Advertise Here

QURAN HÖKMLƏRİ

- Another Blogger Blog's


Əv­vəl­ki sə­hi­fə­lər­də el­çi­lə­rin mö­min­lər ara­sın­da Quran ayə­lə­ri ilə mü­əy­yən edil­miş xü­su­si və fərq­li möv­qe­lə­rə ma­lik ol­ma­sın­dan bəhs et­miş­dik. Hə­qi­qə­tən də mö­min­lə­rin bir-bi­ri­lərinə qar­şı gös­tər­mə­li ol­du­ğu dav­ra­nış­lar­la ya­na­şı el­çi­lə­rə qar­şı diq­qət və dav­ra­nış­la­rın­dan da bəhs edər­kən, on­la­rın is­ti­fa­də edə­cək­lə­ri səs ton­la­rı­na qə­dər hər bir de­tal ayə­lər­də xü­su­si olaraq izah edil­miş­dir. Ayə­lər­də qeyd olu­nan bu dav­ra­nış­lar­da xoş mü­na­si­bə­tin və yük­sək hör­mət an­la­yı­şı­nın əsas gö­tü­rül­dü­yü­nün şa­hi­di olu­ruq:

«Ey iman gə­ti­rən­lər! Sə­si­ni­zi Pey­ğəm­bə­rin sə­sin­dən ar­tıq qal­dır­ma­yın və bir-bi­ri­niz­lə uca­dan da­nış­dı­ğı­nız ki­mi onun­la uca­dan da­nış­ma­yın! Yox­sa, özü­nüz də bil­mə­dən, əməl­lə­ri­niz puç olar» («Hu­cu­rat» su­rə­si, 2).

Al­lah mö­min­lə­rə Onun el­çi­si ilə da­nı­şar­kən səs­lə­ri­ni qal­dır­ma­ma­ğı, öz ara­la­rın­da ol­du­ğu ki­mi yük­sək ton­la da­nış­ma­ma­ğı xa­tır­lat­mış­dır. Bu­ra­da diq­qət ye­ti­ril­mə­li olan mə­qam isə hə­min dav­ra­nı­şın bir ədəb və ya nə­za­kət qay­da­sı ol­maq­dan çox, onun Al­la­hın qə­ti əm­ri ol­ma­sı­dır. Çün­ki bu­nun ək­si olan dav­ra­nı­şın əməl­lə­ri puç edən hə­rə­kət ol­ma­sı möv­zu­nun əhə­miy­yə­ti­ni da­ha da qabardır. Bu­nu Quranın açıq hök­mü ki­mi yox, hər han­sı bir dav­ra­nış qay­da­sı ki­mi gör­mək, «ye­ri­nə ye­ti­ri­lər­sə, çox yax­şı, ye­ti­ril­məz­sə biraz ayıb sa­yı­lar» ki­mi irə­li sür­mək, Al­la­hın ayə­lə­ri­ni qu­la­qar­dı­na vur­maq mə­na­sı­na gə­lir. Hal­bu­ki el­çi­yə gös­tə­ri­lən hör­mət Al­la­ha gös­tə­ri­lən hör­mət de­mək­dir. Həm­çi­nin bu­nun ək­si olan dav­ra­nış nü­ma­yiş et­di­ril­sə, bu da Al­la­ha qar­şı gös­tə­ril­miş dav­ra­nış olar. El­çi­yə qar­şı mü­na­si­bət­də bi­lə­rək­dən etinasız yanaşmaya yol ver­mək i­sə Al­la­hın ra­zı qal­ma­ya­ca­ğı bir dav­ra­nış­dır. La­kin qəs­dən de­yil, cə­ha­lət, dü­şün­cə­siz­lik, yan­lış sə­mi­miy­yət an­la­yı­şı nə­ti­cə­sin­də el­çi­nin hü­zu­run­da sə­si­ni yük­səl­dən in­san mö­min də ol­sa, o, baş­qa mö­min­lər­lə mü­qa­yi­sə­də da­ha aşa­ğı ağıl, şü­ur sə­viy­yə­si­nə və da­ha his­siy­yat­sız xa­rak­te­rə ma­lik­dir. Al­la­hın bu möv­zu­ya ver­di­yi əhə­miy­yət bu­na ria­yət edən­lə­rin mədh edil­di­yi və müj­də­lən­di­yi ayə ilə daha da ay­dın olur:

“Hə­qi­qə­tən, Al­la­hın Pey­ğəm­bə­ri ya­nın­da as­ta­dan da­nı­şan­lar o kim­sə­lər­dir ki, Al­lah on­la­rın ürək­lə­ri­ni təq­va üçün im­ta­ha­na çək­miş­dir. On­la­rı ba­ğış­lan­ma və bö­yük mü­ka­fat göz­lə­yir!” (Hu­cu­rat su­rə­si, 3).

Ey­ni şə­kil­də el­çi­nin hər han­sı in­san ki­mi uzaq­dan ça­ğı­rıl­ma­sı­nın, ona uzaq mə­sa­fə­dən yük­sək səs­lə mü­ra­ci­ət edil­mə­si­nin ağıl­sız­lıq əla­mə­ti ol­ma­sı bir ayə­də be­lə bil­di­ri­lir:

“Şüb­hə­siz ki, sə­ni otaq­la­rın ar­xa­sın­dan ça­ğı­ran­la­rın ço­xu­su­nun ağ­lı kəs­mir!” (Hu­cu­rat su­rə­si, 4).