Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's

Bü­tün iba­dət­lər­də ol­du­ğu ki­mi, Al­lah yo­lun­da mal-döv­lət sərf edər­kən də hə­min iba­də­tin hik­mə­ti­nin unudulmaması çox va­cib­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək mö­min­lər üçün mə­nə­vi tə­miz­lən­mə va­si­tə­si­dir. İn­san sev­di­yi, qiy­mət ver­di­yi şey­lə­ri yal­nız Al­lah rizası üçün, Onun ra­zı­lı­ğı­nı qa­zan­maq­dan öt­rü fə­da edir­sə, yal­nız o za­man sərf et­di­yi­nin Al­lah dər­ga­hın­da bir mə­na­sı və qiy­mə­ti olur. Be­lə­lik­lə, mö­min Al­la­hın rəh­mət və ra­zı­lı­ğı­nı dün­ya­da­kı heç nə­yə də­yiş­mə­yə­cə­yi­ni, bu yol­da hər şe­yi­ni fə­da edə bi­lə­cə­yi­ni sü­but et­miş olur. Mö­min in­san bu şə­kil­də dav­ra­na­raq Al­la­hın ra­zı­lı­ğı­nı və rəh­mə­ti­ni qa­zan­ma­ğa məc­bur­dur, onun bu­na eh­ti­ya­cı var­. Al­la­hın isə heç bir şe­yə eh­ti­ya­cı yox­dur. Bu möv­zu ilə bağ­lı bir ayə­də be­lə bil­di­ri­lir:
“Ey iman gə­ti­rən­lər! Qa­zan­dı­ğı­nız və si­zin üçün tor­paq­dan ye­tiş­dir­di­yi­miz şey­lə­rin yax­şı­la­rın­dan sərf edin! An­caq göz yu­ma­raq al­dı­ğı­nız pis, ya­ra­maz şey­lər­dən ver­mək fik­rin­də ol­ma­yın! Bi­lin ki, Al­la­hın heç bir şe­yə eh­ti­ya­cı yox­dur. O, hər cür şük­rə la­yiq­dir!” (Bə­qə­rə su­rə­si, 267).
Mə­lum ol­du­ğu ki­mi, Al­lah yo­lun­da sərf et­mək üçün bəyənilməyən, ba­şın­dan et­mək, özün­dən uzaq­laş­dır­maq üçün für­sət ax­ta­rı­lan şey­lə­ri ver­mək ayə­də qa­da­ğan edil­miş­dir. Za­hi­rən Al­lah yo­lun­da sərf et­mək məq­sə­di­lə be­lə hə­rə­kət et­mək in­sa­na Al­lahın dər­ga­hın­da heç nə qa­zan­dır­maz. Bu­na gö­rə də yu­xa­rı­da­kı ayə­də bil­di­ri­lən və Quranın əsa­sı­na zidd olan bu səhv­ düşüncədən çə­kin­mək la­zım­dır.