­lə­ri Al­la­hın ra­zı­lı­ğın­dan üs­tün tutması anlamına gələ bilər. Bu hal­da da ayə­nin bil­dir­di­yi ki­mi, əs­la yax­şı­lı­ğa ça­tmaz.
Ola bi­lər ki, bir in­san Al­lah yo­lun­da çox şey sərf et­sin, bö­yük xid­mət­lər gös­tər­sin, da­im iba­dət et­sin və yax­şı di­ni bi­li­yə sa­hib ol­sun. La­kin la­zım ol­du­ğu za­man sev­di­yi bir şey­dən ay­rı­la və onu Al­lah yo­lun­da sərf edə bil­mir­sə, bu, iman­la əla­qə­li olan zə­if­lik və çox bö­yük qəbahətdir. Çün­ki hə­min şe­yi Al­lahın razılığından üs­tün tu­tur. Onun əmə­li nə olur­sa-ol­sun, bu in­san işin məğzini dərk et­mə­miş, əv­vəl­cə­dən yax­şı iş­lər gör­dü­yü­nü gü­man et­di­yi bü­tün əməlləri heç ol­muş­dur.
Əv­vəl­ki fə­sil­lər­də sev­gi­nin yal­nız Al­la­ha duyulması, se­vi­lən di­gər şey­lə­rin və in­san­la­rın isə yal­nız Al­la­hın  tə­cəl­lisi olduğu üçün Al­lahın da on­la­rı sev­məsi səbəbindən Al­la­hın ra­zı­lı­ğı­nı əl­də et­mək­dən öt­rü se­vil­mə­li ol­duq­la­rı­nı qeyd et­miş­dik. Al­lahın dər­ga­hın­da qə­bul edi­lən ye­ga­nə sev­gi for­ma­sı da elə bu­dur. Be­lə olan hal­da in­san on­suz da sev­di­yi, sa­hib ol­du­ğu şey­lə­ri hə­mi­şə və heç tə­rəd­düd et­mə­dən se­və­rək fə­da edir. Onun sev­gi­si Al­lah üçün ol­du­ğun­dan heç bir şey də itir­mir. Çün­ki hər yer Al­la­hın­dır. Al­lah in­sana onun şah da­ma­rın­dan daha ya­xın­dır. Mö­min heç bir şey itir­mə­di­yi ki­mi Al­la­hın di­lə­di­yi tərzdə dav­ran­dı­ğı üçün Al­la­hın da­ha bö­yük sev­gi və ik­ra­mı­na na­il olur. Əlin­dən ge­dən hər hansı bir şey üçün mə­yus ol­maz, ək­si­nə, da­ha çox se­vi­nər. Əsl mö­min dav­ra­nı­şı da elə bu­dur.
Hal­bu­ki, in­san sev­di­yi şe­yi və ya in­sa­nı Al­lah­la əla­qə­si ol­ma­yan ay­rı var­lıq ki­mi se­vir­sə, on­la­rı Al­la­ha şə­rik qoş­muş, büt ha­lı­na gə­tir­miş sa­yı­lır. O, şəxs hə­min şe­yi Al­lah yo­lun­da sərf et­mək la­zım ol­du­ğu za­man, Al­la­hın əmr­lə­ri­nə ta­be olub bunu edər­sə, öz ca­hil­li­yi və hə­ris­li­yi uc­ba­tın­dan içi­nə düş­dü­yü bu şirk­dən Al­la­hın di­lə­mə­si ilə tə­miz­lənə bilər. Son­da da müs­bət nə­ti­cə əl­də edib Al­la­hın rəh­mə­ti­ni qa­za­na bilər.