Bir insanın Allahı xatırlamaqda zəiflik göstərməsi Ona olan yaxınlığını azaldır. Din əxlaqına uyğun yaşamayan insanlar Allahı heç vaxt xatırlamadıqları, hətta günlərlə ağıllarına gətirmədikləri üçün halal-haramı gözləmədən hər cür günah iş tutmağı və Allahın əmrlərinə əməl etməməyi həyat tərzinə çevirirlər.
Möminlər isə istər sözləri ilə, istərsə də ağıllarından keçirdikləri düşüncələri ilə bütün həyatları boyunca Allahı xatırlayıb zikr etməlidirlər.
