Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Həmd və təs­bih et­mək mö­mi­nin hə­ya­tı­nın bir his­sə­si­dir. Həmd (şükür) hər növ mədh, ucalt­ma və tərifə yal­nız Al­la­hın la­yiq ol­du­ğu­nu, təs­bih isə Al­la­hın ağı­la gə­lən hər cür qü­sur və səhv­dən uzaq ol­du­ğu­nu həm dil­də, həm də qəl­bən təs­diq et­mək­dir.
 
Həmd və təs­bi­hin yal­nız mö­min­lə­rin de­yil, bü­tün kai­na­tın iba­də­ti ol­du­ğu ayə­lər­də be­lə xə­bər ve­ri­lir:

“Yed­di göy, yer və on­lar­da olan­lar Al­la­hı təq­dis edir. Elə bir şey yox­dur ki, Al­la­ha tə­rif de­yib Ona şükür et­mə­sin, la­kin siz on­la­rın təq­di­si­ni an­la­maz­sı­nız, Al­lah hə­qi­qə­tən, hə­lim­dir, ba­ğış­la­yan­dır!” (İs­ra su­rə­si, 44).


«Göy gu­rul­tu­su Onun şə­ni­nə tə­rif­lər de­yir, mə­lək­lər də Al­la­hın qor­xu­sun­dan Onu öyüb mədh edir­lər...» («Rəd» su­rə­si, 13).

Na­maz qıl­maq ki­mi mü­əy­yən olun­muş vaxt­lar­da Al­la­hı təs­bih et­mək və Ona həmd et­mək də Quran­da bil­di­ri­lən əmrlərdəndir. Mö­min Al­la­hın əmr etdiyi mə­sə­lə­lər ara­sın­da öz fikrinə görə əhə­miy­yət­li­lik sı­ra­la­ma­sını apara bil­məz. Yə­ni, na­maz qıl­ma­ğı təs­bih et­mək­dən və ya oruc tut­ma­ğı zə­kat ver­mək­dən da­ha mü­hüm və ya əhə­miy­yət­siz he­sab edə bil­məz, Al­la­hın əmr­lə­ri­ni in­cə­li­yi­nə qə­dər ye­ri­nə ye­ti­rər. Al­lah in­sa­nı yal­nız Ona iba­dət et­mək üçün ya­rat­mış­dır. Al­la­hı Quran­da gös­tə­ri­lən beş vaxt­da, Al­la­hın is­tə­di­yi şə­kil­də təs­bih et­mək mö­mi­nin gün­də­lik hə­ya­tın­da ən mü­hüm və­zi­fə­lərin­dən bi­ri­dir. Sübh na­ma­zı və ikin­di vaxt­la­rın­da təs­bih­lə ya­na­şı, həm də həmd edil­mə­si ayə­lər­də xü­su­si ola­raq bil­di­ril­miş­dir.